Cümə Axşamı, 28/Mar/2024, 21:30
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Sentyabr » 13 » Birgə Fəaliyyət İmkanları
10:25
Birgə Fəaliyyət İmkanları

Böyük oyundan sonra "Xəzər Lənkəran” azarkeşləri doğma komandalarının əzəli rəqib üzərində qələbəsinə sevindisə, digər yandan komandanın azarkeşlərinə məxsus olan "12cioyuncu.info” saytının bundan bir neçə saat sonra bağlanacağı xəbərinə üzüldü. Adıçəkilən saytda bu barədə verilən son informasiya həqiqətən də nəinki, "Xəzər Lənkəran” azarkeşlərini, hətta əksər rəqib düşərgələrin azarkeşlərini, o cümlədən ölkənin bütün idman nəşrlərinin üzüntüsünə səbəb olub. Buna demək olar bütün ölkədəki idman nəşrləri təəssüflə reaksiya verib. Hətta əzəli rəqibimiz olan "Neftçi” klubunun "Ultra Neftçi” fanatları rəsmən "12-ci oyunçu”larla əlaqə saxlayaraq bu problemin aradan qaldırılmasında hər hansı kömək lazımdırsa, əsirgəməyəcəkləri barədə təklifdə bulunmuşlar. Biz də "Bosman” fanklubu olaraq rəqib düşərgənin azarkeşlərinə ölkənin idman həyatında baş verən bu hadisəyə rəqibliyi bir kənara qoyaraq köməklik istəklərinə görə təşəkkürümüzü bildiririk.

Biz də "Bosman” fanklubu olaraq komandamızın azarkeş qrupuna məxsus olan "12cioyuncu.info” saytının belə çətin vəıziyyətə düşməsindən təəssüf hissi keçiririk. Çünki ölkənin azarkeş saytları arasında özünəməxsus yeri olan və hətta azarkeş saytı olmaqdan daha çox irəli gedərək bir idman informasiya agentliyinə çevrilmiş və minlərlə izləyicisi olan bu saytın maliyyə çətinliyi üzündən bağlanması ilə heç cür razılaşmaq olmur. Belə bir saytın yaşaması əlbətdə ölkə idmanına yalnız xeyir verə bilər. Onlar isə bunu dəfələrlə sübut ediblər. Təsadüfi deyil ki, "12-ci”lərə məxsus olan bu sayt iki il dalbadal "Bosman” fanklubunun ilin nominasiyaları fərqləndirilməsində, ən böyük azarkeş saytı kimi qalib elan olunub.

Məhz bu məqsədlə, dünən gecə saatlarında fanklubumuzun rəhbərliyi "12cioyuncu.info” saytının rəhbərliyi ilə əlaqə saxlamış, vəziyyəti müzakirə etmiş və öz köməyini təklif etmişdir. Bu problemlər aradan qaldırılana qədər isə "Bosman” fanklubunun rəhbərliyi fankluba məxsus olan "Bosman.at.ua” saytının parollarını "12-ci”lərə təqdim etmiş və saytın bütün imkanlarından istifadə etmək üçün onlara şərait yaradılmasını təklif etmişdir. Dost fanat qrupunun, parolları qəbul edərək bu təklifdən razı qaldığını deyə bilərik. Beləliklə müvəqqəti də olsa, "12-ci”lərlə birlikdə eyni saytda fəaliyyət göstərmək variantı olduğundan sayt izləyiciləri nigaran qalmaya bilər. İnşAllah bütün problemlər qısa zamanda aradan qalxar və "12cioyuncu.info” yenə də əvvəlki kimi izləyicilərinin ixtiyarına verilər.


"Bosman” fanklubunun İdarə Heyəti       12.09.2011

Views: 421 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Coshqun   (13/Sent/2011 11:44) [Daxil Olunan]
Tesekkurler, "Bosman" !!! Allah sizleri hemise bele mehriban etsin! "12cioyuncu.info" saytinin rehberliyine de, islerindeki problemlerin tez ve rahat hellini arzulayiram! Inanin ki, imkanlarim cercivesinde olsa idi, "12cioyuncu.info" saytini ozum maliyyelesdirerdim. Cunki bu saytda ozumu cox rahat hiss edirem (melumatlari eminlikle oxuyuram, sherh bildirirem, adminden sual sorusuram bir sozle oz sexsi saytim kimi yararlaniram). Umid ve arzu edirem ki, saytin fealiyyeti tezlikle berpa olunacaq...

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz