Bayramınız mübarək!
Bu
gün, 28 May Respublika Günüdür. 1918-ci ilin bu günündə Gürcüstanın Tiflis şəhərində
Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal Bəyannaməsi elan olunub. 23 ay ərzində
fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Sovet
Rusiyasının XI Qızıl Ordusu tərəfindən işğal olunaraq, süqut edib.
Bu gün bizi bu şərəfli tarixdən 94 il ayırır. Azərbaycan
Cümhuriyyəti parlament respublikası kimi qurulub. Respublika tam suveren dövlət
atributları - maliyyə vahidi, ordu, bayraq, himn və gerbə malik olub. Azərbaycan
Respublikası məhz, Azərbaycan Xalq Cümhuriyyətinin varisidi.
Biz, "Bosman” fanklubu olaraq, Azərbaycan xalqını 28 May
Respublika Günü münasibəti ilə təbrik edirik! Xalqımıza həmişə firavan həyat tərzi,
torpaqlarımızın bütövlüyü ilə bərabər qüdrətli bir dövlətə sahib olmamızı,
bütün sahələrdə, o cümlədən idmanda daim inkişaf edərək Avropa və dünyada öz
layiqli yerini almasını arzu edirik! Azərbaycan xalqına bir daha xoşbəxtlik
arzu edirik!