Bayramınız
mübarək! Bu gün 28 May Respublika Günüdür. 1918-ci ilin
bu günündə Gürcüstanın Tiflis şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin
İstiqlal Bəyannaməsi elan olunub. 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan
Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Sovet Rusiyasının XI Qızıl Ordusu tərəfindən
işğal olunaraq, süqut edib. Bu gün bizi
bu şərəfli tarixdən 93 il ayırır. Azərbaycan Cümhuriyyəti parlament
respublikası kimi qurulub. Respublika tam suveren dövlət atributları - maliyyə
vahidi, ordu, bayraq, himn və gerbə malik olub. Azərbaycan Respublikası məhz,
Azərbaycan Xalq Cümhuriyyətinin varisidi. Biz, "Bosman”
fanklubu olaraq, Azərbaycan xalqını 28 May Respublika Günü münasibəti ilə təbrik
edirik! Xalqımıza həmişə firavan həyat tərzi, torpaqlarımızın bütövlüyü ilə bərabər
qüdrətli bir dövlətə sahib olmamızı, bütün sahələrdə, o cümlədən idmanda daim
inkişaf edərək Avropa və dünyada öz layiqli yerini almasını arzu edirik! Azərbaycan
xalqına bir daha xoşbəxtlik arzu edirik!
|