Əvvəla uzun acı məğlubiyyətlərdən
sonra, sonuncu pilləyə yuvarlanmış "Xəzər Lənkəran”ın AZAL üzərindəki qələbəsi
münasibəti ilə bütün komanda azarkeşlərini təbrik edirik. Psixoloji durumun
normala dönməsi üçün bu qələbənin olduqca əhəmiyyətli olduğunu demək lazımdır.
Arzu edirik ki, bu qələbə bundan sonra komanda və klubda aparılan işlər sayəsində
möhtəşəm günlərimizə dönüşün başlanğıcı olacaq.
Son günlər bütün camiədə baş verən
hadisələr hardasa dünyanın sonu anlamına gəlirdi. Azarkeşlərin bu
uğursuzluqlardan sonra sanki komandadan soyuması, bəzilərinin isə təhdid
olunması əlbətdə son günlərin ürəkağrıdıcı məqamlarıdır. Bu ürəkağrıdıcı
məqamların biri də "Xəzər Lənkəran” azarkeşlərinin doğma evi olan "12cioyuncu.info”
saytının haker hücumları nəticəsində dağıdılmasıdır. Bunu yəqinləşdirmək üçün
sayt rəhbərliyi ilə də tez-tez əlaqə saxlayırdıq. İlk saatlarda onlar da
bunun texniki qüsurlardan yaranan
problem olduğu və ya həqiqətən də haker hücumunun nəticəsi olduğunu
dəqiqləşdirə bilməmələrindən qəti bir söz deyə bilməyəcəklərini bizə çatdırmışdılar.
Lakin saatlar ötdükcə aparılan bütün işlərin və serverlə dəqiqləşdirmələrinin
nəticəsi kimi bunun həqiqətən də haker hücumunun nəticəsi olduğunu
dəqiqləşdirdikləri barədə artıq məlumatlı olduqlarını bəyan etdilər. Bu
hücumdan əziyyət çəkən təkcə "12cioyuncu.info”
saytı olmamışdı. Təxminən eyni saatda və eyni dəqiqələrdə "Futbolpress.az”
saytı da haker hücumuna məruz qalaraq fəaliyyəti dayanmışdı. Biri çoxminli
azarkeş saytı, o biri respublikanın tanınmış idman saytlarından olan hər iki
saytın belə təzyiqlərə məruz qalması ürəkağrıdıcı faktdır, xuliqanlıq və rəzil
hadisədir. Başqa bir ürəkağrıdıcı məqam isə demək olar ki, paralel fəaliyyət
göstərən heç bir medianın və azarkeş qruplarına aid olan digər informasiya
vasitələrinin sanki bundan xəbəri yoxmuş kimi özlərini aparmalarıdır. Ayrı-ayrı
vaxtlarda bir birindən xəbər "əməkdaşlığı” edən informasiya sayt və
portallarının belə biganə münasibəti çox təəssüf doğurur. Belə bir anda heç
olmasa mənəvi dəstək nümayiş etdirmək ən dəyərli bir vasitə olardı.
Buna çox təəssüf edərək həm "12cioyuncu.info” saytına və həm də "Futbolpress.az” saytına öz
mənəvi dəstəyimizi nümayiş etdirmək niyyətindəyik. Hər hansı bacara biləcəyimiz
digər köməklikləri də bu yazı vasitəsi ilə təklif edirik.
Onu da demək istəyirik ki, bütün bu olanlar sizin
nə qədər acı həqiqətləri öz güzgünüzdə düzgün göstərməyinizin əlamətidir. Bilin
ki, yaxın vaxtlarda hər şey öz yolunu tapacaqsa da amma bu biganəlik özünə
bəraət tapmayacaq.
Hörmətlə: "Bosman” fanklubunun idarə
heyəti və "Bosman.at.ua”-nın əməkdaş qrupu
03. 10.
2012
|