Cümə, 27/Dek/2024, 02:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Mart » 18 » Beysbolka, Papaq, Meyxana və Azərbaycan futbolunu gözləyə bilən sanksiyalar
10:40
Beysbolka, Papaq, Meyxana və Azərbaycan futbolunu gözləyə bilən sanksiyalar

          

            Başlıqda yer alan sözlər ayrı-ayrılıqda müxtəlif anlamlar versə də yazıda bunların necə bir-biri ilə əlaqəli olduğunu görə biləcəyik. Əvvəla, məşhur beysbolka haqqında yaxın keçmişdə olan əhvalatı hamınız bilirsiz. Kubokun ¼ finalının ilk oyununda Tofiq Bəhramov adına stadionda "Neftçi”-"Xəzər Lənkəran”  komandaları arasında keçirilən matçda əsasən baş hakim Anar Salmanovun dəfələrlə verdiyi qərəzli və absurd qərarlara etiraz edən komandamızın baş məşqçisi Mirça Rednikin əsəbiləşərək və etiraz əlaməti kimi başındakı beysbolkanı yerə çırpması yəqin ki yaddaşlardan silinməyib. Həm də ona görə silinməyib ki, bu beysbolka məsələsinə görə Rednikin texniki zonadan uzaqlaşdırılması məsələsinin özü absurd olduğundan futbol qurumlarımızın rəhbərliyi tərəfindən müxtəlif ağırlaşdırıcı maddələr fikirləşilərək, yəni Rednik söyüş söyüb və təhqiredici hərəkətlərə yol verib kimi bəhanələr fikirləşilərək onu 5 oyunluq texniki zonadan İK-nin qərarı ilə kənarlaşdırmış olublar və bunun müddəti isə hələ bitməyib. Yenə də absurd olaraq bu cəza ilə yanaşı ona xeyli miqdar para cəzası da kəsilib. Rednikin də qeyd etdiyi kimi dünyanın heç bir yerində belə absurd qərarlar yoxdur. Ya para cəzası olmalı, ya da texniki zona cəzası olmalı idi. İkisinin bir yerdə tətbiq olunması beynəlxalq prinsiplərə ziddir.

            Mirça Rednik həm də onu da bildirmişdi ki, bu barədə Haaqa beynəlxalq məhkəməsinə müraciət edərsə, haqqın bərpasına nail ola bilər. Deyəsən haqqın bərpası yönündə müəyyən irəliləyişlər hiss olunmaqdadır. Belə ki, sızan məlumatlara görə Haaqa Beynəlxalq Məhkəməsi artıq Mirça Rednikin şikayətləri ilə tanış olub. Məsələnin futbolla bağlı olduğundan onlar işə Avropa futbol qurumu olan UEFA dan nümayəndə cəlb etməyi də planlaşdırmış və eyni komanda ilə oyun olduğundan onların əyani olaraq Lənkəranda keçiriləcək bugünki oyuna həmin nümayəndələrin göndərilməsini təşkil etdikləri haqda məlumatlar əldə olunub. Əgər bu oyunda da UEFA nümayəndəsinin hansısa qərəzlə bağlı baş idarəsinə göndərəcəyi faktlar olarsa, onda Azərbaycan futbolunu müəyyən sanksiyaların gözlədiyini indidən söyləmək mümkündür.

            Papaq məsələsinə gəlincə isə fikri yenə bu istiqamətdə davam etdirərək onu deyə bilərik ki, son zamanlar hakimliklə bağlı, xüsusən yuxarıda göstərilən oyunun hakimliyi ilə bağlı Azərbaycan futbolunun başını yerə soxan bəzi hakimlərimiz papaq haqda düşünsələr yaxşı olar. Belə ki, bu tip narazılıqların qarşısını almaq üçün hakimlər komitəsi öz dediyinə görə beynəlxalq, xüsusən Xaqani Məmmədovun dediyi kimi İtaliyada rast gəlinən praktikadan istifadə etməyə başladıqlarını bəyan edirlər. Təki bu səylər obyektivlik yönündə hamının istədiyi nəticələri versin. Belə ki, matçın başlama saatına qədər hakimlərin adlarının gizli saxlanılması və onların telefonlarından belə məhrum edilərək otellərdən birbaşa stadiona göndərilməsi haqqında komitə sədrinin açıqlamaları var. Yenə də bunların obyektivlik yolunda müsbət nəticələr verəcəyinə inanmaq istərdik. Həm də bundan sonrakı hakimlik də buna əyani sübut olacaq deyə bilərik. Nə deyirik misal var: "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”

            Meyxana məsələsinə gəlincə isə yenə də fikir burada da davam edəcək. Ölkəmizdə keçirilən bir çox meyxana yarışlarına çoxlarımız şahidlik etmişik. Həm də ona şahidlik etmişik ki, deyiləcək meyxananın qafiyəsi verilişdə təqdim olunan papaqdan çıxarılıb. Qafiyə buna qədər hər iki meyxana deyən tərəf üçün gizli saxlanılib və həmin anda tərəflər papaqdan çıxan qafiyə ilə tanış olub deyişməyə başlayıblar. İndi də onu demək olar ki bu meyxana yarışmasındakı kimi, matçlara təyin olunan hakimlərin də adı gizli saxlanılır. Bunun heç bir zərəri olmadığını düşünürük. Amma bu işdə zərəri olan bir şey ola bilər ki, bunlar da "Papaqdan çıxan hakim qafiyələridir.” Belə ki, papaqdan,  son zamanlar məşhur qafiyələrə çevrilmiş olan "Top əli tapdı, əl topu tapdı, bizsə söylərik hakim nə yapdı?” kimi, və ya "Görmək olmayır, görüş dar idi,  Gördüyüm qədər təmas var idi.” kimi sonradan televiziya verilişlərində şərh verən rəsmilərimizin əlinə bəhanə verə biləcək qafiyəli hakimlər çıxmasın.

Views: 523 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 AFFA-QAZ   (18/Mar/2011 21:49) [Daxil Olunan]
Bu olkede her shey 5-6 neferin elindedir, ve onlar bir birine qohumdur.
Azerbaycan musteqilliyi bariz numunesi kimi Xezer-Lenkeran klubunu gost olar!
Balkanlarda yigilan pullari tokur Azerbaycana! Min bir ish getiriller bashina hemin o
5-6 nefer, amma gene sona kimi mubarize aparir mubariz Mubariz Mensimov!
Yoxsa pensiyacilarin bogazindan kesilen pullarin hesabina varlanan, nefti satib
ciblerini dolduran 5-6 neferin Neftcisine, Bakisina, Qebelesine azarkeshlik edek???
Birde deyim ki o 5-6 nefer Mubariz Mensimova paxilliq edirler!

0  
1 Zakir   (18/Mar/2011 12:38) [Daxil Olunan]
Rövnəq neftcinin vur-tut 20-30 azarkeşlərinidə qaçırtdı bu çirkli yollarla.
Adam nəqədərdə agılsız olsada zornan qabaga çəkilən və çirkli pullarla malyələşən kamandaya azarkeşlik etməz!

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz