Bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü kimi qeyd olunur. Bu günün şimali Azərbaycanla, cənubi Azərbaycan
arasındakı sərhədlərin elə Azərbaycan vətəndaşlarının özləri tərəfindən sökülməsi
ilə bağlı olan bir tarixi var. Bununla da "Dünya Azərbaycanlılarının Həmrəylik
Günü” tarixə öz möhürünü vurmuş oldu.
Bu
gözəl bayram münasibəti ilə bütün yer kürəsində yaşayan azərbaycanlıları təbrik
edir, onlara daim belə həmrəy olmalarını arzu edirik. Qoy bütün azərbaycanlılar
həmişə sağlam bədənli, sağlam düşüncəli və mehriban olsunlar. Bizi qələbələrə
yalnız belə həmrəylik qovuşdura bilər.
Bu
gün həm də 2010-cu ilin yerini, 2011-ci ilə təhvil verməsi ilə yadda qalacaq.
Sevincli, kədərli 2010-cu ili yola salarkən, 2011-ci ildə bütün xalqımıza daim
xoş günlər, firavan həyat, sağlamlıq, arzularının gerçəkləşməsi yönündə düşərli
il olmasını və bu ildə bütün sahələrdə yalnız qələbələrin bayram edilməsini
arzu edirik!
Bu
bayram, "Yeni il” bayramı kimi qeyd olunmaqla, "Yaşıl Yolka”, "Ağ qar”, "Şaxta
baba” və "Qar qız” kimi simvollara malikdir.
Burada,
"yaşıl və ağ” rənglər həm də doğma "Xəzər Lənkəran”ımızın rəngləridir. "Şaxta
baba” və "Qar qızı”ın bizə bəxş edəcəyi hədiyyələr isə cari transfer dönəmində
güclü futbolçular olsun deyirik. Bununla da yenidən formalaşacaq komandamızın
bizə bəxş edəcəyi gözəl futbol, çempionluq, kubok və Avropada qazanılacaq
uğurlar olmasını arzulayırıq.
Bir
daha hamınızı bu bayramlar münasibəti ilə təbrik edirik!
|