Cümə Axşamı, 28/Mar/2024, 19:57
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » May » 9 » G. Xanbabayeva:-""Baku de Valencia"ya iki XL-lı futbolçuya ödənilən pul bəsdi""
12:15
G. Xanbabayeva:-""Baku de Valencia"ya iki XL-lı futbolçuya ödənilən pul bəsdi""


            İspaniyanın "Baku de Valencia” klubunun prezidenti Gülnarə Xanbabayeva azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan, görülən işlərdən danışıb və sevimli oyunçularının adlarını açıqlayıb.

            - Azərbaycanlı xanımın İspaniyada belə bir futbol klubu yaratması bir qədər şok effekti yaratdı. Necə oldu ki, belə bir iş gördünüz?
            - 2009-cu ildə mənə zəng etdilər və beynəlxalq turnirdə iştirak etmək təklif olundu. Seneqal, BƏƏ, İspaniya, Argentina və Əlcəzairdən olan komandalar da həmin turnirdə qüvvələrini sınayırdı. Məndən 7 oyunçu tapmaq xahiş olunmuşdu. Amma mən dedim ki, problem yoxdu, 11 nəfərli tam heyət də təşkil etmək olar. Lakin həmin komandanı qurmaq çətin oldu. Çünki Valensiyada elə də çox azərbaycanlı yaşamırdı. Təbii ki, onların da hamısı futbol oynamağı bacarmırdı. Belədə oğlum Süleymana müraciət etdim. O, iki dəfə imtina etsə də, axırda razılaşdı. Komandamızın adını "Azərbaycan” qoyduq. Həmin turnirdə ikinci yeri tutduq. Elə həmin vaxt da başa düşdük ki, futbol klubu yaratmaq pis olmazdı.
            - Sonradan klubun adını dəyişdirdiz?
             - Həmin turnirdən sonra uşaqlar məndən xahiş etdilər ki, komandanı buraxmayaq. Onlar İspaniya çempionatında çıxış etmək istəyirdilər. Mən də onların sözünü yerə sala bilmədim. Müxtəlif ideyalar var idi. Məsələn, "Xəzər” adını istəyənlər də oldu. Aydın məsələdi ki, ispanların Azərbaycan barədə heç bir məlumatı yox idi. Onda belə qərara gəldik ki, paytaxtımızın adını istifadə edək. Nəticədə "Baku de Valencia” adını seçdik. Mən həmişə Heydər Əliyevin bir sözünü xatırladıram. O, deyirdi ki, ölkə xaricində yaşayan hər bir azərbaycanlı öz ölkəsini təmsil etməlidi, başqalarının mədəniyyətimizi, tariximizi öyrənməsində yardımçı olmalıdı. Biz burda həm də Azərbaycan idmanını təmsil etməyə başladıq.

            - Amma hazırda komandada azərbaycanlı yoxdu..


            - Təəssüf ki, elədi. Gürcülər, ruslar, ukraynalılar, ispanlar, argentinalılar, ekvadorlular, seneqallılar ar. Boliviyadan da oyunçu var. Bütövlükdə 11 millətdəndilər. Hələlik öz futbolçularımızı burda oynamağa dəvət edə bilmirəm. Maliyyə durumumuz buna imkan vermir. Heyətdəki futbolçulardan yalnız beşi maaş alır. Qalanları isə pulsuz çıxış edirlər.

             - Büdcəniz cəmi 30 min avro təşkil edir. Bununla komandanı necə saxlayırsız?
            - Əlbəttə, bu, çox çətindi. Şəxsən mənim maliyyə problemim yoxdu. Amma komandaya dəstək lazımdı. Biz Azərbaycanı daha yaxşı şəkildə təmsil edə bilərik. Gəl ki, maddi imkanlarımız o qədər də geniş deyil. Mənim İspaniyanın üçüncü divizionunda çıxış edən bir klubu almaq arzum var. Özü də hazırda satışa çıxarılıb.

            - Hansı klubdu?
            - "Ellin” adlanır. 450 000 qiyməti var. Amma mən öz əlaqələrimlə onu 150 minə də ala bilərəm. Mən hətta bu komandanı İspaniyanın ikinci ən güclü çempionatı olan Sequnda diviziona çıxarmağa da zəmanət verə bilərəm. Mövsümün ortasında bu komanda 20 komanda arasında 17-ci idi. Satılmaq söhbəti yaranandan sonra cəsarətləniblər. İndi 8-ci yerdə gedirlər. Mənə 150 min klubu almaq üçün lazımdı, 300 min isə bir il ərzində komandanı saxlamaq üçün. Mən hətta komandaya kimləri dəvət edəcəyimi də bilirəm. Mənim "Sevilla” və "Atletico”da çıxış edən futbolçularla da tanışlığım var. Güclü komanda yarada bilərəm.

            - Heç biznesmenlərlə, potensial sponsorlarla əlaqə yaratmısız?
            - Mən "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova məktub yazmışdım. Mən özüm Lənkərandanam. Mənə elə gəlir ki, yazdığım məktub Mənsimova qədər gedib çatmayıb. Əks halda o, həmin məktubumu cavabsız qoymazdı. Hətta onun İstanbuldakı ofisinə də zəng etmişəm. Orda sadəcə kömək etmək istəmədilər. Çoxlarına bu, maraqsızdı. Halbuki, mənim xahiş etdiyim "Xəzər Lənkəran”ın bir-iki oyunçusunun qiymətidi.

            - AFFA-ya müraciət etmisiz?
            - Bəli, ora da məktub yazmışam. Həmçinin mənə "Bakı”nın prezidenti Hafiz Məmmədov zəng etmişdi. Onunla telefon danışığımız çox xoş təsir bağışlamışdı. Problemlərimizlə maraqlandı, bildirdi ki, hər şeyi yoluna qoymağa kömək edə bilər. Özü də klublarımızın adında da oxşarlıqlar var. O, mənə komandanı saxlamaq üçün nə qədər pul lazım olduğunu öyrənməyi söylədi. Lakin sonradan onunla yenidən əlaqə yaratmaq cəhdlərimiz də faydasız qaldı. Buna baxmayaraq, ümidlərimi itirmirəm.

            - Amma mətbuatda tam fərqli məlumatlar yayıldı...
            - Bilirəm. Yazdılar ki, guya "Bakı” bizə kömək edir və s. Bu informasiya bizə böyük problemlər yaratdı. Komandamızın futbolçuları elə düşündülər ki, pul olduğu halda onlara vermirik. Onlardan bəzilərini inandıra da bilmədik və səkkizi komandadan ayrıldı. Mən bilmirəm bu yalan məlumatları kim və niyə yaydı.

            - "NTV plyus”da klubunuz haqda hazırlanan reportajdan sonra irəliləyiş var?
            - Mən Leyla Əliyevaya təşəkkürümü bildirirəm ki, bu çəkiliş qrupunun bura gəlməsini təşkil etmişdi. Həmin reportajdan sonra ancaq bizim komandadan danışırlar. Qəzetlər də bizdən yazır. Həqiqətən özümüzə qarşı böyük diqqət görürük. Mən əminəm ki, Azərbaycanda idmanın inkişafına qayğı göstərən insanlar var və onlar bizə üçündü divizion klubunu almaqda kömək edəcəklər. Mənə kənar pul lazım deyil. Sadəcə başlanılan işi davam etdirmək istəyirəm.

            - Deyəsən, həmişə azarkeş olmusuz...
            - Xeyr. Futbola getmirdim. Heç qaydalarını da bilmirdim. Amma bu klubu yaratdıqdan sonra bu idman növünə də marağım artdı. İndi isə "Valencia” və "Levante”nin heç bir oyununu buraxmamağa çalışıram. Bütün komandaya bilet alıram ki, qoy baxıb öyrənsinlər.

            - Sevimli oyunçularınız varmı?
            - Bəli. Bu, mənim komandamdı. Seneqaldan olan Maliklə ekvadorlu Emrini daha çox sevirəm. Sonuncu demək olar ki, hər oyunda qol vurur. Əsl bombardirdi.
Views: 980 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 aga.vaqifoglu   (24/İyul/2012 08:38) [Daxil Olunan]
aga.vaqifoglu@mail.ru

0  
1 Baku de Valencia   (17/May/2012 10:12) [Daxil Olunan]
Salam. Sizə Baku de Valencia FK-dan idarə heyətindən yazırıq. Saytınızda azerisport tərəfindən hazırlanaraq dərc etdiyiniz bu məqalədə yanlış məlumatlar getdiyi üçün Klub rəhbərliyinin narazıçılığına səbəb olmuşdur. Sonradan, bu məqaləyə düzəliş kimi, azerisport-da daha bir məqalə də dərc edilmişdir. Onun linkini sizə göndərir və mümkünsə, saytınızda dərc edilməsini xahiş edirik.

http://azerisport.com/articles.php?item_id=20120512122434531&sec_id=2

Əvvələcədn təşəkkürümüzü bildiririk.

Hörmətlə,
Baku de Valencia rəhbərliyi

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz