Şənbə, 20/Apr/2024, 19:10
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Mart » 14 » “AZAL”la oyunda yaddaqalan məqamlar
12:19
“AZAL”la oyunda yaddaqalan məqamlar

          

            XXIII tur həm də təsnifat mərhələsindən sonrakı "6-lıq” mərhələsinin ilk turu idi. Təsnifat mərhələsinin sonlarını və yanaşı keçirilən kubok oyunlarını "Xəzər Lənkəran” çox parlaq çıxışları ilə yadda qalmışdı. Bu mənada "6-lığ”ın ilk turunu da azarkeşlərimiz  parlaq qələbələrin davamını izləmək üçün "Şəfa” stadionuna toplaşmışdı. Stadiona gələ bilməyənlər də tez-tez buradakı tanışları vasitəsi ilə telefon əlaqəsi saxlayaraq, hər dəqiqə məlumat almağa çalışırdılar. Lakin nə oyunu izləyən "Xəzər lənkəran” azarkeşləri öyrəşmiş olduqları palaq oyunun şahidi ola bilirdilər və nə də bu barədə onlara telefon zəngi açan tanışlarına xoş xəbərlər verə bilirdilər.

            Komandamızın dediyimiz kimi get-gedə daha parlaq qələbələrinə öyrəşmiş olan azarkeşlər, çempionluq yolunda "Xəzər Lənkəran”ın bu tur xal itirəcəyini ağıllarına belə gətirə bilmirdilər, nəinki məğlub olacağımızı. Görünür son ağır keçən oyunlar nəticədə yorğunluq yaratmışdı. Digər səbəblər də olmamış deyildi. Bunlara son kubok oyununda iki əsas heyət üzvümüzün, Kamran Ağayevin və Uinston Parksın zədələnərək bu oyunda meydana çıxa bilməməsini misal göstərməklə yanaşı həm də son möhtəşəm oyunlardan sonra komanda üzvlərinin arxayınlaşmasını da qeyd edə bilərik. Bəli, fikrimizcə bu mövsüm "Xəzər Lənkəran”  ən zəif oyununu keçirdi. Komanda əsasən meydanın 2/3-nə nəzarət etsə də hücum xəttinin "dişsizliyi” sanki orta və arxa xətti də ruhdan salırdı. Elə bunun nəticəsi olaraq ümumi komanda oyununda sanki bir inamsızlıq var idi. Buraya hesab 0:0 olarkən "AZAL”lı futbolçuların hesabı qorumaq üçün hərdən müəyyən ləngidici hərəkətlər etməsini qeyd etmək olar. Amma hesab onların xeyrinə dəyişdikdən sonra isə yerdə səbəbsiz olaraq dəqiqələrlə uzanmalarını və bununla qələbəni qoruyub saxlamaları üçün verdiyi "çabaları” heç də centlmenliyə yaraşan hərəkətlər olmadığı da yadımızda qalacaq. Hakimin isə bu qədər itirilmiş vaxta rəğmən 1 və 3 dəqiqə əlavə etməsini və əlavə olunmuş vaxtın isə bitməsini gözləməyərək final fiti səsləndirməsini də qeyd etməliyik. Lakin bütün bunlar həmişə olduğu kimi haqqına söylənmiş fikirlər olduğundan fikirlərimizi eyni məntiqlə də davam etdirmək bizim əsas xəttimizdir. Belə ki, bizə 3 xal lazım olsa da, amma bu cür keçirdiyimiz oyunla bizə qələbə lazım deyildi. Çünki bu oyunla "Xəzər Lənkəran” qələbəni haqq etməmişdi. Biz "Xəzər Lənkəran” azarkeşi kimi yalnız qələbəyə layiq oyunla 3 xalımızı qazanmaq istəyirik. Biz güclü "Xəzər Lənkəran”ın azarkeşləriyik. Komandamızın buna potensialı yetərincədir. Hələ bu məğlubiyyətin də dünyanın sonu olmadığını qeyd etməliyik.

            Rövşən Əhmədovdan ayrıca danışmaq istəyirik. Bu oyunda Rövşən Əhmədovun "Xəzər Lənkəran”dan xal aldığını düşünmürük. Ümumiyyətlə oyunun ipini əldə saxlamaq üçün tez-tez fit çalmasını kənara qoysaq onun "Xəzər Lənkəran”a qarşı hər hansı qərəzli qərarının olduğunu düşünmürük. Hər cür eybəcərliyə rast gəldiyimiz hakimliyimizdə bir iki təmiz hakimlərimizdən biri olduğunu düşünürük. Belə çirkabda onun kimi işləmək heç də asan məsələ deyil. Buna görə Rövşən bəyə təşəkkür etməyin lazım olduğunu qeyd etməliyik. O nələrdəsə çatdırmasa da, hər halda vicdanda çatdırır deyə bilərik.

            Daha sonra yadda qalan məqamlardan biri də final fiti səslənərkən 17-18 yaşlarında bir "Xəzər lənkəran” fanatının komandasının məğlubiyyətini həzm edə bilməyərək, necə göz yaşları axıtdığının çoxları şahidi oldu. İki əli ilə gözlərini ovuşduran bu gənci sakitləşdirmək belə mümkün deyildi. Hamı evinin yolunu tutduğu anda o oturacaqdan tərpənməyərək sakit olmağı bacarmırdı. Hər yanından ötən "Xəzər Lənkəran” azarkeşi onu qucaqlayıb sakitləşdirməyə çalışsa da nəhayət o ürəyi boşaldıqdan sonra yerindən qalxmağı bacardı.

            Onun göz yaşları xüsusən məğlub olmuş "Xəzər Lənkəran”ın əsasən rumıniyalı futbolçuları komandanın məğlub olmasına baxmayaraq alqışlayan azarkeşlərə tərəf  başlarını qaldırmadan əlləri yuxarıda əl çalaraq qarşılıq verməsi zamanı daha da şıddətli idi. Bəli bu mənzərə çoxları kimi bizi də mütəəssir etmişdi. Lakin yenə də vurğulamalıyıq ki, bu məğlubiyyət dünyanın sonu deyil. Bunun acısını unutdurmaq üçün qarşıda hələ 9 tur var. Əsas odur ki, komandasını belə sevən azarkeşlərimiz var. Məğlub olduqları üçün isə onların qarşısına gələn, lakin gələrkən başlarını yuxarı qaldırmayaraq onlarla utanaraq sağollaşan komanda üzvlərimiz var. Bu məğlubiyyətdən nəticə çıxarmağa kifayət edə biləcək davranış tərzidir. Biz həmişə səninləyik doğma "Xəzər Lənkəran”! Enişli-yoxuşlu futbolda dünyanın ən güclü komandası belə məğlubiyyətdən sığortalanmayıb. Biz sənin Çempionluğuna inanırıq, sən buna layiqsən ""Xəzər Lənkəran” ailəsi!”

Views: 465 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (14/Mar/2011 14:27) [Daxil Olunan]
Umidimizi itirmeyek. Inshaallah donus noqtesi 18 de olacaq. Hemin gun 2 qat bayram sevinci yasamaq umidi ile. Allah komeyimiz olsun.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz