"Xəzər
Lənkəran” klubu özü ilə bərabər Azərbaycan futboluna bir çox yeniliklər gətirib. Futbolu, onun ayrılmaz hissəsi
olan azarkeşləri olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan da "Xəzər
Lənkəran” ölkə futboluna azarkeşlərinin simasında daha bir yenilik gətirdi.
Belə
ki, "Xəzər Lənkəran” azarkeşlərindən ibarət ilk olaraq müstəqil fəaliyyət
göstərən fanat klubları yarandı ki, bu addımı da ilk olaraq "12ci oyunçu”
MFK atmış oldu. 2008-ci ilin 22 fevralında 12 nəfərdən ibarət təsis yığıncağı
keçirən "12ci oyunçu” MFK fəaliyyətini bu adla da rəsmiləşdirdi və ölkə
tarixinə ilk müstəqil fanat klubu kimi düşdü.
Artıq
təsis yığıncağından 10 gün sonra onların sayı 35 nəfərə, üç ay sonra isə 105 nəfərə
çatdı. Beləcə inkişafda olan "12ci”lər 1 il sonra öz rəsmi saytları olan
http://12cioyuncu.moy.su saytı ilə də fəaliyyətlərini genişləndirmiş oldular.
22 fevral günü Respublikamızın ilk müstəqil fanklubu
olan "12ci oyunçu” 3 yaşını qeyd edir. Bu 3 ildə doğrudan da çox işlər
görmüş, çox layihələr həyata keçirmiş, Respublikamızda və onun hüdudlarından kənarda
belə tanınmağa müvəffəq olmuşdur.
Bu
gün də öz fəaliyyətlərində yeniliklər etməklə çoxlarımızı yaxşı mənada, təəccübləndirməkdə
davam edirlər. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Qoy "Xəzər
Lənkəran” öz fanatları ilə birlikdə həmişə yüksəklərdə olsun!
Dərin hörmətlə: "Bosman”
fanklubunun idarə heyəti 21/02/2011
|