Öncə onu qeyd edək ki, 17
yaşlılardan ibarət yığma komandamızın aparıcı üzvü və "Xəzər Lənkəran" klubunun yetirməsi olan Elnur Cəfərov əsas heyətə namizədlərdən biri kimi "Xəzər Lənkəran"la birlikdə Avstriyaya təlim-məşq toplanışına getməliydi. Lakin son anda onun valideynlərinin də istəyi ilə kiçik yaşlı futbolçumuz bu səfərdən imtina edib. İlk baxışda bu qəribə göründüyündən bəzi mənbələr hətta onu Azərbaycana və Lənkəran xalqına xəyanətdə suçladılar. Biz isə hamıya soyuq başla fikirləşməyi məsləhət görürük.
Belə ki, az yaşlı futbolçumuzu bu
ittihamda suçlayanlar özləri hər hansı bir futbolçumuzun ölkəxaricində oynamasını həmişə alqışlamayıblarmı? Elə Vaqif Cavadovun "Tvente" misalında bunu söyləmək olar. O vaxtı bütün hər kəs və xüsusən mətbuat da Vaqif Cavadovun hansı məşqdə neçə dəqiqə iştirak etməsindən bol-bol yazırdı.
Təki bu uşaq da xaricə çıxıb parlasın. Elə bu da "Xəzər Lənkəran" məktəbinin uğuru sayılmazmı? Əslində, Elnur Cəfərov və ya digər birinin xüsusən də Lənkəran futbol məktəbinin yetirməsi olan hər hansı futbolçunun komandamızın əsas heyətində parlayaraq bir neçə il və ya daimi olaraq çıxış etməsini biz də istərdik. Belə istedadlı, özü də azyaşlı futbolçunu, atasını və hətta ailəsini xəyanətdə suçlamaq ona qarşı təzyiq və haqsızlıqdır. Bu istedada dayaq olmaqdan, hansısa maraqlara görə onu sındırmaq qəbulolunmazdır. Bir daha deyək ki, hər hansı bir azərbaycanlının xarici dövlətlərin futbol meydanlarında ölkəmizi təmsil etməsi uğur sayılırsa, onda bu anormal yanaşma nədən qaynaqlanır? Onda belələrinin fikrincə, Leonel Messi Argentina xalqına, Kriştianu Ronaldo Portuqaliya xalqına, Ronaldinyo Braziliya xalqına, Zinəddin Zidan isə Əlcəzair xalqına xəyanətdə suçlanmalıdır? Bu gənc istedada dəstək olmaq əvəzinə heç olmasa, mane olmayaq!
"BOSMAN" olaraq bizim yanaşmamız bu formadadır.
İndi isə bu gənc istedadın "Sportal.az" saytına müsahibəsini təqdim edirik.
- Öncə
özün barədə məlumat verərdin…
- 1997-ci il martın 28-də Lənkəranın Digah kəndində
doğulmuşam. Ailədə 4 nəfərik. Valideynlərim, qardaşım və mən.
- Hansı məktəbdə
təhsil alırsan?
- Vidadi Qasımov adına Digah kənd orta məktəbində
9-da oxuyuram.
-
Futbola gəlişin necə olub?
- Lənkəranda başlamışam. Atam məni futbola yazdırıb.
Ümumiyyətlə, indi futbolçu olmağımda atamın və məşqçim Məhərrəm Bağırovun
danılmaz zəhməti var.
- Ailədə səndən
başqa futbolla əlaqəsi olan var?
- Təkcə mən futbolçuyam. Amma ailəm mənə böyük dəstəy
olur. Atam özü də futbolçu olub. Atamın adı Maildi. O, vaxtilə Masallının "Viləş”
komandasında oynayıb.
- "Xəzər Lənkəran”dakı
durumun nə yerdədi?
- Məni əsas komandaya cəlb etmək istəyirdilər.
Avstriyaya təlim-məşq toplanışına aparmağı təklif etdilər. Amma yorğun
olduğumdan getmədim.
- Bəs indi
necə olacaq? Əvəzedici heyətə cəlb edilirsən?
- Xeyr. Ümumiyyətlə, mənim "Xəzər Lənkəran”la
müqaviləm başa çatıb. Əsas komandaya getməyi isə, nə mən, nə də atam istədi.
- Deməli,
"Xəzər Lənkəran”dan ayrılacaqsan?
- Yəqin ki, elə olacaq.
- Təkliflər
var?
- Bəli, var. "Qəbələ” məni öz heyətində görmək istəyir.
Bir neçə klub da var ki, təklif göndərib. Amma bu məsələləri mən yox, atam həll
edir.
- U-17-ə
nə vaxtdan cəlb olunursan?
- Artıq ikinci ildir. U-16 toplaşandan bu
komandadayam. Yenicə U-17 olduq. Yəni təzə komanda yaranan gündən buradayam.
- Yığmanın
heyətində çoxlu səfərlərdə olursan. Xarici klublardan necə, dəvətlər almısan?
- Xarici klublardan da məni istəyən var. Elə çox
güman ki, karyeramı Azərbaycandan kənarda davam etdirdim. Mənim arzum ölkədən kənarda
oynayıb, Azərbaycanın adını yüksəklərə qaldırmaqdı.
- Axı "Xəzər
Lənkəran” sənin üçün doğma komandadı. Nəyə görə oradan ayrılmağa qərar vermisən?
- Düzdür, doğma komandamdı. Amma xarici klublarda
oynamaq, Lənkəran və Azərbaycanın adını yüksəklərə qaldırmaq uşaqlıq arzumdu.
- İdealın
kimdi?
- Oyun stilimi Burak Yılmaza bənzədirlər. Amma mən
Lionel Messini çox sevirəm. Onun yolunu tuturam. Çünki həm güclü, həm də sadədi.
- Əsasən
hansı mövqedə oynamaq sənə rahat gəlir?
- Hücum xəttində oynamaqmənə rahatdı.
- Səncə, əsas
üstünlüyün nədir?
- Məşqçilərimin dediyinə görə, sürət və texnikam əsas
üstünlüyümdü.
- Çoxlu
qol şansları yaxalasan da, onlardan az sayda istifadə edirsən. Bunu nə ilə əlaqələndirərdin?
- Düzdür. Qol şanslarım çox olur, amma vura bilmirəm.
Çünki mən topu saxlayıb, sonra vurmağı xoşlayıram. Amma məşqçilərim deyir ki,
bir toxunuşlu zərbələr daha məqsədəuyğundu. İndi onun üzərində çalışıram.
-
Bakıda keçirilən ikinci "Caspian Cup” turniri yenicə başa çatdı. Finalda hansı
səbəbə Gürcüstana məğlub oldunuz?
- Final oyunumuz alınmadı. Əsasən də hücum xəttində.
Qol vura bilmədik, gürcülərsə bir qol vurub qələbə qazandı.
- Bir
neçə ildən sonra səni əsas millidə görə biləcəyik?
- Bu haqda heç nə deyə bilmərəm. Onu Allahdan başqa
heç kəs bilmir. İnşallah ki, oynayaram.