
Bildiyimiz
kimi bu gün Nyon şəhərində yerləşən, UEFA-nın mənzil qərargahında 2012/2013-cü
illəri əhatə edən Avropa kuboklarının ilk iki mərhələsinin püşkü çəkilib. Bu,
həm Çempionlar Liqasının və həm də
Avropa Liqasının cütlüklərini müəyyən edib. Ölkəmizi Çempionlar Liqasında "Neftçi”,
Avropa Liqasında isə "Bakı”, "İnter” və "Xəzər Lənkəran” klubları təmsil
edəcək. Belə demək mümkünsə, bu il püşk klublarımızın üzünə gülüb. Belə ki, "Neftçi”nin
ilk rəqibi Gürcüstanın "Zestafoni” klubu olub. Avropa Liqasında isə "Bakı”
klubu Sloveniyanın "Mura” klubu ilə, "İnter” Estoniya təmsilçisi "Trans”la, "Xəzər
Lənkəran” isə daha bir Estoniya təmsilçisi olan "Nomme Kalyu” ilə ilk təsnifat
mərhələsində görüşəcək. Onu da qeyd edək ki, "Nomme Kalyu” Estoniya paytaxtı
Tallin şəhərinin təmsilçisidir.
"Nomme Kalyu”
Tam adı: Mittetulundusühing Jalgpalliklubi
Nõmme Kalju
Ləqəb: Çəhrayı Pantera
Əsası
qoyulub: 1923, Yenidən bərpa olunub 1997
Stadionu: "Xiyu”
Stadionun
tutumu: 500 Tamaşaçı
Prezidenti: Kuno Tehva
Məşqçi: İqor Prins
İştirak edir: Меystriliqа (Estoniya Güclülər Dəstəsi)
"Nomme Kalyu”
(MJ Nõmme Kalju) — Tallin şəhərini təmsil edən Estoniya futbol klubudur ki, hazırda
Меystriliqаda (Estoniya Güclülər Dəstəsi) çıxış edir. Bu klubun əsası 1923-cü
ildə qoyulub. Yenidən isə müasir tələblərə cavab vermək üçün bir daha 1997-ci
ildə təkrarən əsası yenilənib ki, bununla da komandanın əsas hissəsini Tallin
şəhərinin yetişdirmələri olan futbolçular və «Noorte Hääl» qəzetinin əməkdaşları təşkil
edib Ev oyunlarının keçirildiyi stadion "Xiyu” adlanır və 500 azarkeş tutumuna
malikdir.
Tarixi
ekskursiya etdikdə 1997-2004-cü illərdə klub ölkənin 3-cü liqasında yarışıb. 2005-ci
ildə 2-ci liqaya vəsiqə qazanan "Nomme Kalyu”, növbətiu il üçün "Esiliqa”ya
vəsiqə qazanıb. Bununla da "Nomme Kalyu” ilk dəfə olaraq "Meystriliqa”ya
vəsiqə əldə etmiş olub. 2008-ci ildə komanda 4-cü yeri tuta bilib. Avropa
Liqası yarışlarına isə 2009/2010-cu illərin yarışlarını əhatə edən mövsümdə
qatılıb. 2009-cu ilin yazında komanda ölkə kubokunun finalına yüksəlib. 2011-ci
ildə komanda çempionatın gümüş mükafatçısı olub. Bununla da 2012/2013 Avropa
Liqası mövsümünə vəsiqə qazanıb.
|