Cümə Axşamı, 26/Dek/2024, 18:36
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 5
Qonaqlar: 5
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Oktyabr » 3 » Arif Əsədov: “Xəzər” çempionatın 1 nömrəli favoritidir”
21:24
Arif Əsədov: “Xəzər” çempionatın 1 nömrəli favoritidir”


Arif Əsədov: "Mən boş yerə danışmıram" 

"Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- "Neftçi”dən ayrıldıqdan sonra işsiz qalmısınız. Yeni işlər, yeni dəvətlər barədə nə düşünürsünüz?
- Düzü, bu yaxınlarda real dəvət aldım. Həmin klubun rəhbərliyi ilə görüşdük. Amma işbirliyimiz son anda alınmadı. Hələlik danışıqlara ara vermişik.

- Yəqin ki, dəvət göndərən Azərbaycan klubu idi...
- Bəli.

- Bu, baş məşqçi axtarışında olduğunu açıq-aşkar deyən "Rəvan” klubudurmu?
- Konkret ad çəkmək istəmirəm. Dediyim kimi, danışıqlar hələ dayandırılıb. Dekabr-yanvar ayında komanda götürmək daha məqsədəuyğundur. İndi ad çəkməyim düzgün çıxmaz. Onu deyim ki, mən boş yerə danışmıram. Əgər dəvət konkret və kifayət qədər real olmasaydı, heç sizə də deməzdim.

- "Neftçi”dən ayrılanda demişdiniz ki, bundan sonra daha iddialı klublarda çalışmaq istəyirsiniz. Zaman arzuları dəyişməyib ki?
- Kimin nə deməsi məni maraqlandırmır. Təkrar edirəm ki, mən "Neftçi”dən öz istəyimlə getmişəm. Əlbəttə ki, hələ də gözləməyimdə bu amilin də təsiri danılmazdır. Mən öz fikrimdəyəm. Ola bilər ki, komanda hazırda yüksək yerlər uğrunda mübarizə aparsın, ola bilər ki, yüksək yerlər uğrunda düşünsün. Əsas odur ki, məqsəd olsun. Yəni gün keçirmək mənlik deyil

- Yəni, ikinci "altılıq”da mübarizə aparan komandanın dəvətləri sizin üçün keçərli deyil?
- İkinci "altılıq” uğrunda mübarizə aparan hər hansı bir komanda barədə düşünmürəm. Özümü, qazandığım titulları ucuzlaşdırmaq istəmirəm. Komandaların konkret istiqaməti dekabr və ya yanvar ayında bilinəcək. İstəyirəm ki, həmin vaxt qərar verim. Komandanı sıfırdan götürüb formalaşdırmaq lazımdır. Fikrimcə komandanı nailiyyətə çatdırmaq üçün 5-6 il deyil, 1,5 il bəs edər. Məşqçinin də işi məhz sıfırdan hazırladığı komandada bilinər. Özümə inamım var. Bilirəm ki, hansı komandanı götürsəm, ona uğur qazandıracağam.

- Görünən odur ki, hələ də futbolun içindəsiniz...
- Bəli. Azərbaycan çempionatının oyunlarını izləyirəm.

- Sözsüz ki, sizi "Neftçi”yə xüsusi tellər bağlayır. Həm əvəzedicisi, həm də əsas heyəti ilə çempion olduğunuz komandanın oyununda nə kimi dəyişikliklər nəzərə çarpır?
- "Neftçi”nin bu gün yeni baş məşqçisi var, mən ona uğurlar arzulayıram. İstefa verməyimə baxmayaraq, bu komandadan incikliyim yoxdur. Mənim gördüyüm qədəri ilə, komanda son 3 turda qələbə qazananda oyunçular köhnə yerlərində mübarizə aparırdılar. "Neftçi” səfərdə "Xəzər Lənkəran” və AZAL-a məğlub olanda isə futbolçuların yerləri yeni idi. Məncə, komandanı sıfırdan götürüb, hazırlayanda və nəticə qazananda məşqçinin işinə qiymət vermək lazımdır. Məşqçi ən yaxşı halda yarım il ərzində öz heyətini qurub, öz taktikasını diktə edə bilər. Bu müddət ərzində isə köhnə taktika gedir.

- Böyükağa Hacıyev mətbuat konfranslarında deyir ki, mən yeganə məşqçiyəm ki, transfer etməmişəm. Sizcə, bu mümkün uğursuzluqdan sığortalanmağa hesablanmayıb ki?
- Hər kəsin bir fikri var. Amma yaddan çıxarmayaq ki, bu heyət ötən il çempionluğu bayram edib, yeni ilə yaxşı hazırlıq keçib.

- Sizcə, "Neftçi” belə qeyri-sabit oyunla titulunu qoruya biləcəkmi?
- Bu suala komandada yeni fəaliyyətə başlamış insanlar daha dolğun cavab verə bilərlər. Amma deyə bilərəm ki, bu komandanın potensialı var. "Neftçi”də əsas heyətlə yanaşı, güclü ehtiyat qüvvə də mövcuddur.

- Çempionatın ilk 8 turuna nəzərən hansı komandanı çempionluğa daha iddialı saymaq olar?
- Çempionatda elə də ciddi dəyişikliklər nəzərə çarpmır. Yenə ötənilki medalçılar çempionluq uğrunda mübarizə aparırlar. 2-3 tur sonra daha konkret ad çəkmək olar. Amma indidən deyə bilərəm ki, "Xəzər Lənkəran” digərləri ilə müqayisədə çempionluğa daha iddialıdır. Belə davam etsə, çempionatın 1 nömrəli favoritidir.

- Futbol ictimaiyyətinin bir sözü var – bu, oyundur, hər şey mümkündür. Maraqlıdır, sizin növbəti dəfə "Neftçi”yə qayıdışınız mümkündürmü?
- Müəyyən fasilələrlə bir neçə dəfə "Neftçi” klubunun formasını geyinmişəm. Məşqçi həyatı futbolçu həyatından kəskin sürətdə fərqlənmir. Yəni bu gün burdasan sabah, başqa bir tərəfdə. Bunun yaxşı və pis tərəfləri də mövcuddur. Əgər zaman keçsə, qismət olsa, yenə "Neftçi”də işləyərəm.

- Hazırda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun postunda qalıb-qalmayacağı əsas müzakirə mövzusundan biridir. Yəni işsiz və üzdə olan hər bir mütəxəssisin millini çalışdırmaq ehtimalı mövcuddur. Özünüzü bu vəzifəyə hazır hesab edirsinizmi?
- Yığma komanda məşqçi karyerasının ən pik nöqtəsidir. Bu dəvət olarsa, düşünmək lazımdır. Əlbəttə ki, mən də istəyərəm ki, yerli bir məşqçi, Yunis Hüseynov, Qurban Qurbanov, Şahin Diniyev millidə çalışsın. Özüm də bu mərhələyə qalxmağı arzulayaram.

T. Süleymanov
Views: 573 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (04/Okt/2011 09:02) [Daxil Olunan]
Dunen axsam Tv de kanallari deyiserken tesadufen Space kanalinda geden idman verilisini (men ona hec baxmamisam, adini da bilmirem) gordum. Inter-Xezer Lenkeran oyununun izahinin axirina catdim. Elnur Eshrefoglu sherh ederken bele bir soz isletdi : " Yaxshi menada hiyleger Mircea Rednic filan addimi atdi ve yaxshi menada hiyleger Tsxadadze ona qarshi bu addimi atdi"

Elnur Eshrefoglu - eshref, insan demekdir. Amma ELnur siz insanliqdan uzaq bir mexluqsuz. Idmanin cox sahesinde "xitriy xod" ifadesi islenir. Bu esasen shahmatda, shaskide sonra ise futbolda isledilir. Esasen rus kommentatorlari bu ifadeni isledirler amma yerinde isledirler. Siz islede bilerdiz ki mesgciler agilli bir addim atdilar, hiyle isletdiler. Amma shexsiyyetine hiyleger demeyiniz sizin asagi seviyyeli biri oldugunuzu gosterir.

Indi size bir sual dusur: Goresen siz eyni ifadeni Boyukaga Haciyev ucun islede bilersiz ?

Qeyd: Xahis edirem Xezer Lenkeran azarkesleri munasibet bildirin.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz