Az
öncə komandamızın avtobusunun baş məşqçi də daxil olmaqla Lənkərana yollandığı
haqda xəbər vermişdik. Komandanın baş məşqçisi Mirça Redniklə əlaqə saxlayaraq
bəzi yenilikləri də öyrənməyə nail olduq. Mirça Rednik Lənkəran yolunda
olduqlarını təsdiq edərək, yeni transferlər haqda da sorğumuzu belə
cavablandırdı: ”Bildiyiniz kimi komanda Dejan Rusiçlə müqavilə bağlamışdı. Bu
gün isə cərgəmizə Antonio Semedonu da qatmışıq. Mario Rosasla müqavilənin isə
sabah rəsmiləşəcəyi gündəmdədir. Bu dönüşlə çempionatın ikinci turuna
hazırlaşmaq üçün isə Lənkərana dönüb məşqlərə start verəcəyik."
|