"Xəzər
Lənkəran” yaranandan bəri fəal azarkeş kimi seçilən, həmişə komandanın
yanında olan, "12-ci oyunçu” azarkeş qrupu təşkilat komitəsinin üzvü Fariz
İsayev 19-noyabrda ad gününü qeyd edir. "Xəzər Lənkəran” azarkeşlərinin həyata keçirdiyi layihələrinin
az qala hamısında iştirak edən Fariz bəy, premyer liqa komandalarında top qovan
yerli futbolçuların böyük əksəriyyətiylə dostluq edir. O xoş münasibəti ilə
tanış olduğu insanların qəlbinə yol tapa bilir. Fariz İsayev eyni zamanda digər
klubların fan klubları ilə də sıx əlaqə yarada bilmişdir. Fəallığı və
işgüzarlığı ilə o "12-ci oyunçu” azarkeş qrupunun( "12-ci oyunçu” fan
klub olarkən) sıravi üzvülüyndən təşkilat komitəsinin üzvlüyünə qədər
irəliləmişdir. Həyata keçirdiyimiz bütün layihələrin ya ideya müəlliflərindən
ya da təşkilatçılarından biri də məhz
Kərbalayi Fariz olur.
Təbrikdə
qeyd olunan fikirləri mən də bölüşürəm. Həqiqətən də Fariz bəy öz işgüzarlığı
və ideyalarıyla seçilən bir "Xəzər Lənkəran" azarkeşidir. İnsani
keyfiyyətləri ilə çoxlarımıza nümunə olan bir yoldaşdır, dostdur. O,
"Bosman" fanklubunun həyata keçirdiyi bir çox layihələrdə də heç bir
fərq qoymadan, sanki bu fanklubun üzvüymüş kimi fəallıq nümayiş etdirib.
Bununla da ""Xəzər Lənkəran" azarkeşi" missiyasının daha
öndə olduğunu sübut edən insanlardan biridir.
Mən
Fariz bəyin ad gününü səmimi qəlbdən təbrik edirəm. Həyatın ən şirin
nemətlərindən olan cansağlığı, xoşbəxt həyat, imanlı arzularına qovuşmasını və
əlbəttəki doğma "Xəzər Lənkəran"ımızın daim irəlidə olmasının şahidi
olmasını arzu edirəm.
"Bosman" fanklubu adından Dr.
Mirhafiz M. Babayev
|