Bu günü "Xəzər
Lənkəran” ailəsində xoş bir gün hesab etmək olar. Çünki bu böyük ailədə hamının
sevimlisi və xüsusi hörmət bəslədiyi bir insan doğum gününü qeyd edir. Bu şəxsin
Elvar Quliyev olduğunu desək, əlbətdə hamı ona ən xoş ürək sözlərini bildirəcək.
Çünki bu şəxs yorulmadan "Xəzər Lənkəran” üçün can yandıran bir insandır. Bunu
sıravi azarkeşdən tutmuş klubumuzun rəhbərliyinə qədər hamı təsdiq edər.
Elvar bəy
işinə çox diqqət və hörmətlə yanaşan bir insandır. Komandamızın sevincli
anlarında onun necə uşaq kimi sevindiyinin dəfələrlə şahidi olmuşuq. Çətin günlərində
isə necə pərişan olduğunun və hətta qəhərləndiyinin şahidi olmuşuq. Bax bizim
belə kadrlara həqiqətən də böyük ehtiyacımız var. Bu cür can yanğısı ilə işinə
yanaşan və peşəkarlığına heç bir şübhə olmayan belə bir insanlardan təşkil
olunduğuna görə bütün "Xəzər Lənkəran”
ailəsi fəxr edə bilər və əlbətdə ki, daim inkişafda ola bilər.
Təsadüfi
deyil ki, onun əməyini qiymətləndirdiyimizə görə bir neçə ay əvvəl, saytımız
Elvar bəydən geniş müsahibə götürmüşdü. Müsahibədə saytımızın "Elvar bəy, neçə
dil bilirsiniz?” sualına o, ilk olaraq ana dillərini, Talış və Azərbaycan dillərini
saymaqla başlamış və yeddi dil bildiyini söyləmişdi. Biz isə onun hər kəslə
ünsiyyət qura bilməsini və hər kəslə dil tapa bilməsini də bura əlavə edib,
onun səkkiz dil bilməsini iddia edə bilərik.
Ad günün
mübarək, Elvar bəy! Sizə saytımız və "Bosman” fanklubu adından ən xoş
arzularımızı çatdırır, uzun mənalı ömür və bütün işlərində müvəffəqiyyət arzu
edirik. Onu da arzu edirik ki, canınız qədər sevdiyiniz "Xəzər Lənkəran” daim
sizi sevindirsin.
|