Cümə, 27/Dek/2024, 00:19
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Yanvar 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 3
Qonaqlar: 3
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Yanvar » 19 » 2011-in “Qafqaz nağılı”
20:45
2011-in “Qafqaz nağılı”

                                              

            Qafqaz deyəndə ilk öncə Zaqafqaziyada yerləşən üç respublika Azərbaycan, Gürcüstan və nəhayət Ermənistan respublikaları göz önünə gəlir. Tarixən qaynayıb-qarışmış və zaman-zaman düşmənə çevrilmiş olan bu Qafqaz respublikaları arasında hal hazırda da gərginlik hökm sürür. Bu gərginlik əsasən 20% torpaqlarımızı zəbt etmiş Ermənistanla Azərbaycan arasında davamlı olaraq qalmaqdadır.

            Bizim mövzumuz futbolla bağlı olduğundan söhbətimizi bugünki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən, "Birlik Kuboku” kimi qəbul etdiyimiz turnirin ¼ final mərhələsi çərçivəsində  Azərbaycanı təmsil edən "İnter” klubu ilə Ermənistanı təmsil edən "Mika” komandaları arasındakı oyunla davam etdirəcəyik.

            Bugünki oyuna qədər Azərbaycan, Gürcüstan və Ermənistan komandaları çox qarşılaşıblar. Sovet dönəmini xatırlasaq onda SSRİ birinciliyində yüksək liqada Azərbaycan SSR-i "Neftçi”, Gürcüstan SSR-i Tbilisi "Dinamo”su, Ermənistan SSR-i isə "Ararat” komandaları əsasən təmsil edirdilər. SSRİ birinciliyinin ikinci dəstəsinin 6-cı zonasında isə Azərbaycanı Lənkəranın "Xəzər”, Naxçıvanın "Araz”, Stepanakertin (indiki Xankəndi) "Qarabağ”, Kirovabadın (indiki Gəncə) "Kəpəz” və sair komandaları, Gürcüstanı Qori şəhərinin "Dila”, Samtredianın "Lokomotiv” Suxumi və Batumi şəhərlərinin "Dinamo” komandaları və sair, Ermənistanı isə Abovyan təmsilçisi "Kotayk”, Leninakan təmsilçisi "Şirak” və sair komandaları təmsil edirdilər. Bu komandalar arasında o vaxt da daim rəqabət çox güclü idi. Onu da deyək ki, SSRİ-nin ikinci liqası adlanan bu çempionatda səviyyə yetərincə güclü idi. Bu prinsipiallıq xüsusən Azərbaycan və Ermənistanı təmsil edən komandalar arasında daha da kəskin hiss olunurdu. Hər dəfə belə qələbədən sonra azarkeşlərin sevincinin həddi-hüdudu olmurdu. "Neftçi” "Ararat”ı məğlub etdikdə sanki bayram ab-havası yaşanırdı. O cümlədən dediyimiz ikinci liqada da eyni ab-hava yaşanırdı. Sovetlər dönəminin süqutu ilə əlaqədar bu nağıl da bitmiş oldu. Çünki yeni təşəkkül tapmış respublikalar öz milli çempionatlarını təşkil etməyə başlamışdı. Daha onlar hər hansı bir ittifaqı təşkil etmirdi.

            SSRİ-nin dağılması, yerini yeni birlik olan MDB-yə vermiş oldu. Lakin bu əvvəlki birlik deyildi. Daha SSRİ çempionatı keçirilmirdi. Ayrılmış olan 15 respublika öz milli çempionatlarının təşkili ilə məşğul idi. Lakin bu birliyin qalmasında maraqlı olan Rusiya Federasiyası indiki "Birlik Kuboku” kimi bir turnirin keçirilməsinə nail oldu. Bu turnir ildə bir dəfə Rusiyanın paytaxtı Moskva şəhərində (sonralar Sankt-Peterburq da bu turnirə ev sahibliyi etdi) 15 respublikanın çempionları arasında keçirilməklə qalibi müəyyənləşdirirdi. Xatırladaq ki, "Neftçi” və "Xəzər Lənkəran” hərəyə bir dəfə müxtəlif illərdə turnirin qalibi olub.

            Bu turnir təşkil olunandan sonra yenə də Qafqaz respublikalarının komandalarının yolu bir-biri ilə kəsişməyə başladı. Beləliklə "Qafqaz nağılı”nın yenidən davamı gəldi. Bu nağılı ilk dəfə "Neftçi” davam etdirdi. 2006-cı ilin "Birlik Kuboku” turnirində Ermənistanın "Pünik” komandası ilə yolları kəsişən "Neftçi” komandası rəqibinin dərsini necə verdisə, növbəti ildə onlar yenə də komandamızla oynamaqdan imtina edərək turniri tərk etdilər. Bu nağıl belə başladı. Sonradan Azərbaycanı bu turnidə "Bakı”, "İnter”, "Xəzər Lənkəran” təmsil etsə də nədənsə Ermənistan komandaları ilə yolları kəsişməli olmadı. Bəlkə də "İnter” və  "Bakı” turniri tez tərk etdiyindən bu görüş baş tutmamışdı. Maraqlıdır ki,  "Xəzər Lənkəran” finala qədər irəliləyib turnirin qalibi olsa da qarşısına Ermənistan komandası çıxmadı.

            Bu il keçirilən bu turnirdə ölkəmizi son çempionumuz "İnter” hələ ki layiqincə təmsil edir, qrup lideri kimi ¼ final mərhələsinə vəsiqə qazanan komandamız nəinki maksimal xal toplayıb hətta rəqib qapılarına 7 top vursa da, öz qapısında bir top belə görməyib. ¼ final mərhələsinə vəsiqə qazanan "İnter” klubu digər qrupun 2-ci pillə sahibi olan Ermənistanın "Mika” komandası ilə görüşməli olduğundan bizi həm maraqlı həm də nigaran bir oyun gözləyirdi. Çünki bu oyun həm də "20 Yanvar” ərəfəsində baş tutacaqdı. Belədə "İnter” klubunun üzərinə ikiqat məsuliyyət düşürdü. Həm də bununla "Qafqaz nağılı”nın hansı formada davam edəcəyi maraq doğururdu. "Mika” komandasının həm məşqçisi həm də əksər oyunçuları ermənilər olsa da Azərbaycanı təmsil edən "İnter” komandası və onun baş məşqçisi isə gürcü olan Kaxaber Tsxadadze idi. Beləliklə bu oyunda hər üç Qafqaz respublikası təmsil olunurdu. "Qafqaz nağılı”nın nigarançılıqla gözlədiyimiz davamı "İnter” klubunun parlaq qələbəsi ilə yazıldı. Beləliklə "Mika” nın qapısından 4 cavabsız top keçirən "İnter” komandası rəqibə yerini göstərmiş oldu.

            Bu oyunu da nəzərə alsaq hələlik 4 oyun keçirən komandamız parlaq çıxışını davam etdirir. Bu 4 matçda rəqib qapılarına 11 top vuran komandamız qapısında bir top belə görməyib. "Neftçi” və "Xəzər Lənkəran”dan sonra "İnter”ə də bu turnirin qalibi olmasını arzu edirik. Bugünki nəticələrə görə başda "İnter” azarkeşləri olmaqla bütün Azərbaycan futbolsevərlərini təbrik edirik. "Qafqaz nağılı”nı uğurla davam etdirən "İnter”i vətəndə qalib kimi qarşılamaq arzusu ilə...

Views: 727 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 10
0  
10 Anti-AFFA   (29/Yan/2011 21:17) [Daxil Olunan]
Oldu qardaş. Günaxkaram :))

0  
9 BOSSMAN   (22/Yan/2011 09:48) [Daxil Olunan]
Hörmətli 8-ci şərh verən oxucu, nəzərinizə çatdırırıq ki, biz heç də Dieqo Souzanın deyil, Mario Souzanın yayda "Xəzər Lənkəran"dan ayrıldığını yazmışıq və bu fikir ayrıca olaraq mötərizənin içərisində göstərilib. Əksinə Dieqo Souzanın komandamızda qalma ehtimalının böyük olduğunu söyləmişik. Xahiş edirik diqqətli olasınız.

0  
8 AFFA-ya LƏYƏNƏT OLSUN!   (21/Yan/2011 23:41) [Daxil Olunan]
Dieqo Souza yayda ayrilmayıb.
Neftçiyə işləyən Muganla oyunda zəələyiblər onu.
Hal hazırda o bizə məhsusdur.

0  
7 MUR   (21/Yan/2011 20:26) [Daxil Olunan]
Oparani qovublar
Souza zedelidir

0  
6 BOSSMAN   (21/Yan/2011 09:59) [Daxil Olunan]
Hörmətli Asif Qasımov, dünən "Qanlı Yanvar" hadisələrinin 21-illik dönümü ilə əlaqədar saytımızın fəaliyyətində də fasilə yaranmışdı. Bu hadisələr nə qədər acı xatirələrlə dolu olsa da xalqımıza, dövlətimizin müstəqilliyinin bərpasına gətirib çıxaran hədiyyəsi ilə də yadda qaldı. Xalqımıza bu münasibətlə baş sağlığı verir və həmişə bir olmasını arzulayırıq.
Qaldı ki, sizin sualınıza, yadınıza Mirça Rednikin komandamıza yeni gəldiyi dövrdə Emeka Oparanı heyətdən kənarlaşdırdığını salmaq istərdik. Sonradan o vaxt transfer dövrünün qapanmasına az qaldığı və E. Oparanın mövqeyinə layiqli futbolçu tapa bilmədiyi üçün onu komandaya, geri qaytarmışdı. İndi bu mövqeyə futbolçu axtarmaq üçün vaxtın çoxluğu yəqin ki, E. Oparanın mövqeyinə futbolçu gətirilməsi ilə baş tutacaq. Fikrimizcə Emeka Oparanın komandamızda qalması bir o qədər də real deyil.
Dieqo Souza (Mario Souza ilə komandamızın yayda yollarını ayırdığını bilirsiniz) ilə əlaqədar onu demək olar ki, o nə qədər gənc və perspektivli futbolçu olsa da həm də zədəyəmeyilli olduğundan vaxtını daha çox ehtiyat oyunçular skamyasında keçirir. Bu səbəbdən də onun məşqlərə qatılması ləngiyir. Emeka Oparaya nisbətən onun komandamızda qalması daha çox real görünür.

0  
5 Asif Qasimov   (19/Yan/2011 22:33) [Daxil Olunan]
Hormetli Bossman qardaw xahis edirem mene Opara,Souza haqqinda melumat verin.Neye gore onlar mewqe qatilmirlar?

0  
4 MUR   (19/Yan/2011 21:51) [Daxil Olunan]
"İNTER" FOR EVAR!!!

0  
3 MUR   (19/Yan/2011 21:50) [Daxil Olunan]
Aye mikirtış! Nə gündəsən ay erməni oglu erməni! haha haha haha

0  
2 MUR   (19/Yan/2011 21:49) [Daxil Olunan]
BRAVO! BRAVO! BRAVO! hands hands hands

0  
1 MUR   (19/Yan/2011 21:48) [Daxil Olunan]
BRAVO! BRAVO! BRAVO! respect hands hands hands

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz