Cümə Axşamı, 26/Dek/2024, 13:37
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 12 » Yalnız “Bosman” fanklubunun rəsmi saytı üçün: “Xəzər Lənkəran”da tərcüməçi vəzifəsində çalışan Elvar Quliyevlə müsahibə (I-hissə)
09:55
Yalnız “Bosman” fanklubunun rəsmi saytı üçün: “Xəzər Lənkəran”da tərcüməçi vəzifəsində çalışan Elvar Quliyevlə müsahibə (I-hissə)

 

Bütün sahələrdə uğurlu iş olarsa, bunun səbəbkarları olur. Bu uğurlu işə həm gözə görünən, həm də az gözə görünən şəxslərin gərgin əməyinin hesabına nail olunur. Biz "Bosman” fanklubu olaraq, doğma klubumuz olan "Xəzər Lənkəran”ın artıq bu gərgin mövsümdə uğurla finişə yaxınlaşdığı qənaətindəyik. Baxmayaraq ki, komandamıza çox maneələr yaradıldı və layiq olduğu mövqedə yer ala bilmədi. Xüsusən belə gərginlikdə keçən çempionat boyu həm klub rəhbərliyinin işlərinin düzgün qurulması hesabına, həm başda Mirça Rednik olaraq məşqçilər korpusunun, həm futbolçu heyətimizin bu gərginlikdən üzüağ çıxması və həm də həmişə olduğu kimi mükəmməl azarkeşlik bu uğurlara bariz misallardır.

Lakin bu uğurlarda gərgin əməyi sayəsində heç də zəhməti başqalarından az olmayan şəxslər vardır. Belə şəxslərdən biri komandanın tərcüməçisi Elvar Quliyevdir. Bir az irəli gedərək onu da qeyd edək ki, sadəcə tərcüməçi kimi tanıdığımız Elvar bəyin nəinki "Xəzər Lənkəran”da xidməti olmuş, ölkə idman jurnalistikasında və hətta ölkə idmanının bəzi sahələrinin qurulmasında belə xidmətləri olmuşdur. Gənc olmasına baxmayaraq, böyük uğurlara imza atmış bir insanın bu uğurlarının müəyyən hissəsini üzə çıxardığımıza görə bu rubrikamızı da uğurlu saymaq olar. Əməyi olan insanlardan heç kimin unudulmamasına çalışırıq. Bunun üçün ilk olaraq Elvar bəydən başlayırıq. Əlbətdə digərlərini də yaddan çıxarmayacağıq və bu rubrikamız davam edəcək.

 

Elvar bəy, salam! Bir neçə kəlmə özünüz haqqında məlumat verərdiz.

- Əvvəla yeni rubrikanızda ilk olaraq  məni musahib kimi seçdiyiniz üçün sizə təşəkkür edirəm. Özümə gəldikdə isə 1981-ci il sentyabrin 20-də Lənkəranda ziyalı ailəsində dogulmuşam. Atam mühasib, anam isə müəllim kimi çalışır.

 

Sizinlə ilk görüşümüz baş məşqçimiz M. Rednikin komandamıza ilk gəldiyi günlərdə Zabrat qəsəbəsindəki stadionda məşqdən sonra oldu. "Bosman” fanklubu olaraq onunla tanışlığımız həm də sizi tanımamıza səbəb oldu.

- Yaxşı  yadımdadı. Onu da deyim ki,sizin kimi pozitiv bir insanla tanışlıq ("Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayevi nəzərdə tutur) həmin gün məndə xoş təəssürat oyatmışdı. Rednik də ilk günlərdəcə gördüyü belə xoş münasibətə təəccüblənəndə ona komandamızın əksər azarkeşlərinin məhz belə istiqanlı olduğunu bildirdim.

 

Həmin görüşdə necə səmimi insan olduğunuzu fərqləndirə bilmişdik. Çünki tələsmədən öz işinizi gördüz və həvəslə bizim M. Redniklə fotoşəklimizi belə çəkdiniz.

- Xoş sözlərə görə təşəkkür edirəm. Təbii ki,doğma komandada iş başında daha məsuliyyətli olmağa çalışıram. Həm də, işimi sevirəm və onu həvəslə görürəm.

 

Avtobioqrafik olaraq təhsiliniz haqqında bilgi almaq istərdik.

- Orta təhsilimi böyüdüyüm  Xolmili kənd orta məktəbində almışam. 1998-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin İspan dili üzrə tərcüməçilik fakültəsinə qəbul olunmuşam. Onu da qeyd edim ki, hələ düz 6-cı sinifdə oxuyarkən məhz bu universitetin tələbəsi olmaği qarşıma ilk hədəf kimi qoymuşdum. Bu gunə gədər seçimimdə yanılmadığımı düşünürəm.

 

Elvar Quliyevin "Xəzər Lənkəran”a qədər gəldiyi yol haqqında.

- Bu haqda çox danışa bilərəm. Amma çalışacam ki, fikirlərimi sizə daha lakonik formada çatdırım. Universitetin 4-cü kursunda oxuyarkən tələbə yoldaşlarım "Futbol+" qəzetinə xarici dil bilən və futbolla maraqlanan reportyor axtarıldığını bildirdilər. Özümü sınamaq qərarına gəldim. O vaxtlar "Futbol+" qəzeti tələbələr arasında çox populyar idi. Ölkənin ilk müstəqil idman qəzetində çalışmaq mənim kimi yüzlərlə gəncin arzusu idi. Xoşbəxtlikdən sınaqdan uğurla çıxdım və məni ora işə gəbul etdilər. Orada təxminən iki ilə qədər işlədim. Artıq fəaliyyətini dayandırmış "Het-Trik" idman qəzetində də bir müddət çalışmışam. Futbol komandalarında tərcüməçi kimi ilk təcrübəm "Bakı" futbol klubundan başlayıb. Bu, təxminən 2005-ci ilə təsadüf edir. O vaxt  təcrübəli məşqçilərimizdən olan Əsgər Abdullayevin təşəbbüsuylə həmin komandaya dəvət olunmuşdum. Amma "Bakı" macərası cəmi 5 ay sürdü. Müəyyən fasilələrlə Naxçıvanın "Araz" futzal komandasında da tərcüməçi kimi işləmişəm. Çimərlik  futbolu üzrə milli komandada çalışdığım dövrləri də tez-tez xatırlayıram. O zaman milli komandaya baş məşqçi kimi yeni təyin olunan braziliyali mütəxəssis Qustavo Zlokkovik Silvaya  futbolçularla ünsiyyət qurmaqda və digər məsələlərdə kömək edirdim. Hətta Azərbaycanda ilk dəfə keçirilən

İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Norveç və İngiltərə milli komandaları kimi güclü rəqiblərin qatıldığı beynəlxalq turnirdə millimiz bürünc medallara sahib oldu. Bu, Azərbaycan çimərlik futbolu tarixində ilk ugurlu nəticə idi. Buna gorə də düşünürəm ki, ölkəmizdə çimərlik  futbolu üzrə milli komandanın yaradılmasında cüzi sayılsa da, mənim də xidmətim var. "Xəzər Lənkəran"a qədər son iş yerim isə "Space" televiziyasında olub. "Space" televiziyasındakı iş  fəaliyyətim təxminən 2 ili əhatə edir. Orada idman reportyoru və "Sport-Line"  idman verilişinin aparıcısı olmuşam. 2007-2008-ci illərə təsadüf edən həmin dövrdə "Space"-in idman redaksiyasina hazirda "İdman Azərbaycan" kanalinda  baş redaktor vəzifəsində çalışan Aydın Əliyev rəhbərlik edirdi. Azərbaycanda ilk futbol şərhçisi kimi tarixə düşmüş rəhmətlik Valid Sənani də bizim redaksiyamızda işləyirdi. Efirə çıxmaq üçün məhz Valid Sənani həftədə 3 dəfə mənə xüsusi hazırlıq keçirdi. Dogrudan da, Azərbaycan idman jurnalistikasının əfsanəvi simalarıyla bir yerdə işlədiyimçün özümü xoşbəxt insan hesab edirəm. Daha sonra öz istəyimlə "Space" televiziyasından ayrıldım. O vaxt yeni yaranan "Xəzər" televiziyasında məsul vəzifələrdən birini tutan  Xəlil İbrahim Seyhan mənə hazırda da oranın əməkdaşı olan Ceyhun Rzayevlə birgə kanalın idman redaksiyasını yaratmağı təklif etdi. Amma mən ona təşəkkür edib jurnalistikadan uzaqlaşmaq qərarını verdim. 2008-ci ildən bəri isə doğma  "Xəzər Lənkəran"da çalışıram. 

(Ardını növbəti yazıda oxu)        


 

 

Views: 653 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (12/May/2011 15:08) [Daxil Olunan]
Bosman Fanklubuna tesekkur edirik. Elvar beye de gozel musahibesi ucun minnnetdariq. Xezer Lenkeranli olmaq heqiqeten sherefdir.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz