"Bosman" fanklubunu 1 yaşı olması münasibətilə "Xəzər Lənkəran"ın digər bir fanat qurumu olan "12-ci Oyunçu" da təbrik etdi. "12ci"lərə məxsus Saytda yerləşdirilən təbriki olduğu kimi təqdim edirik:
9-fevral tarixi "Xəzər Lənkəran” azarkeşləri üçün daha bir hadisə ilə əlamətdardır.Beləki düz bir il əvvəl 2009-cu il fevralın 9-da "Bosman” fan klubu yaranmışdır.Məhz həmin gün bir qrup fəal azarkeş, təsis yığıncağı keçirərək "Bosman” fan klubunun yaranmasını elan etmişdilər.14-nəfərdən ibarət ilk "Bosman”çılar sonradan sıralarını genişləndirərək fan klub üzvlərinin sayını 45-fanata çatdıra bildilər.Müstəqil fəaliyyəti və özünəməxsus fanatlıq bacarığı hesabına az bir zamanda ölkə mətbuatının diqqətini çəkə bildilər.Fan klubun üzvləri arasında həkimlər, müəllimlər və digər sənət sahibləri olan ziyalılar çoxluq təşkil edir.Hal hazırda "Bosman” fan klubunun üzvlərindən bir neçəsi elmi fəaliyyəti ilə əlaqədar olaraq ölkə xaricində, Amerika və Yaponiyada yaşasalar da daim "Xəzər Lənkəran”ın uğurları ilə maraqlanırlar. Fan klubdan aldığımız bilgiyə görə yaxın günlərdə "Bosman” fan klubunun ofisi açılacaq.Bundan əlavə fan klubun rəsmi internet saytının da bir neçə günə fəaliyyətə başlayacağı məlum olub.
Biz də öz növbəmizdə "12-ci"-lərə təşəkkürümüzü bildiririk."Xəzər Lənkəran" məhz belə fanatları ilə güclüdür və zirvələrə layiqdir. Böyük və məğrur "Xəzər Lənkəran" ailəsinə eşq olsun!
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz. [ Qeydiyyat | Daxil Ol ]