Bildiyiniz
kimi, "Xəzər Lənkəran”da aşağı yaş qrupu üzrə komandalara rəhbərlik edən Yuri
Panfilov öz istəyi ilə postundan ayrıldı. Vətəni Ukraynada münasib iş tapdığını
rəhbərliyə bildirmiş və klub prezidenti Mais Mənsimov da onun xidmətlərini nəzərə
alaraq gedişinə mane olmamışdı.
Artıq
"Xəzər Lənkəran”da vakant posta mütəxəssis tapılıb. Bunu cənub klubunun
vitse-prezidenti Tuyqun Nadirovla dəqiqləşdirdik:-"Bəli, hollandiyalı mütəxəssislə danışıqlar aparmışıq. Fabian Veldviyk
artıq Lənkəranda da olub. Baza və uşaq futbolçuların şəraiti ilə əyani tanış
olmaq imkanı qazanıb. Böyük ehtimalla, yaxın günlərdə onunla müqavilə
bağlayacağıq”.
Mənbə:
"Futbol+” qəzeti (28 yanvar 2011)
Daha
sonra "Azerisport.az” saytının da bu barədə məlumatını diqqətinizə çatdırırıq:
"Xəzər
Lənkəran” yeni əcnəbi mütəxəssis dəvət edib. Azerisport.az xəbər verir ki,
bundan sonra Lənkəran klubunun idman direktoru vəzifəsini hollandiyalı Fabian
Veldviyk həyata keçirəcək. "Den Haag” və İngiltərə "Wolverhampton”unun sabiq
oyunçusu cənub təmsilçisində gənc futbolçuların alınıb-satılmasına cavabdeh
olacaq.
Bir
sözlə, "ağ-yaşıllar” gənc istedadların üzə çıxacağı əsl futbol akademiyası
yaradırlar. Velviyk isə bu yöndə strukturun yaradılmasına cavabdehlik daşıyır.
Hər halda o, bu haqda verdiyi açıqlamada belə qeyd edib: "Yeniyetmə və gənclərdən
ibarət komandalar mənim rəhbərliyim altında olacaq”.
Maraqlıdı
ki, hollandiyalı mütəxəssislə müqaviləyə əsasən, iki il sonra o, "Xəzər Lənkəran”ın
baş məşqçisi də ola bilər. Ancaq təbii ki, burda söhbət əvəzedici komandadan
gedir. Axı əsas komanda Mirça Rednikin rəhbərliyi altındadı: "Klub rəhbərliyi
ancaq gənc futbolçuların yetişdirilməsini və əsas komandada oynaya biləcək səviyyəyə
çatdırılmasını istəyirlər”.
|