Cümə, 29/Mar/2024, 07:40
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 13 » "Yığışın Babam Ocağına!"
16:15
"Yığışın Babam Ocağına!"

                           

            El arasında, bayram günlərində və ya kiminsə, ailəsində xeyir bir iş olanda, toy ərəfələrində ya ümumi ailə işləri ilə əlaqədar olanda, bütün qohumlara bu cür müraciət olunur:-"Yığışın Babam Ocağına!”

            Hamımız bilirik ki, sabah İyul ayının 14-ü, Bakı vaxtı ilə saat 22:30-da "Xəzər Lənkəran” komandası İsrailin paytaxtı Təl-Əvivdə yerli "Makkabi” klubu ilə görüşür. Bu çətin səfər oyununda bilirsiniz ki, "Bosman” fanklubunun ideyası və əməli işləri nəticəsində və "12-ci Oyunçu” azarkeş qrupunun yaxından dəstəyi ilə həmin oyunu "Fırtınalar Meydanı”nın böyükölçülü monitoruna daşımaq və bütün azarkeşlərimizin yığışaraq birlikdə bu həyəcanı yaşamaq haqqında stadion rəhbərliyi, xüsusən Höccət bəy Hacıyevin köməyi ilə ölkədə və bəlkə də dünyada bir ilkə imza atması ərəfəsindəyik.

            Bizdə olan məlumatlara görə isə bu çətin səfər oyunu ərəfəsində komandamızın legionerlərində yox, yerli oyunçularımızda bir az həyəcan hiss olunur. Bu həyəcana səbəb əlbətdə həm rəqibin güclü olmasına qarşı olan bir məsuliyyətdirsə, digər yandan onların Təl-Əviv aeroportunda incidilməsi və xüsusən İsrailə, komandamızı dəstəkləmək üçün gedən azarkeşlərimizin geri qaytarılması da təsirsiz ötüşməmişdir. Söz yox ki, bütün dünyada olan kimi, İsraildə də azərbaycanlılar var. Onların özlərinin dedikləri kimi, komandamızı İsraildə tək qoymayacaqlar. Bunun üçün biz də onlara sonsuz təşəkkürümüzü bildiririk.

            Belə bir çətin ərəfədə isə "Xəzər Lənkəran” azarkeşləri olaraq, çıxış yolu tapmışıq desək daha düz olar. "Xəzər Lənkəran” azarkeşlərinin doğma "Fırtınalar Meydanı”na yığılaraq buradan komandamıza misli görünməmiş formada dəstək olmaları isə bu gün həyəcanlı olan futbolçularımıza ən böyük dayaq olmalıdır. Təsadüfi deyil ki, artıq onların da bundan xəbəri var. Baş məşqçimiz Mirça Rednikin özü də bu haldan mütəəssir olaraq, futbolçulara dediyi sözləri yada salmaqla, bunun nə dərəcədə əhəmiyyətli tədbir olduğunu görə bilərik. "Bura gələndə qarşılaşdığımız problemlərin oyun zamanı sizə təsir etməsini istəmirəm. Özünüzü toparlayın və oyunda bütün bacarığınızı ortaya qoyun. Sizə maraqlı bir xəbərim var. Oyun zamanı doğma stadionumuzda hansı ki, azarkeşlər oraya "Fırtınalar Meydanı” deyirlər, tam dolacaq. Azarkeşlərimiz tribunalarında toplanaraq hamılıqla stadionun monitorundan oyunu izləyəcəklər. Azarkeşlər sizinlədirlər, siz də onlar üçün oynayın.”

            Bəli, biz bu tədbiri həyata keçirməklə, çətin səfər oyunu ərəfəsində komandamıza inanılmaz dəstək vermiş olarıq. Necə ki, doğma komandamızın ev oyunları zamanı dəstək vermişik, indi də elə. "Fırtınalar Meydanı”nda həmişəki kimi komandamıza dəstək olaraq, barabanlarımızı guruldadıb, müxtəlif şüarlarımızı səsləndirməliyik. Biz elə hayqırmalıyıq ki, "Fırtınalar Meydanı”ndan səsimiz nəinki uzaq "Blumfeld”ə hətta bütün Avropaya çatsın. Qoy hamı görsün ki, "Xəzər Lənkəran” klubu azarkeşləri ilə birlikdə Avropada öz sözünü deyir. Elə bərkdən qışqırmalıyıq ki, "Blumfeld”də rəqib azarkeşlərin səsini batıraq. Elə bərkdən qışqırmalıyıq ki, "Makkabi” bura cavab oyununa gələndə futbolçularının ayağı tir-tir əssin. Elə bərkdən qışqırmalıyıq ki, bizim cismən uzaqda olduğumuzu komandamız hiss etməsin və nəhayət elə bərkdən qışqırmalıyıq ki, cismən uzaqda olmağımıza baxmayaraq, ruhən və mənən komandamıza nə qədər yaxın olmamızı hamı görsün! Bütün bunlara nail olmaq üçün isə hamımız göstərilən anda bizim ocağımıza çevrilən "Fırtınalar Meydanı”na yığışmamız gərəkdir. Odur ki, deyirik :-"Yığışın Babam Ocağına!”

 

Mirhafiz M. Babayev    

Views: 418 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz