
Son günlər
komandamızın keçmiş oyunçusu Uinston Parks "Böyük oyun” ərəfəsində "Xəzər Lənkəran”ı
məğlub etməyin yollarından danışıb. O düşündüyü kimi komandanın güclü və zəif cəhətlərini
açıqlayaraq, buna uyğun taktika qurulmasını "Neftçi” komandasına tövsiyyə edib.
Özünün vurduğu iki qolla "Xəzər Lənkəran”ı məğlub etməyi bacarmayan "Bakı”lı Parks,
indi "Neftçi”yə məsləhət verməyə başlayıb. Azərbaycana ilk dəfə "Xəzər Lənkəran”da
oynamaq üçün ayaq basmış bu oyunçu qəflətən "Bakı” klubuna keçdi. Deyəsən
komanda dəyişməkdə heç bir ünsürə fikir verməyən Parksın indi də beynində "Neftçi”də
oynamaq xəyallarını yaşayır. Bəlkə də buna müəyyən əsas da var. Belə olmasaydı,
o "Neftçi”yə sırınmaq təsiri bağışlayan açıqlama verməzdi. Adama deyən gərək "Neftçi”nin
baş məşqçisi var və hansı komanda ilə hansı taktikanı seçəcəyini də o düşünür və
hazırlayır. Yəni "Neftçi”nin məşqçisi o qədər zəifdir ki, indi Parksın məsləhətinə
ehtiyacı var. Özünü ortaya atmaqla onun əslində nə demək istədiyini anlamaq heç
də çətin deyil.
Əslində bəlkə
də peşəkarlıq baxımından o düz deyir. Çünki onun komandasının "Xəzər Lənkəran”la
xal fərqini azaltması baxımından rəqiblərinin xal itirməsində maraqlıdır. Beləliklə, o da öz
komandasının liderlə xal fərqinin azalmasında maraqlıdır. Lakin əvvəllər "Xəzər
Lənkəran”lı olmuş bir futbolçu kimi bunu bu cür danışmamalıydı. Sadəcə "Xəzər Lənkəran”ın
xal itirməsinin onlara sərfəli olduğunu deyə bilərdi. Amma o, Eder Bonfimi,
Adrian Pitsi necə saxlamaq, Flavinyonun hansı mövqedə nə cür çıxış etməsindən,
Mureşan və Allahverdiyevi necə keçməyin yollarından danışmamalı idi. Bizdə buna
nankorluq da deyilir və peşəkarlıq baxımından da əvvəlki komandanın digər
komanda tərəfindən necə keçmək haqqında təlimatlandırılması da elə onun kimi "peşəbaz”a
yaraşır.
"Xəzər Lənkəran”
heç də sənin düşündüyün elementlərdən ibarət deyil ki, nələri isə həyata keçirməklə
onu məğlub edəsən cənab Parks. "Xəzər Lənkəran” heç də sənin düşündüyün kimi
yeknəsəq komanda deyil. Onun təcrübəli məşqçisi, istedadlı futbolçuları var.
Üstünə qələbə istəyini də gəlsək, nə ki, sən, heç sənin güvəndiklərin də "Xəzər
Lənkəran”ı saxlaya bilməz. Bu dəfə elə bir taktika sərgiləyə bilərik ki, onda sən
fuboldan hələ tam anlamadığını başa düşərsən.
Keçən mövsüm
də bu mövzuya geniş bir yazı ilə toxunmuşduq. Yəni onda da ""Hamı "Xəzər Lənkəran”ı
məğlub etməyin yollarını düşünür”” yazısında
taktiki baxımdan "Neftçi”yə kömək etməkdə yığmanın çalışdırıcısı Berti Foqtsu
göstərmişdik. Bunun üçün həmin yazıda əsaslar da qeyd olunmuşdu. Buna
baxmayaraq "Xəzər Lənkəran” heç də takikasını dəyişən əzəli rəqibinə məğlub
olmadı. Hətta bu ilki, hələki yeganə görüşdə qələbə qazanmaqla "Xəzər Lənkəran”
əzəli rəqiblə aralarındakı oyunlarda umumi üstünlüyü öz xeyrinə dəyişə bildi.
İndi də Parksın taktiki quruculuğunun heç bir bəhrə verəcəyinə inanmırıq.
Parksın öz düşüncələri ilə yalnız öz gələcəyini qurmağa çalışdığı qənaətindəyik.
İstəmirik
nankor olan Parksı,
Onsuz oxur "Xəzər”lilər
bax, qələbə şarkısı.
|