"Sport Favorit” qəzetində Əlisahib adlı
birisinə aid "Yanlış hədəf” yazısı dərc olunub. Düzü buna internet səhifələrində
rast gəldik. Qarışıq fikirlərlə dolu bu yazı "Xəzər lənkəran” komandasına aid
olduğundan cavab verməli olduq. "Mircavadov
uduzanda pisdi, Rednik isə ilə 3 heyət dəyişəndə yaxşıdı?” yarımbaşlığı ilə
yazıya başlayan müəllif, daha sonra qəzetin ötən sayında "Axmaq olma!” yazısına
oxucuların münasibəti ilə davam edib. Sonra, "qəzetdə çıxan köşə penalti.az-da yerləşdiriləndən sonra dostumuz
Ceyhun Rzayevin saytına bir xeyli şərh gəlib. İstisna eləmirəm ki, yazıya
münasibət saytda verilən şərhlərdən də artıq olub, qardaşımız müəyyən etik
normaları keçmək istəməyib. Yenə sağ olsun ki, obyektivliyini bu dəfə də qoruyub,
fikir plüarizmini boğmayıb.” Zatən plüralizm sözünü belə düz yazmayan müəllif
başqalarında hansı məntiqlə səhv tuta bilər? Daha sonra o,
yazır: "Mən şərhlərlə bir-bir tanış
oldum, razılaşdığım və razılaşmadığım nüanslar var. Təəssüfləndiyim odur ki,
müxtəlif link istifadəçiləri yazıya emossional (burada bir "s" hərfi olmalıdır)və birtərəfli münasibət
bildirib, məni «Xəzər Lənkəran»ın pulunu saymaqda, ara qatmaqda və antiRednikçi
olmaqda suçlayıb.” -Bununla da müəllif əslində cəfəng fikirlərinin heç kim
tərəfindən qəbul olunmadığını dolayısı yolla təsdiq etmiş olur. Daha sonra, "Əlbəttə, hər yazarın hadisələrə öz yanaşma
tərzi, rəyi var. Mən müşahidələrimin üstünə bildiklərimi də gəlib, «Makkabi» məğlubiyyətinədək
və ondan sonra qalaqlanan problemlərin mahiyyətinə baş vurmuşam. Yenə deyirəm,
özünü cənub zonasında Aygün Kazımovadan məşhur hesab edən 1-2 höccətşünas rumın
baş məşqçini mələk libasında insanlara sırıyır və yer-yerdən hay-küy salırlar
ki, «Xəzər»in nicatı varsa da, yoxsa da bu adamladı. Bu da bir yanaşmadı və mən
son olaylara fərqli yöndən göz gəzdirmək istəyənlərin düşüncələrinə hörmət bəsləyirəm.
Sadəcə, fikirləşdiklərini «əsl həqiqəti biz deyirik» şəklində gözə soxmaqlarını
qəbul etmirəm. Üç-dörd il öncə Ağasəlim Mircavadovun ətəyindən öpənlərin bu gün
məni ona vəkillikdə qınamasıyla isə ümumiyyətlə, barışmıram. Şərhlərdə mənə
güllə atanlara xatırlada biləcəyim çox fakt var. Mircavadovlu «Xəzər»in AFFA-nın, hakimlərin aşkar dəstəyi ilə 2007-də
çempion olduğunu mən də yaxşı bilirəm, siz də pis bilmirsiz. Mən bundan yazanda,
klaviaturada hərflərin yerini indi öyrənənlər o günləri Qəbələdə Ağasəlim bəyi
Fatih Terimin eşitmədiyi bəzəkli şüarlarla qarşılayıb, alınan oyundan sonra da
qucaqlarında atıb-tuturdu. Mais Mənsimovun qucaq-qucaq puluna çempion olan
komandanı gecəyarısı «Azneft»də zurna-balabanla qarşılayanda niyə demirdiz ki,
bizə belə uğur lazım deyil? Mircavadov uduzanda pisdi, Rednik isə ilə 3 heyət dəyişəndə
yaxşıdı? –deyə fikirlər səsləndirir. Buna cavab olaraq onu demək istəyirik
ki, onunla razıyıq ki, hər yazarın hadisələrə öz yanaşma tərzi var. Amma bu
yanaşma tərzi, obyektiv olmalı, təhqirə yol verilməməli, ən əsası isə məntiqli
və düzgün araşdırılmış olmalıdır. Yoxsa, dediyiniz 1-2 nəfəri qadına bənzədib,
Aygün xanıma belə həqarət edirsiniz! Sonra özündənrazı və eqoistcəsinə "Mən bundan yazanda, klaviaturada hərflərin
yerini indi öyrənənlər”-ifadəsi işlədirsiniz. Bəlkə, inkişafın özündənsonrakıların
daha da irəli getməsinə bağlı olduğunu belə inkar edirsiniz? Və ya Məhəmməd
Fizuli, Nizami Gəncəvi klaviaturanın nə olduğunu bilmədən dahi deyillərmi?
Görürsünüz ki, biz burda Xurşidbanu Natəvan adını qeyd etmədik. Amma siz
fikriniz qabarıq çıxsın deyə, Aygün Kazımovanın adından belə istifadə
edirsiniz. Bu ayıb deyilmi? Belə insanları höccətşünas adlandıran müəllif,
onları Rednikin insanlara sırımasında günahkar sayır. Əlisahib, onu demək istəyirik
ki, insanların zehni kor deyil. Onlar kimi sevməyi və kimə nifrət etməyi yaxşı
bilirlər. Siz kimlərinsə, fikirlərinə uyğun yaşayır və fəaliyyət göstərirsinizsə,
bu sizin probleminizdir. "Ağasəlim
Mircavadovun ətəyindən öpənlər” ifadəsi də sizin öz psixologiyanıza xasdır ki,
kiminsə ətəyini öpmək haqqında fikir yürüdürsünüz. Biz Ağasəlim Mircavadova
onun "Xəzər Lənkəran”a qazandırdığı titullarına görə həmişə hörmət etmişik. Gedəndə
də nəzərdə tutduğun adamlar onu hörmətlə yola salıb. Çünki, biz haqq itirən
adamlar deyilik. Qaldı ki, bəlkə "Birlik Kuboku”nu da "Xəzər Lənkəran” necə
qazanıb fikrinə kölgə salasız? Özünüz kölgədə oturub, günəş altında əziyyət çəkənlərə
qara yaxmayın! Bəli, biz sevdiyimiz komandamızı "Azneft”də də "Göyşaban” dairəsində
də qarda da, isti günəş altında da gözləyərək qarşılamışıq. Təki, "Xəzər Lənkəran” səfərdən evə dönsün. Qaldı ki, ildə üç dəfə
heyət dəyişdirməyə, bunu sonra dediyiniz "Styaua” və "Dinamo”nu çempion edən
Rednik haqqında heç bir şeyi araşdırmadan söylədiyiniz absurd fikirlər də
yalnız hansısa marağınıza görə bu yazını yazdığınızın göstəricisidir. Rednik
"Styaua” və "Dinamo”da işləyərkən araşdırsaydınız görərdiniz ki, bu komandaları
çempion etmək üçün o, heç də bu qədər heyət dəyişikliyi etməyib. Buna stabil
heyət qurmaqla nail olub. Bizdə niyə belə alındığını araşdırmadan boş fikirlər
söyləməyiniz nəyə və kimə xidmət edir? Ardıyca, -"Mən rumının haqqına
girmirəm. «Styaua» və «Dinamo»nu ölkəsinin çempionu edəndən sonra Azərbaycanda
da bu nəticəni təkrarlamağa layiqli komanda yaratmasıyla razıyam. Kim nə deyə
bilər buna ki, rollar dəyişdi, yeni AFFA «Neftçi»yə «daydaylıq» eləmədi? Elədi,
üstündən də bir bardaq neft qurtuldatdı. AFFA-nın niyyəti olsaydı ki, tərəfkeşsiz
çempionat keçirilsin, ya «Xəzər Lənkəran», ya da «Qarabağ» birinci yerdə lövbər
salmışdı. «Neftçi» öz gücünə arxalansaydı, ilk «altılığ»a ancaq vəsiqə
qazanardı. Məqsəd bu deyildi deyə, mövsümboyu rəqibləri elə sıxma-boğmaya
salmadılar ki, rahat nəfəs alsınlar. Gözlərini açmaq istədilər, başlarından
vurdular. Səslərini çıxarmaq istədilər, dillərini kəsdilər. Başlarını yuxarı
qaldırmaq istədilər, «Domokl qılıncı»na ilişdilər. Rednik bütün bu təzyiqlərə, məhrumiyyətlərə, dördtərəfli
zərbələrə dözdü. Amma o, tək deyildi. Qurban Qurbanov və Nazim Süleymanov, hətta
Kaxaber Sxadadze ilə Aleksandr Starkov da fərqli-fərqli çevrələrin yumruq zərbələrindən
qaça bilmədi. Rednik Rusiyada 3 ay işləmişdisə, hardasa təxmin etməliydi ki,
odlu-alovlu Vladiqafqazın bir addımlığındakı respublikanın futbol həyatı nə cür
«qaynaya» bilər.” –deyirsiz. Bunu deyərkən
hiss etmirsinizmi ki, özünüz-özünüzü inkar edirsiniz? Siz, Rednikin bu qədər təzyiqlərə
dözərək uğur qazandığını və əgər müəyyən qüvvələrin ona mane olmayacağı təqdirdə
ya "Xəzər Lənkəran”ın ya da "Qarabağ”ın zirvədə oturacağını deyirsiniz. Elə isə
hansı məntiqlə Redniki xilaskar qismində görənləri qınayırsınız? Burda məntiq
varmı hörmətli, klaviatura ustası? Ən sonda, "Mais Mənsimovu da, qardaşını da pis
tanımıram. Onların pulunu Höccət sayır, höccətşünaslar dartışdırır. Rednik də
görür bunu, Pitsurka-mitsurkaları, Kopil-mopilləri «Xəzər»ə təpdirir. Ən qəribəsini
isə fanatlıq həddini də tapdalamış 5-10 nəfər edir. Deyirlər, komandanın içindən
Rednikə qarşı təxribat olmasaydı, «Makkabi» onları uda bilməzdi. Rumının özü isə
«kuboku qazandığımız heyətlə ilkin mərhələni keçərdik» ifadəsini güclə dilinin
altından çıxarmır. Gəl, tap ki, düzünü deyən Rednikdi, yoxsa «getmə özündən,
gedərəm özümdən» fəryadı edən tərəfdarı!? NOT: Stadiona «bezbilet» giriş-çıxışı olan höccətşünaslardan
biri Lənkəranda şayiə yayıb ki, Rednikin pula ehtiyacı yoxdu, onun ölkəsində
böyük bankı var. Həə, bunu mən bilmirdim. İşdi-şayəd, adını öyrənsəm, bankın
xeyriyyə hesabına 5-10 avro köçürərdim. Ki…”- fikirləri ilə bu cəfəng yazınızı
bitirirsiniz. Bununla əlaqədar
onu deyə bilərik ki, Mənsimovlar Azərbaycana yeni futbol fəlsəfəsi olan "Xəzər
Lənkəran” komandasını bəxş etdilər. Bu minlərlə insanın sevgisinə çevrildi. Pullarını
isə necə xərclədiklərinə nə siz nə də heç kim qarışa bilməz. Çünki kişi olan şəxs
ancaq öz cibini saya bilər. Stadiona "bezbilet” giriş-çıxışı olan deyəndə kimi
nəzərdə tutursunuz? . Amma biz "Bosman” fanklubu olaraq, indiyə qədər stadiona
girməyin yolunu ancaq kassadan bilet almaqda görmüşük. Pulunu da cibimizdən ödəmişik.
Hələ heç kim bir qəpik barədə heç bir iddia edə bilməz. Rednikə qarşı isə biz
yalnız şahidi olduqlarımızı demişik. Daha hər hansı bir eşitdiklərimizi yox! Siz isə "Gəl tap görüm kimdir haqlı?"-deyirsiniz. Əgər haqlının kim olduğunu bilmirsinizsə, onda fikir yürütməyin və heç kimi günahlandırmaq fikrinə düşməyin. "Ən qəribəsini isə fanatlıq həddini də
tapdalamış 5-10 nəfər edir.”- Deyəndə, siz yəqin ki, fanatlığı ancaq oyun
zamanı bir qrup gəncin çılğınlığında görürsünüz. Ancaq əsl fanat komandasına nəinki
oyun zamanı, hər an, hər dəqiqə kömək olmalıdır. Ona qarşı olan hər şeyi dəf
etməyə hazır olmalıdır. Bunu bilmək üçün nəinki bizim fanklublarda, eləcə də
ölkənin digər komandalarının fanklublarında kifayət qədər ağıllı adamların və
ziyalıların olduğunu nəzərdən qaçırmayın. Deyirlər ki,
Qiyamət günündə günahı olanların və tövbə edənlərin bağışlanması üçün 14-Məsum
Allahdan ricalarını edəcək, onlara cəhənnəmə düşməmələri üçün sahib çıxacaqlar.
Əlisahib bəy, siz də bilməyərək yazdıqlarınıza görə bu müqəddəs Ramazan günlərində
tövbə edin ki, Əli (s.ə.a) sizə sahib çıxsın. Qaldı ki, əziz
"Xəzər Lənkəran” azarkeşləri, biz isə bu müqəddəs Ramazan günlərində oruca
başlayarkən və iftar açarkən etdiyimiz dualara bunu da əlavə edək:-"Allahım,
özün "Xəzər Lənkəran”ı əvvəlki kimi saxlamaq imkanında olan insanların ürəyinə rəhm
sal. Qoy bizim bu sevgimizi bizə qaytarsınlar!”
|