Cümə Axşamı, 26/Dek/2024, 20:20
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Fevral 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
2425262728

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 3
Qonaqlar: 3
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Fevral » 18 » Yadplanetlilər və sərkərdə
01:10
Yadplanetlilər və sərkərdə


            Hər bir dövrdə dünya futbolunda gah FİFA tərəfindən qaydalar dəyişir ya yenilənir. Bu bəzən uğurlu alınır, bəzəndə uğursuz alınır. Məsələn, qalibi müəyyənləşdirmək mümkün olmadıqda ekstra-taym indiki kimi əvvəllər də iki 15 dəqiqəlik hissədən ibarət olurdu. Bu mini-taymlarda da qalib müəyyən olunmayırdısa, penaltilər seriyası tətbiq olunurdu. Bir ara FİFA bunu ləğv etdi və ekstrataymda hansı komanda ilk qol vururdusa, "qızıl qol” deyib, final fitini səsləndirir və qalibi müəyyən edirdilər. Daha sonralar bunun ədalətsiz qayda olduğunu görən və etirazlarla qarşılaşan ali futbol qurumu bir daha yenilik etməyə məcbur oldu. Ekstra-taymda ilk qolu "qızıl qol” adlandırıb qalibi müəyyən etmirdilər. Bunu "gümüş qol” deyə dəyərləndirirdilər və mini-taymın sonunda rəqib hesabı bərabərləşdirə bilmirdisə, hakimin final fiti bu "gümüşü”, "qızıla” çevirirdi. Yəni daha oyun davam etdirilmirdi. Sonradan belə qollar çox zaman ikinci artırma hissələrində vurulduqda, deməli, "gümüş qol” qaydasına görə hissənin sonunu gözləməli olurdular ki, bəlkə rəqib qol vuracaq və yenidən penaltilərlə oyunun taleyi həll olunacaq. Onda da yaxşı adını istəyirsən gümüş qoy, lap elə qızıl ya platin, bəlkə də almaz ya brilyant qoy. Hissənin sonunu gözləməliyiksə və oyunun taleyini yenə əvvəlki kimi penaltilər həll edəcəksə, onda bunun nəyi yenilik oldu? Bu məsələdə fikirlərində iflasa uğramış FİFA suyu süzülə-süzülə yenə indi də tətbiq olunan əvvəlki qaydalara qayıtdı. Belə şeyləri çox sadalamaq olar ki, bu da başağrı olar. Bəzən isə müəyyən ölkələrin yerli futbol federasiyaları müəyyən qərarlar qəbul edir ki, bu da kiçik məsələlər olur və FİFA qaydalarına zidd ola bilməz. Məsələn, ilk olaraq İngilislər öz İngiltərə Çempionatını "Premyer Liqa” adlandırdılar. Bundan sonra sanki bu dəb halını aldı. Kiminsə təqlidini etməyə öyrəşən ölkələr də elə bu adı tətbiq etməyə başladılar. Kimlərsə, heç olmasa bu işdə öz ənənələrini qorumağa çalışdılar. Məsələn "Bundesliqa”, "La Liqa”, "Yupiler Liqa”, Superliqa” və sair və ilaxır.

Təbii ki, bizdə də kiminsə arxasınca qaçan olduğumuzdan, bu işdə ilkçi sayılan ingilislərə üstünlük verməyi əsas götürüb, mənasına varmadan elə "Premyer Liqa” adını tətbiq etdik.  Ölkə nümunələrinin oynadığını və bir sıra şərtləri nəzərə alanda, "Premyer Liqa” adının tətbiqi realdır. Bunun mahiyyətini dərk etsəydik, yəqin ki, çempionata bu adı yox, başqa ad götürərdik. Məsələn, "Topaz premyer liqası” olduğumuzdan "Topliqa”, lap elə milliləşdirsək "Kosliqa” adını götürə bilərdik. Çünki dünyada "Premyer Liqa” adlanan ölkə çempionatlarında "altılıq sistemi” yoxdur. Ölkə nümunələrinin oynadığı liqada necə ola bilər ki, ikinci altılıq komandaları, sonrakı mərhələdə nəyin uğrunda yarışdıqlarını belə bilmirlər. Əgər birinci dəstəyə düşməmək üçün oynadıqlarını arqument kimi göstərmək istəsək, iki ildir ki, heç aşağı dəstəyə düşən də yoxdur. Altılıq sistemi bizdə bəlkə də günün tələbinə əsasən ən doğrulducu sistemdir. Bununla işimiz yox. Amma du ad məsələsi bu sistemə görə deyil.

Nə isə hər biri 11 oyundan ibarət iki dörrədə 22 turda yarışan 12 komandamız qarşılıqlı olaraq, ev və səfər oyunlarından sonra turnir cədvəlində tutduğu yerlərə görə iki altılığa bölünürlər. Birinci altılıqda mübarizənin əhəmiyyəti mükafat vəd edən yerlər uğrunda və Avropa yarışlarına vəsiqə uğrunda yarışırlar ki, bu da futbolun mənası və gözəlliyidir. İkinci altılığın isə məqsədi və məramı bilinməyən matçlardan ibarət olan bir zaman almasıdır. Məqsədi və məramı bilinməyən ikinci altılığın harasına deyirsən "Premyer Liqa”? Bununla hər iki altılığı günəş sistemi kimi bir sistemə bənzətmək olar ki, bu sistemdə olan planetlərin yerinə buranın daimi sakini olan komandalar var. Bəzən, bir və ya iki planet bu sistemdən, o biri sistemə düşən istisnalar da olur ki, bunu da yadplanetlilər deyə adlandırmaq olar. AFFA fəzasında və PFL günəşi ətrafında fırlanan bu planetlər müxtəlif astronomik zədələr və aşınmalar ala-ala hələki öz orbitləri üzrə hərəkətdədirlər. Həmişə ilk günəş sisteminin daimi planetlərindən olan "Xəzər Lənkəran” adlı planet, bu il öz orbitində tərəddüdlü dairə cızır. Təsnifat mərhələsinin qurtarmasına iki tur qalmış, adıçıkilın planet birgünlük də olsa, orbitini qonşu sistemin gəzəgənlərinin (Türkcə planet) sırasına salmışdı. Bu il bu tərəddüdlü orbit dəyişmə olmadı elə, oldu belə, birdən daimi xarakter aldı və digər bir sistemdə yadplanetliyə çevrildi. Görəsən bu planetin sakinləri olanlar, iqlimi və şəraiti başqa olan yeni bir vəziyyətə uyğunlaşıb, yaşamlarını davam etdirə biləcəklərmi? Yoxsa, lənətəgəlmiş "mayalıların təqvimi” bir il gecikən bir həqiqətdir?

Bir günlük də olsa, zəhərli atmosfer qazları və günəş istiliyindən uzaq bir sistemdə çətin nəfəs aldıqdan sonra, yenə öz daimi günəş sistemimizə qayıtdıq və nisbətən qızındıq. Amma doğma sistemimizdə hələki, öz orbitimizdə deyilik deyə, üşütməmiz də var, oksigen azlığımız da, həyat üçün uyğunlaşdığımız başqa parametr əskiklikləri də. Bizi daimi sistemimizə qaytaran və "Bakı”nı buradan sıxışdırıb çıxaran bugünki "Turan” üzərindəki qələbəmiz oldu. Amma onu da demək lazımdır ki, "Bakı” da bizim daimi olduğumuz sistemin planetlərindəndir və onlar da qonşu, aşağı sistemdə yaşamağa öyrəşməyiblər. Belədə günəş sistemindəki 6-cı orbitimiz çox sürüşkən bir orbitdir və hər an "Bakı” gəzəgəni bizi buradan aşağı sıxışdırıb çıxara bilər. Biz isə nəinki tək bu sistemdə yaşamaq istəyirik, normal yaşayışımız üçün öz orbitimizə keçmək istəyirik. Amma "Turan”la bugünki oyunda qazandığımız qələbə bizi sistemimizə qaytarsa da bu gedişlə nəinki əvvəlki orbitimizə qayıda bilərik, heç bu sistemdə yerimizi qoruyub saxlaya bilmərik.

Bugünki oyunda ilk hissədə əsasən uzaq və hündürdən olan ötürmələrlə oyun qurulmuşdu ki, bunun da hər 10 cəhdindən ikisi alınırdı. Qalan 8 belə ötürmə ünvanına çatmır və topu rəqibə təslim edirdi. Bu stilli taktikaya komanda hazır deyilsə, bəs niyə tətbiq olunur cənab Bakes? Yaxşı ki, Rednikin yadigarları olan Pits və Skarlatakenin standart vəziyyətlərdəki anlaşması, birincinin bunu yaxşı yerinə yetirməsi və ikincinin belə gözəl ötürmələrin ustası olması hesabına hesabda irəli keçə bildik. Bəs bundan sonra ilk hissənin sonuna qədər heç bir effekt verməyən uzaq və eyni zamanda yuxarı ilə özü də baş tutmayan bu ötürmələr nəyə və kimə lazım idi? Bəlkə bunu növbəti oyunlar üçün futbolçuların hazırlığı üçün edirsinizsə, onda bunu normal qarşılamaq olar. Amma baş tutmayan bir taktika ilə sonacan davam etmək olmaz. Elə bu uzaq və ünvansız ötürmələr topu rəqibə qazandırır və onlarda hücumlar təşkil etməyə ruh yaradırdı ki, bunların birindən də rəqib yararlanaraq qolunu vurdu. Bu qolda Orxanın o böyüklükdə səhvi oldu ki, heç bilmirəm Doblası qınayaraq, onu komandandan uzaqlaşdırılmasını və niyə Orxana keçən oyunda şans verilməməsini tələb edən bəziləri utandımı? Qapıya demək olar iki zərbə ünvanlandı və hər ikisi qol oldu. Qalan zərbələr isə əsasən qapımızdan yan keçdi.

İkinci hissədə Bakes taktiki dəyişikliklərə əl atdı və indi daha çox komanda yerlə və qısa ötürmələrə üstünlük verdi. Bu yaxçı hal idi. Effektini də verməyə başlayırdı. Belə ki, ilk hissədə uzun ötürmələr hesabına heç bir düşünülmüş hücum qura bilməmişdiksə, qısa və ara ötürmələri hesabına təhlükəli hücumlar qurmağa nail olurduq ki, nəticədə Gökhan Güləçin vurduğu qol və kombinasiyası da buna misal ola bilər. Rəqib hesab arasındakı fərqi yenidən minimuma endirdikdə komanda bir müddət təhlükəli dərəcədə passivləşib oyundan qopdu demək mümkündür. Elə bu zaman kəsiyində "Turan” bir neçə dəfə gözəl hücumlar quraraq, hətta hesabda tarazlığa nail ola bilərdi. Lakin xoşbəxtliyimizdən onlar son məqamda qeyri-dəqiq olurdular. Elə bununla ümidsizliyə qapılan rəqib, sanki bizə oynamağa şərait yaratdı ki, bunun da nəticəsində sona yaxın bir neçə hücumlar qura bildik ki, "Turan”ın bizə vura bilmədiyi qolu, biz onlara vurduq. 4 : 2-lik bir qələbə heç də pis nəticə deyil. Amma qolu "Turan” vursaydı, hərçənd bayaq xatırladılan kimi onlar son anda qeyri-dəqiq olurdular, bəs onda nə olacaqdı? Riskdə olan altılıq şanslarımız daha böyük risk həddinə çatacaqdı.

 Qarşıdakı oyunumuz daha bir altılıq mücadiləsi verən "Qəbələ” komandasıdır, özü də səfərdə. Bu matç bəlkə də altılıq taleyimizi həll edəcək bir oyun olacaq. Mütləq və mütləq səfər də olsa, buna nail olmalıyıq. Amma belə oyunla yox! "Qəbələ”, "Turan” da deyil!

Cənab Bakes siz çox ağıllı adam və kifayət qədər futbol biliklərinə malik olan bir insan təsiri bağışlayırsınız. Bunlarla bərabər, sizdən komandanın üstündə hökmü olan bir sərkərdə xarakteri tələb olunur. Aşağı altılıqda heç bir mübarizə əzminə ehtiyac qalmayacaq və itirilmiş bir mövsüm sayılacaq. Amma yuxarı altılıqda döyüşlər hələ qabaqdadır və döyüşü əsl SƏRKƏRDƏLƏR qazanır! Bu ruhu özünüzə aşılayın və darıxmayın əlinizdə güclü ordu arxanızda böyük qüvvə var. Azarkeşlər daim "Xəzər Lənkəran”ladır!

Mirhafiz Babayev                   

Views: 638 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz