İnsan
belədir, həmişə çətinə düşəndə özünə arxa, dost axtarır. Keyfi yerində olanda
isə heç kim yadına düşmür. Düz 19 il bundan qabaq azğın qonşularımız başımıza gələn
ən fəlakətli hadisə törətdilər. Bəli, tariximizin ən qanlı yaddaşlarından biri
olan Xocalı faciəsini törətdilər. Nə qocaya, nə qadına və nə də uşağa rəhm etməyən
azğınlar bəlkə də dünyanın ən böyük cinayətlərindən birini işlədilər. Bu cür qəddarlıq
müasir dünyamızda bəlkə də rast gəlinməsi mümkün olmayan bir vəhşilikdir. Artıq
demək olar bütün dünya bu qatı cinayətdən xəbərsiz deyil.
Bəli,
o zamanlar biz çox sarsılmışdıq. Bir-birimizə arxa-dayaq olmağa çalışırdıq.
Dünya ölkələrindən ədalət gözləyərək bir-birimizə daha sıx sarılmışdıq. Ara
nisbətən sakitləşdi, illər ötməyə başladı və bu hadisədən bizi 19 il
uzaqlaşdırdı. Yenə o zamanlar tələb etdiyimiz haqq və ədalət hisslərimiz
soyumağa başladı. Bütün sahələr kimi idmanımızda da ədalətsizliklərə rəvac
verdik. Haqq edən qazansın fikri yalnız sözdə qalmış kimi göründü.
Xeyr
biz o anları yaddan çıxara bilmərik. Bu bizim qan, birlik , ədalətə saınmaq
yaddaşımızdır. Biz hamımız bu hisslərlə yaşasaq, onda daha da bir olarıq.
Birlik isə güclülük deməkdir. Güclü olmalıyıq ki, tarixdə bizə vurulmuş bu yaraları
yerdə qoymayaq. Əks halda cılızlaşaraq, acizləşərik. Bunun üçün bütün sahələrdə,
o cümlədən vətənpərvərlikdə, idmanda, təbabətdə, təhsildə və sair sahələrdə ədalətli,
ədalətli və yenə də ədalətli olmalıyıq.
Allah
Xocalı şəhidlərini və bütün şəhidlərimizi rəhmət eləsin! Biz bunu
unutmayacağıq.
Azərbaycan
tarixi həm şanlı, həm bəlalı,
Neçə-neçə
əsrdə yaşamış belə halı.
Bir
zaman da gələcək, alacaq qisasını,
Yaddan
çıxmaz Qarabağ, Şuşa, Laçın, Xocalı.
|