Cümə Axşamı, 26/Dek/2024, 13:51
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 9 » XXX tur və ya hər şeyə aydınlıq gəlməkdədir
11:29
XXX tur və ya hər şeyə aydınlıq gəlməkdədir

         

            Premyer Liqanın XXX turunda bir sıra maraqlı məqamlar oldu. Bu maraqlı məqamlardan biri hakimliklə bağlı idi. Yadınızdadırsa bizim sayt bir neçə gün əvvəl konkret, 3 May 2011-ci ildə "Müjdə: Azərbaycana ədalətli hakimlik gəlir” yazısı ilə çıxış etmişdi. Bu yazıda mövsümboyu futbol qurumlarının müxtəlif üzdəniraq vasitələrdən və xüsusən də hakimlikdən "yararlanaraq” müəyyən məqsədlərinin həyata keçirilməsi üçün dəridən-qabıqdan çıxdıqlarını göstərmişdik.  Sona üç tur qalmışa qədər Azərbaycanda futbol hakimliyinin hansı hoqqalardan çıxdıqlarını isə təkcə biz demirdik. Bu haqda çox danışıldı, çox yazıldı.

            Bəli, sona üç tur qalmış, çempionatda çox şeyə aydınlıq gəldi. Bu ana qədər AFFA rəsmiləri və xüsusən də Hakimlər Komitəsinin sədri, Xaqani Məmmədov yer üzündə belə rast gəlinməyən bütün hakim qərəzlərini hər vəchlə "bu qərəz yox sadəcə bir səhvdir. Səhvdən isə dünyada heç kim sığortalanmayıb, hamı səhv edə bilər, o cümlədən də bizim hakimlər”-deyə ört basdır etməyə çalışdılar. Çünki bütün bunlara görə hər hansı hakim cəzalanmadı. Bununla da hüquqi olaraq hakim qərəzləri ört-basdır edilməklə, heç bir cəza almadılarsa, deməli, hakimliyi bu cür əməllərə sövq edən elə onların özlərinin olduğu təsdiqlənmiş oldu. Bununla bir daha ən azından əvvəl də əsaslandırılan və "Xəzər Lənkəran” komandasının 9 xal itkisinin yuxarıdan olan göstərişlərlə hakimlərin ayağına rəsmi olaraq yazılmalıdır. Bu digər komandaların da başına gətirilən bir haqsızlıqdır. Ancaq onu da deyək ki, məntiqəuyğun olaraq bəzi komandalardan xallar alındısa, əvəzində bu yenə də hakimlərin əli ilə diğər komandalara xeyli sayda xallar peşkəş edildi. Nəticədə turnir cədvəlinin indiki bərbad vəziyyəti reallıqda tam başqa cür olmalı idi.

            Bütün bunlarla Azərbaycanın futbol qurumları nəinki ölkədə, hətda futbolun vətəni olan qədim Avropada çempionatların qızğın çağında artıq çempionun adına aydınlıq gətirməklə istəklərinə çatmış oldular. Məhz bizim az əvvəl nəzərinizə çatdırdığımız -"Müjdə: Azərbaycana ədalətli hakimlik gəlir” yazımız da elə buna əsaslanırdı və məntiqəuyğun öncəgörməyə görə qürur hissi keçirə bilərik. Həmin yazıda biz, "Yəqin belə gedərsə, kubok oyunlarında və gələn mövsümdə də bu müəyyən formada davam edəcək. Amma çempionatda müəyyən planlar həyata keçirildiyindən və artıq aydınlaşmalar olduğundan çox güman ki, daha nələrəsə ehtiyac duyulmayacaq. Bu halda biz sizə bir müjdə verə bilərik. Yerdə qalan son üç turun normal hakimliklə idarə olunacağını gözləməyə dəyər. Həmçinin bu üç turda Azərbaycan futbol hakimliyinin heç də çox geridə olmadığının şahidi ola bilərik. Bununla da əvvəlki turlardakı mübahisə doğuran "bu səhvdir yoxsa qərəz?” sualına da aydınlıq gəlmiş olacaq.”- fikirləri ilə çıxış etmişdik.

            Bəli, həmin məqam artıq gəlib yetişdi. XXIX turda futbol qurumları istəklərinə çatdılar. Dediyimiz kimi XXX turda daha, artıq özünübiabır etməklə, hansısa "əziyyət” çəkməyə ehtiyac qalmamışdı. XXX turun oyunlarındakı hakimliyə nəzər yetirsək bir daha bunun şahidi ola bilərik. Birincisi "xüsusi əməyi” ilə ad çıxarmış Əfqan Həmzəyev və Elçin Məmmədov hər hansı "maraqlı” oyuna baş hakim kimi "təyinat” almamışdılar. İkincisi isə oyun idarə etmədə həmişə xeyli nöqsanlara səbəb olan hakimlər belə özlərini yaxşı tərəfdən göstərə bildilər. Bunun üçün bütün oyunlara, xüsusən də "Xəzər Lənkəran” – "Qarabağ” və "Neftçi” – "İnter” oyunundakı hakim idarəçiliyinə nəzər yetirmək kifayət edər. 

            "Xəzər Lənkəran” – "Qarabağ” oyununda baş hakim Fariz Yusifov kiçicik səhvləri (bunlara həqiqətən də səhv demək mümkündü) nəzərə almasaq, çox gözəl idarəçiliyi ilə yadda qaldı. Hansı oyunda görünmüşdü ki, Fariz Yusifov oyunun tempini aşağı salmayan qərarlar verməsin. Amma bu matçda bir dəfə yox, özü də bir neçə dəfə hər hansı bir futbolçu qaydanı pozurdusa və top əks tərəfdə olurdusa, hücumu əngəlləməyərək oyunu davam etdirir və yalnız hücun bitdikdən sonra gəlib bayaq qaydanı pozan futbolçuya ya xəbərdarlıq edir və ya vərəqə göstərirdi. Bundan başqa itirilmiş vaxta və müvafiq əvəzetmələrə görə əsas vaxta artırma dəqiqələrinin düzgün əlavə olunmasını da deyə bilərik. Yoxsa, əvvəlki turlarda hesab nəzərdə tutulmuş komandanın xeyrinə idisə və rəqib hücmda ikən, xeyli vaxt itkisinə baxmayaraq, həm çox az vaxt əlavə olunurdu, həm də bu zaman hakim oyunu tez bitirir və lazım olan hesabın qorunmasına xidmət edirdi. Əks halda isə hesab nəzərdə tutulan komandanı qane etmirdisə, sanki o, qol vurana qədər vaxtı uzatmalı olurdular. Bu tur heç də belə deyildi. Bununla da Fariz Yusifov hakimlərimizin avropasayağı idarəetmə qabiliyyətini ortaya qoya bildi. Həm də onu da ortaya qoya bildi ki, bəli, mən oyun idarə edə bilirəm, sadəcə yuxarılar buna imkan vermir. Məgər Fariz Yusifov belə avropasayağı idarəçiliyi bir günəmi öyrənmişdi?

            Yaxud "Neftçi” – "İnter” matçının baş hakimi Əliyar Ağayev, iki kiçicik səhvlə yadda qaldı. Amma əvvəlki turları nəzərə alsaq, burada da kiminsə xeyrinə matçın tempini öldürmək məqsədi bu hakimdə də yox idi. Əvəzində bir xeyli həm cərimə zərbələri təyin etmək üçün və hətta penaltilər təyin etmək üçün kifayət qədər bəhanələr var idi. Matçı izləyənlər bunun belə olduğunu təsdiq edə bilərlər. Gənc hakim Əliyar Ağayev bu matçın öhtəsindən lazımınca gələ bildi demək olar. O cümlədən də XXX turun digər matçları da normal hakim idarəçiliyi ilə yadda qlmış oldu. Bununla da Xaqani Məmmədov başda olmaqla bütün futbol qurumlarımızın rəhbərlərinə üzümüzü tutub deyirik: Ciddi-cəhdlə bunlar hakim səhvləridir, Qərəz deyil! Kimi ifadələrinizin hamının bildiyi kimi, heç bir əsası heç əvvəldən yox idi. İndi hamı deyə bilir ki, bunlar səhv yox, sizlər tərəfindən hazırlanmış Qərəz idi. Bəli, bir mövsüm də belə qərəzlə yola verdiz.

İndi hamı, o cümlədən hakimlərimiz də sual edə bilər, niyə bizim hakimliyi bu günə qoyub məhv edirsiniz? Niyə Avropa meydanlarına onların yolunu bağlayırsınız? Məgər bizdə böyük hakimlik ənənələri olan Azərbaycanda Rövşən İrmatov kimi ölkəsinə baş ucalığı gətirən hakimlərimiz yoxdur? Var! Buna sadəcə imkan vermək lazımdır. Bunun üçün də çempionatımızı hər hansı sifarişlə yox, şəffaf keçirmək tələb olunur. Bunu hakimlərimizə beynəlxalq oyunlar verməyən FİFA və UEFA da bilir və bu səbəbdən də hər hansı məsul beynəlxalq matçlarda Azərbaycan hakiminin fiti eşidilmir.

XXX turda daha bir başqa maraqlı cəhət Azarkeşlərlə bağlıdır. Belə ki, həmişə olduğu kimi bu tur da "Xəzər Lənkəran” azarkeşləri turun rekorduna sahibdirlər. Həm baş məşqçimiz Mirça Rednikə və həm də komandamıza dəstək nümayişi ilə əlaqədar "Bosman” fanklubunun həyata keçirdiyi və bütün azarkeşlərimizin bu tədbirdəki  fəallığı ilə müşayiət olunan daha bir yeniliyə imza atması. Həmçinin həmişə olduğu kimi komandasına dəstək baxımından xeyli ölçüdə say üstünlüyü. PFL-in rəsmi saytına istinadən bu turda 12350 azarkeş XXX turu stadiondan izləmişdir.  Belə ki, tək "Xəzər Lənkəran” – "Qrabağ” matçında Lənkəran şəhər stadionunda 11000 insan bu oyunu canlı olaraq stadiondan izləmiş, yerdə qalan 1350 azarkeş isə turun qalan 5 matçının izləyici payına düşür. Aşağıda bütün matçlardakı izləyici sayını təqdim edirik:

1.      "Xəzər Lənkəran” – "Qarabağ”----11.000  Azarkeş

2.      "Neftçi” – "İnter”--------------------450        Azarkeş

3.      "Qəbələ” – Turan”-------------------400        Azarkeş

4.      "Muğan” – "Gəncə”-----------------300        Azarkeş

5.      "MOİK” – "Simurq”----------------100        Azarkeş

6.      "Bakı” – "AZAL”-------------------100         Azarkeş

Bununla da "Xəzər Lənkəran”  - "Qarabağ” matçına, bir matç olmaqla 11.000 azarkeş düşürsə, digər 5 matçdakı rəqəm orta hesabla hər oyuna 270-dir.

Views: 581 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz