Əslində
bu tur və xüsusən bu turda baş tutan növbəti "Böyük Oyun” haqqında geniş yazı
verməyi planlaşdırmışdıq. Amma sonra ölkəmizdə qeyd olunan və ən əziz həm də Azərbaycan
xalqının milli dəyəri olan "Novruz” bayramı ərəfəsində bu fikirdən vaz keçməli
olduq. Çünki söylənəcək hər bir fikr nə qədər obyektiv olsa da kiminsə yaralı
yerinə toxuna biləcəyindən bu əziz bayram günləri bunu etməməyə çalışdıq. Amma
mövzu haqsız müzakirələrlə davam edəcəksə, onda bayramdan sonra bu mövzuya nəzərdə
tutduğumuz geniş yanaşma ilə çıxış edib fikirlərimizi bildirəcəyik.
Bu
bayram əhval ruhiyyəsini elə əsas diqqət mərkəzində olan ilk altılıq
komandaları da müəyyən qədər turda qeydə alınan nəticələrlə davam etdirdi desək
əsasən düzgün ifadə etmiş olarıq. Belə ki, ilk altılığın dödr komandası
aralarındakı görüşdən eyni xal bölgüsü ilə ayrıldığından bu bayram ərəfəsində məğlubiyyət
acısı dadmadı. "Qarabağ” isə bu tur da növbəti doqquzuncu qələbəsini qazanmaqla
bayram günlərinə daha şən əhval-ruhiyyə ilə daxil oldu. Beləliklə təkcə "AZAL”ı
çıxmaq şərti ilə ilk altılığın beş komandası məğlubiyyət acısı dadmadan "bayram
istirahətinə” yollanır. "AZAL” isə bir tur əvvəl ilaxır çərşənbə günləri ərəfəsində,
çoxlarının proqnozlaşdıra bilmədiyi halda "Xəzər Lənkəran”a qalib gəlmişdi deyə
çox da ürəyini sıxmaya bilər. Bəli, bütün komandalar doğma Azərbaycanı təmsil
etdiyindən və bu gözəl bayramı yüksək əhval-ruhiyyə ilə keçirməyə haqqı
çatdığından bəlkə də elə məğlubiyyətsiz olaraq bu bayram günlərinə daxil
olmaları xoş təsadüfün nəticəsidir. Nəzərə alsaq ki, bütün komandalarımızda həm
məşqçılər korpusunda və həm də futbolçular arasında xeyli sayda legionerlər çıxış
edir, onda bu lap yerinə düşər. Çünki biz ev yiyəsi, onlarsa qonaqdır. Əhvalı
yaxşı olmayan ev yiyəsi isə bu gözəl bayram günlərində qonaqlarına lazımi münasibəti
göstərə bilməz əlbətdə ki.
Fürsətdən
istifadə edib həm birinci və həm də ikinci "altılıq” komandalarını bayram
münasibəti ilə təbrik edirik, həmişə qələbə əzmi arzulayırıq.
Sovet
dönəmində bu "Novruz” bayramı dövlət səviyyəsində qeyd olunmasa da xalqımız
gizli də olsa bu bayramı həmişə qeyd edib. Amma sovet dönəmində heç-heçə bitən
yarış sonrası "Pobedila Drujba” deyilən, yəni "Dostluq qalib gəldi” kimi bir
fikir çox səslənirdi. İndi də bu bayram ərəfəsində alınan nəticələrə görə qismən
də olsa bu fikri səsləndirdik.
|