Bu gün Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Sumqayıt" - "Xəzər Lənkəran" oyunundan sonra Klubumuzun rəhbərliyi və baş məşqçi Yunis Hüseynovun iştirakı ilə iclas keçirilib. Toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub. İclasın yekununda "Xəzər Lənkəran" Futbol Klubu və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər. Klub rəhbərliyi Yunis müəllimə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək mütəxəssisə gələcək karyerasında uğurlar arzuladı. Həmçinin Klub rəhbərliyi tərəfindən qərara alınıb ki, yeni baş məşqçi təyin olunmayınca futbolçularımızın hazırlığı müvəqqəti əsasda tam olaraq baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin.
Mənbə: "Lankaranfc.com”
|