Cümə, 29/Mar/2024, 10:32
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Mart » 2 » “Xəzər Lənkəran” –“Standard” (Sumqayıt) yoxlama görüşü – CANLI
14:19
“Xəzər Lənkəran” –“Standard” (Sumqayıt) yoxlama görüşü – CANLI

 

02 mart 2010-cu il Bakı ş. ADBTİA-nın Stadionu, saat 15 30

               

            Əvvəlcədən də göstərdiyimiz kimi, bu stadionda bu gün "Xəzər Lənkəran” və Sumqayıtın "Standard” komandaları arasında yoxlama xarakterli yoldaşlıq oyunu keçirilir. Stadiondan birbaşa olaraq "Bosman” fanklubunun nümayəndəsi Mirhafiz Babayevin "Bosman.at.ua” saytı izləyiciləri üçün ötürdüyü məlumatları izləyin...

 

            Martın 1-i gecə saatlarından Bakı ş.-də də yağan yağış martın 2-si günorta saatlarına qədər davam etdi. Onsuz da ot örtüyü ideallıqdan çox uzaq olan ADBTİA-nın stadionu bu səbəbdən bir az da korlanıb. Buna baxmayaraq hər iki komanda oyuna hazır vəziyyətdədir. Oyunu izləməyə gələn azarkeşlərimiz təxminən 60-70 nəfər(izləyicilər arasında klubun prezidenti Mais Mənsimov da var) civarındadır.

 

Oyunu idarə edəcək hakimlər briqadası:

 

Baş hakim: Elçin Məmmədov (FİFA dərəcəli)

Laysmanlar:  1- İsgəndər Əliyev (milli dərəcəli) 2- Ruslan Babayev (milli dərəcəli)

4cü hakim: (Yoxlama görüşü olduğundan ehtiyac duyulmayıb)

Komandamızın ilk hissəyə çıxdığı heyətlə sizi tanış edirik:

1.Dmitri Kromarenko

3.Elvin Beqiri

5.Dieqo Souza

6.Tomaş İneman

9.İvan Çvetkov

12.Allan Lalin

15.Emeka Opara

21.Radomir Todorov

30.Mario Souza

72.Devran Ayhan

77.İvan Pexa

 

Baş Məşqçi: Ağasəlim Mircavadov

1ci dəq: Hakimin start fitindən sonra oyun başladı. Topu "Standard”-ın futbolçuları mərkəzdən oyuna daxil etdilər.

2ci dəq: Top "Standard futbolçularındadır, hücum qurmağa çalışırlar.

3cü dəq: Sağ cinahdan hücuma keçib o qədər də təhlükəli olmayan zərbə endirdilər

4cü dəq: Top "Xəzər Lənkəran" futbolçularındadır. Rəqib qapısına tərəf yaxınlaşırlar, amma Emeka topu itirdi.

5ci dəq: Oyun sakit tərzdə keçir

6cı dəq: Komandamız orta sahəni ələ keçirərək topa nəzarət etməkdədir

8ci dəq: Top "Standard"-ın futbolçularındadır. Qarşılıqlı xətalar var

9cu dəq: Sol cinahdan ötürmə alan Lalin, başla topa yetişə bilmədi. Qapıçı topu kornerə çıxardı, ilk künc zərbəmiz effektsiz oldu.

10cu dəq: Yenə də futbolçularımız mərkəzdə topa nəzarət edirlər. Rəqib qapısı önündə qarışıqlıq yarandı, amma futbolçularımızdan heç biri topa dəqiq zərbə endirə bilmədi

12ci dəq: Çvetkov cərimə zərbəsini yerinə yetirdi... "Standard" əks hücum təşkil edir...

13cü dəq: Qonaqlar sağ cinahdan aut xəttinin yaxınlığından cərimə zərbəsi yerinə yetirirlər...

14cü dəq: Sağ cinahdan Devrandan divar ötürməsi alan Lalin topa yetişmədi, müdafiəçilər kornerə çıxardılar.

15ci dəq: Bu dəqiqələrdə komandamız bir neçə düşünülmüş hücum təşkil etdi, lakin ...

18ci dəq: Sol cinahdan Dieqo Souza cərimə zərbəsini yerinə yetirdi, lakin müdafiəçilər topu kornerə çıxardılar

19cu dəq: Rəqib qapıçı topu oyuna daxil etdi, lakin "Standard"ın hücumu effektsiz alındı.

20ci dəq: Mərkəzə yaxın olan Mario Souzaya arxadan müdaxilə oldu, komandamız cərimə zərbəsi yerinə yetirir...

21ci dəq: Çvetkov, Lalinə, o da sol cinahda Emekaya ötürmə edərkən hakim offside qeydə aldı

21-24cü dəq: Hər iki komanda hücum qurmağa çalışır, lakin komandamız üstün durumdadır

Ümumiyyətlə hakim Elçin Məmmədov hər xırda foul-a görə fit çalmır, oyunun tempini yüksək tutur

28ci dəq: Rəqib qapıçı səhvə yol verərək öz oyunçusundan qəbul etdiyi topu əl ilə cərimə meydançasında tutdu, Cərimə meydançasından Mario Souza cərimə zərbəsini yerinə yetirdi və Tomaş İneman başı ilə topu tora daxil etdi: "Xəzər Lənkəran" 1:0 "Standard"

29-33cü dəq: Oyun hələ də bərabər səviyyədə gedir

34cü dəq: "Standard" künc zərbəsi yerinə yetidi, təhlükəli andır, lakin Kromarenko yerindədir

35ci dəq: Cərimə meydançası xəttinin yaxınlığından cərimə zərbəsini Elvin Beqiri yerinə yetirdi, top az fərqlə qapı tininin üstündən keçdi.

36cı dəq: Çvetkov künc zərbəsi yerinə yetirir...

37-39cu dəq: Komandamız bir neçə hücum da təşkil etdi...

40cı dəq: "Standard" mərkəz xəttə yaxın cərimə zərbəsi yerinə yetirdi... Daha bir cərimə zərbəsi yerinə yetirdilər, bu bisbətən təhlükəli alındı.

42ci dəq: Mərkəzdən ötürmə alan rəqib futbolçu az qala hesabı bərabərləşdirəcəkdi, amma Kromarenko imkan vermədi...

Bu dəqiqələrdə biri offside olmaqla 2 hücum təşkil etdik. Hissənin sonlarına yaxın "Standard"ın futbolçuları fəallaşıblar. Hakim 1-ci hissənin bittiyini bildirən fiti səsləndirdi, 2-ci hissədən xəbərlərimizi gözləyin

P.S. İkinci hissəyə yaxın azarkeşlərimizin sayı artmışdır


İkinci hissədə Allan Lalin, Mario və Dieqo Souzaları, müvafiq olaraq  Kristian Kabral, Osvaldo Juninho və Ramazan Abbasov Əvəzlədilər.

İkici hissəyə "Xəzər Lənkəran" futbolçuları başladılar. Oyun əsasən mərkəzdə davam edir.

48-49cu dəq: Komandamız Kabral-Juninho cütlüyü ilə hücum qurmağa çalışır

50-52ci dəq: Oyun bərabər səviyyədə gedir, lakin bu dəqiqələrdə "Standard" aktivləşmək istəyir

53cü dəq: "Standard"ın oyunçuları topu yan xətdən oyuna daxil etdilər.

54cü dəq: Komandamız hücumdadır, lakin oyunçumuzun kobudluğuna görə hakim oyunu saxladı.

Bu dəqiqələrdə  Juninho-Kabral-Çvetkov üçlüyü daha fəaldır

58ci dəq: "Standard" hücuma keçdi, lakin futbolçusu offside-a düşdü

59cu dəq: "Standard daha bir hücuma keçdi, lakin Todorov topu kornerə çıxardı...

60cı dəq: Juninho Kabrala ötürmə verdi və öz dillərində "QAUV QAUV" deyə nəsə səsləndi...

61ci dəq: Mərkəzdən ötürmə alan Emeka, qapıçı ilə təkbətək çıxma şansını əldən verdi... Daha bir hücumumuz reallaşdı amma rəqib topu kornerə çıxardı. Juninho kornerdən topu oyuna daxil etdi... Rəqib qapıçı zədələndi, kiçik fasilə yaranıb.

63cü dəq: Opara Emekanı gənc futbolçumuz olan 22 nömrəli oyunçu Amid Hüseynov əvəzlədi.

64cü dəq: Rəqib korner yerinə yetirdi...

65ci dəq: Juninhonu mərkəzdə kobudcasına saxladılar, cərimə zərbəsi yerinə yetiririk... Todorov topu autdan meydana daxil etdi... Oyun əsasən mərkəzdə gedir.

67ci dəq: Ara-sıra komandamız hücuma keçir, lakin...

68ci dəq: İvan Çvetkov 10 nömrəli oyunçumuz olan Ceyhun Sultanovla əvəzləndi.

Bu dəqiqələrdə rəqib korner yerinə yetirdi, amma Kromarenko yerindədir...

70ci dəq: 18 nömrəli futbolçumuz Alim Qurbanov Devran Ayhanı əvəzlədi. "Standard" hücum qurmağa çalışır...

73cü dəq: Amid Hüseynov fəallığı ilə seçilir, hətta qapıdan azca aralı keçən zərbə yerinə yetirdi

75ci dəq: Todorovun sol cinahdan yerlə ötürdüyü topa Kabral az fərqlə çata bilmədi. Real qol vəziyyəti əldən verildi.

76cı dəq: Sol cinahdan müdafiədən hücuma qədər Todorov fəallığı ilə seçilir.

78ci dəq: Sağ cinahdan sol cinaha ötürmə alan Amid Hüseynov gözəl ötürmə ilə Ramazan Abbasovu zərbə mövqeyinə çıxardı, Ramazan Abbasov bu ötürməni gözəl qol ilə reallaşdırdı. "Xəzər Lənkəran" 2-0 "Standard"

81ci dəq: Alim Qurbanov sol ayağı ilə qapıya qüvvətli zərbə vurdu, lakin top bayırdadı.

83cü dəq: Qonaqlar cərimə meydançası yaxınlığından qapımıza zərbə vurur, lakin Kromarenko çətinlik çəkmədi.

84-85ci dəq: Rəqib nisbətən fəallaşıb, qapımıza doğru bir neçə zərbə təşkil etdilər.

86cı dəq: Kiçik fasilələr yaranıb, bu dəqiqələrdə oyunun tempi nisbətən aşağı düşüb.

Amid Hüseynovu bir sıra fərdi keyfiyyətləri ilə qeyd etməyə dəyər...

88ci dəq: Rəqib künc zərbəsi yerinə yetirir...

89cu dəq: Ceyhun Sultanov sol cinahda gözəl ötürməyə ləng qaçışla yetişə bilmədi.

90cı dəq: Qonaqlar cərimə zərbəsi yerinə yetirdi, Kromarenko heç bir çətinlik çəkmədən topu tutdu. Hakim final fitini səsləndirdi. Beəliklə Komandamız ikinci yoxlama görüşündən də 2:0 qalib ayrıldı. Növbəti qələbələrdə görüşənədək...


Fanklubumuz Baş məşqçi Ağasəlim Mircavadovdan da müsahibə alıb. Sualları fanklubumuzun üzvü olan Əfqan Mırzəyev verdi:

Ə.Mirzəyev: Ağasəlim müəllim, qələbə münasibəti ilə təbrik edirik. Hər iki yoxlama görüşlərindən qalib ayrıldınız. "6-lıq" öncəsi bu görüşlərin əhəmiyyəti barədə.

A.Mircavadov: Sualınızı başa düşdüm, bu oyunların birini süni ortüklü meydançada, bu günkünü də belə hava şəraitində bu cür meydançada oynadıq. Oyundan və oyunçularımın işgüzarlığından razıyam, ola bilsin ki, bizim səhvlərimiz var, oyunçuların tam anlaşa bilməməsi ola bilər, bu da başa düşüləndir. "Xəzər Lənkəran" elə bir komandadır ki, yaxşı meydançada daha yaxşı oynaya bilir. Belə palçıqda oynamaq çətindir. Onu deyə bilərəm ki, qarşıdakı "Qarabağ"la kubok oyunumuz belə meydançada keçiriləcək.

Ə.Mirzəyev: Yeri gəlmişkən, qabağda həm kubok, həm də "6-liq"ın gərgin oyunları bizi gözləyir, bu görüşlərdən və çempionatın sonluğundan nə gözləyək?

A.Mircavadov: Bilirsiniz ki, "Xəzər Lənkəran"  iddialı klub olub həmişə birinci yer uğrunda mübarizə aparır. Eyni zamanda həm kubok, həm də çempionluq yarışmasında sona qədər mübarizə aparmaq əzmindəyik.

Ə.Mirzəyev: Ağasəlim müəllim, bu oyunlarda gənc futbolçuları da sınadınız, onlıar haqqında da bir neçə kəlmə

A.Mircavadov: Bizə həmişə irad tuturlar ki yeniyetmələri oynatmırıq. Amma bu oyunlarda gördüyünüz kimi biz onlara da şans veririk, amma bu hələ azdır. Onlar öz üzərilərində hələ çox işləməlidirlər ki, "Xəzər Lənkəran" kimi komanda da oynaya bilsinlər. 

Ə.Mirzəyev: Gənc oyunçulardan kimləri fərqləndirə bilərsiniz? Konkret Amid Hüseynov haqqında

A.Mircavadov: O birilər kimi Amid də hələ öz üzərində çox çalışmalıdır, çox şey onların özlərindən asılıdır. Budur əsas məsələ. Çox sağ olun. Uğurlar!!!

Views: 669 | Added by: CSGA | Dərəcələndirmə: 5.0/1
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz