 
Yanvarın
10-da Bələkdə yerləşən "Qloriya Serenti” otelində təlim-məşq toplanışına
başlayan "Xəzər Lənkəran” bu gün vətənə qayıdır. 20 günlük təlim-məşq toplanışı
zamanı çoxlu futbolçunu sınaqdan keçirən cənublularaltı yoxlama oyunu keçirdi
ki, bu matçlardan dördündə məğlub olub, birində heç-heçə edib, hava şəraiti
üzündən yarımçıq dayandırılan oyunda isə qələbə qazanmaqla toplanışa yekun
vurdu. Yanvarın 29-da vətəni Rumıniyaya yola düşən Mirça Rednik üç transferi
yaxın günlərdə başa çatdırmalıdı. Qapıçı axtarışını hələ də davam etdirən cənublular
braziliyalı Dalton Munarettonun "Çernomorets”lə son oyundakı çıxışından razı
qalmayıb. Qapıçı arayışına çıxan Rednik, üstəlik, səviyyəli hücumçu ilə yanaşı,
Rumıniyanın "Universitatya” klubunun futbolçusu Julius Vobayın da transferini həll
etməlidi.
Dünən isə futbolçular Marius Qoqalniçanu və Mihay Tejanın rəhbərliyi
altında səhər məşqinə çıxıb. Bu arada Katalin Domanın dünən ad gününü qeyd
etdiyini də vurğulayaq. Komanda yoldaşları axşam yeməyində birlikdə mahnı
oxuyaraq, onun ad gününü təbrik ediblər. Rednikin toplanışa baxışa çağırdığı
aşağıdakı futbolçuların transferinin həll olunduğunu əminliklə söyləmək olar: Nikolae Muşat, Andrey Mureşan, Adrian
Skarlataçe, Adrian Pits, Aleks Pitsurka, Frasinesku, Simao Bruno, Kiyaku,
İbrahim Banqura. Bu gün axşam saatlarında cənubluları gətirən təyyarə Binə
hava limanına enməlidi. Futbolçulara üçgünlük istirahət verən məşqçilər korpusu
yanvarın 4-də Bakıda toplanacaq. Bir gün sonra isə "Xəzər Lənkəran” Lənkərana
yola düşəcək. Beşgünlük Lənkəran toplanışından sonra yanvarın 11-də Bakıya
qayıdacaq cənublular "Neftçi” ilə oyunun son hazırlığını keçib, matç saatını
gözləyəcək.
Bu
arada Rumıniyaya qayıdan Rednikin özü ilə Syerra-Leone yığmasının üzvünü də gətirəcəyi
gözlənilir. Artıq təcrübəli məşqçi bu məsələnin həll olunduğunu "Prosport”a
açıqlamasında bildirib: "Biz son olaraq klubun sahibi Adrian Mititeli ilə söhbət
etdik. Artıq demək olar ki, Vobayın keçidində hərtərəfli razılıq əldə etmişik.
Rednikin komandasında görmək istədiyi digər futbolçu isə "Qloriya”nın
braziliyalı hücumçusu Junior Moraeşdi. Ancaq bombardirlik keyfiyyətlərinə malik
olan sambaçı üçün "Styaua” da mübarizə aparır. Rednik Bıstritsa klubunun
prezidenti Jan Paduryanu ilə də danışıqlar apardıqlarını, ancaq onun qiyməti
qaldırmasından sonra futbolçunu yayda almaq istədiyini dilə gətirib.
Rumıniya
mətbuatı Redniki obrazlı şəkildə əks etdirməyə çalışarkən Buxarestdə əlində bir
kisə pulla gəzdiyini qeyd edib: "Rednik əlində bir kisə pulla Buxarestdə gəzir
və özünə yem axtarır. O elə futbolçu almaq istəyir ki, belələrini istənilən məşqçi
öz komandasına götürmək istəyər. Rednik İstəsə, sərhədlərdən o yana keçib
futbolçu gətirə bilər. Rumıniyada istədiyi futbolçulara istədiyi qiyməti qoyur.
Klub rəhbərləri də onunla məşqçi kimi yox, sponsorlar kimi danışıqlar aparır.
İndi Rumıniyada bir çox məşqçilər ona həsəd aparır...” Yeri gəlmişkən həmin ölkənin
KİV-ində Andrey Mureşan, Adrian Skarlataçe, Nikolae Muşat, Adrian Pits, Aleks
Pitsurka və Hristu Kuaku ilə anlaşmağın əldə olunduğu qeyd olunub. Həmçinin
rumın futbolçuların hazırda Stellian Stanku ilə Katalin Domanın burda çıxış
etdiyi vurğulanıb.
"Xəzər
Lənkəran”ın sonuncu yoxlama oyununda Ukraynanın birinci dəstəsində dördüncü
pillədə olan "Çernomorets”ə 2:3 hesabıyla yenildiyini xəbər vermişdik. Artıq
Odessa təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk bu oyunla bağlı fikirlərini
klubun rəsmi saytına açıqlayıb: "”Xəzər Lənkəran”la
oyunumuz çox gərgin alındı. Buna rəqibin çox yaxşı komanda olması səbəb oldu. Lənkəranlılar
çox ciddi futbol oynayırlar. Komanda fiziki cəhətdən çox güclü oyunçulardan təşkil
olunub, texniki-taktiki vərdişlərə malikdirlər, fərdi mübarizələrdə
bacarıqlıdırlar. Bir sözlə, "Xəzər Lənkəıran” kimi rəqiblə oynamaq faydalı
oldu.Biz hər dəfə hesabda irəli çıxırdıq-1:0, 2:1. Amma rəqib də hər dəfə
tarazlığı bərpa edirdi. Ancaq Silantyevin vurduğu sonuncu qol həlledici
oldu.Oyunçularımız bu görüşə tam ciddi yanaşdı. Bu səbəbdən də matçı ayrı-ayrı
hissələrə bölmək lazım deyil. Qarşılaşma eyni tərzdə keçdi.”
Güclü
yağış yağdığı üçün "Qloriya Serenti” otelinin stadionunun qazonu yararsız vəziyyətə
düşmüşdü. Yalnız "Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayevin uzun
axtarışlarından sonrabaşqa stadionda oynamaq mümkün olmuşdu. Maraqlıdı ki,
Qriqorçuk da başqa meydança tapıldığına görə Mustafayevə yox, komandasının
inzibatçısına təşəkkür edib: "Fasiləsiz
Leysana baxmayaraq, inzibatçımız Andrey Çernov meydan məsələsini həll edə
bildi. Nəticədə əla ot örtüyündə oynadıq. 18 oyunçuya şans verdim və onlardan
razı qaldım. İlk yarıda Şiryayev, Taşşi, Didenko, Bobko, Balaşov və baxışda
olan altı fytbolçunu meydana buraxdım. Oyuna sonradan qoşulanlar isə Qrişko,
Zubeyko, Vladov, Qavrilenko, Slinkin, Silantyev və bir yeni futbolçu oldu.”
Xatırladaq
ki, həmin oyunda "Xəzər Lənkəran”dan qolları mərkəz yarımmüdafiəçisi Adrian
Pits və cinah oyunçusu İbrahim Banqura vurub. "Çernomorets”in qollarına Boris
Taşşi, İqor Silantyev və baxışda olan futbolçulardan biri imza atıb.
Hüseyn Cəbrayıloğlu, Səbuhi Tofiqoğlu.
"Futbol+” qəzeti N:
19 (2202), 31yanvar 2011
|