
"Xəzər
Lənkəran” rəsmi fan klubunun, "12-ci oyunçu” azarkeş qrupunun, "Bosman” fanklubunun və "Caspian Ultras" fan klubunun birgə bəyənatı
Premyer
liqanın XV turu çərçivəsində dekabrın 4-ü "Xəzər Lənkəran” və "İnter” klubları
arasında Lənkəran şəhər stadionunda keçirilən oyunun sonlarında baş vermiş bir
xoşa gəlməz hadisə ilə bağlı "Xəzər Lənkəran” rəsmi fan klubu, "12-ci oyunçu”
azarkeş qrupu və "Bosman” fan klubu olaraq münasibət bildiririk. Belə ki, qonaq
komandanın baş məşqçisi Kaxaber Tsxadadze oyunun sonlarına yaxın məşqçilər üçün
ayrılan zolaq daxilində olarkən tribunalardan atılan daş parçası ilə başından xəsarət
almış, hətta huşunu belə itirmişdir. Həkim
yardımı ilə özünə gələn baş məşqçinin səhhəti indi yaxşı olsa da, baş verən bu
olayın heç də hər hansı bir komandanın
azarkeşinə yaraşan hal olmadığını bildirmək istəyirik. O ki, qaldı bu "Xəzər Lənkəran”
azarkeşlərinin adı ilə bağlı olsun.
Biz bu
insanlığa sığmayan hərəkəti qəti surətdə pisləyir və "Xəzər Lənkəran”
azarkeşinin imicinə vurulmuş bir zərbə kimi qiymətləndiririk. Bundan sonra
inanmaq istərdik ki, öz sivil davranışı ilə seçilən "Xəzər Lənkəran” azarkeşləri
arasında belə təxribatçı hallara rast gəlinməyəcək. Heç bir komanda üzvünə
qarşı məqbul sayıla bilməyəcək bu hadisə, özü də xüsusi isti münasibətdə
olduğumuz "İnter” klubuna qarşı törədilirsə, deməli, bu iki komandanın azarkeşləri
arasında dost münasibətə kölgə salmaq niyyəti güdür.
Biz, "Xəzər Lənkəran”
rəsmi fan klubu, "12-ci oyunçu” azarkeş qrupu və "Bosman” fan klubu olaraq, bir
daha bunu pisləyir və bu hadisə ilə bağlı qardaş "İnter” azarkeşlərindən və
komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin şəxsindən üzr istəyirik. Onlardan təvəqqe
edirik ki, belə hansısa aravuran insanlara görə ümumi "Xəzər Lənkəran” azarkeşləri
haqqında obyektiv fikirlərinə şübhə etməsinlər. Bizim dostluğumuz var və davam
edəcək.
"Xəzər Lənkəran”
rəsmi fan klubu adından Samir Qasımov
"12-ci oyunçu”
azarkeş qrupu adından İslam Cabbarlı
"Bosman” fan
klubu adından Mirhafiz Babayev
"Caspian Ultras" fan klubu adından Tural Əlizadə
05.12.2011
|