Sonuncu 32-ci tur öncəsi, "Xəzər Lənkəran”
turnir cədvəlinin ilk pilləsində, ən yaxın izləyicilərindən bir xal öndədir və
sonuncu turda "Bakı” klubunu doğma meydanda qəbul edir. Deməli, bu matçı qalib
bitiririksə, mövsümün qalibi yəni çempion olacağıq. Buralara qədər gəlmisənsə,
son matça çıx, qalib gəl və çempion ol! Bu özü elə böyük bir motivasiyadır.
Bunun üçün nə psixoloqa, nə də hər hansı stimullaşdırmağa ehtiyac qalmır. Kifayət
qədər usta futbolçular, kifayət qədər təcrübəyə malik məşqçi heyəti və kifayət
qədər klubidarəetmə bacarığına malik klub rəhbərliyi. Bəlkə də hər bir hərfi "Dəmir zindandan belə ağır olan-Bugünki
oyunun əhəmiyyəti” sözünü sadaladığımız tətəflər dərk etmədi? Xeyr, bunu dərk
etməmək mümkün deyil! Futbolda gözəl bir deyim var, "xətlərarası əlaqə zəif
idi” Sadaladığımız bu üç tərəflər arasında xətlərarası əlaqə zəif idi. Əyər belə
olmasaydı, "Xəzər Lənkəran” Dəmir zindandan ağır olan:-"Bugünki oyunun əhəmiyyəti”ni
əldən verməyib meydanda sanki bir tufan yaradıb, rəqibini məğlub etməyi
bacarardı, buna əlbəttə gücü catardı, özünəməxsus azarkeşi olan "Xəzər Lənkəran”
azarkeşi "Bugünki oyunun əhəmiyyəti”ni çox gözəl başa düşdüyündən, hələ neçə
gün əvvəldən bu oyuna ciddi hazırlaşırdı, müxtəlif tədbirlər hazırlayırdı ki,
komandasını qələbəyə ruhlandırsın və sonda onu çempion görsün. Belə tədbirlərdə
əlbəttə "Bosman” fanklubunun da özünəməxsus tədbirləri var idi və oyunöncəsi,
oyunzamanı bunları həyata keçirirdi.Maliyyə baxımından tam müstəqil olan "Bosman”fanklubu
ən azından söz demək hüququnu da özündə saxlayır.”Xəzər Lənkəran” klubu bizim fəxrimiz,
bizim qürurumuzdur.Lakin hər il böyük ümidlərimiz hər hansı səhvdən puç olur.
"Xəzər, sən bizim qürurumuzsan!”deyən biz azarkeşlərin qururu sınmış olur.
Bu oyun
sonrası fəxri prezident Mübariz Mənsimovun açıqlamasında belə bir məqam var
idi: "Bəlkə də "Xəzər Lənkəran”bu gün ən bərbad oyununu keçirdi”
Axı bu qədər
maliyyə vəsaiti xərclənərək demək olar bütün şəraitə malik olan bir klub, güclü
oyunçu və məşqçi potensialına və inanılmaz azarkeş dəstəyinə malik "Xəzər Lənkəran”
sonda niyə və nədən hər şeyi əlindən verməlidir. Mübariz bəy, niyə görə "Xəzər
Lənkəran”ın bu gün ən bərbad oyun oynamasını araşdırın, komandamızı bu vəziyyətdən
çıxarın. Çünki, "Xəzər Lənkəran”maddi və mənəvi olaraq sizin qururunuz, Mənəvi
olaraq bizim qururumuzdur. Hər iki tərəf məğrur və qururunu sımağa qoymayan tərəflərdir.Siz
azarkeşlərdən inciməyin.Onlar qururları olan "Xəzər Lənkəran”ı yalnız sizin
simanızda hər şeyə qadir bir klub olaraq görmək istədikləri üçün sizə üz
tuturlar.
"Xəzər Lənkəran”rəhbərliyi,
məşqçi-futbolçu heyəti və azarkeşləri ilə böyuk bir ailədir. Sizin böyük iş təcrübəniz
bütün məsələləri obyektiv olaraq araşdırıb düzgün qərarlar qəbul etmə təcrübəniz
var.Yalnız bu yolla nöqsanları aradan qaldırıb, "Xəzər Lənkəran”ı Avropa səviyyəli
bir klub kimi görmək hər birimizin arzusudur.