Çərşənbə, 24/Apr/2024, 09:59
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 11 » ““Xəzər Lənkəran” Mərkəzi Stadionu”nun rəhbərliyinə
10:28
““Xəzər Lənkəran” Mərkəzi Stadionu”nun rəhbərliyinə

Hörmətli, Höccət bəy Hacıyev! Bilirsiniz ki, "Xəzər Lənkəran” azarkeşləri nəinki ölkədə, hətta Avropada da özünəməxsus çılğınlığı ilə seçilən azarkeşlərdir. Eyni zamanda klub rəhbərliyi də doğma komandamız üçün əlindən gələni əsirgəmir. Həm klub rəhbərliyinin və həm də azarkeşlərimizin etimadını böyük ölçüdə qazanmış baş məşqçimiz Mirça Rednik isə öz peşəkarlığı və sair müsbət keyfiyyətləri nəticəsində, komandamıza olan inamımızı daha da artırmışdır. Klub rəhbərliyi, Mirça Rednik başda olmaqla bütün komanda və azarkeşlərimizin təşkil etdiyi "Böyük "Xəzər Lənkəran” ailəsi” hər üç tərəfin bir-birinə qarşılıqlı inamı və etimadı nəticəsində bu gün ən xoşbəxt günlərini yaşayır. Bu heç zaman uğur qazana bilmədiyimiz Avropa turnirlərində İsrailin Təl-Əviv təmsilçisi "Makkabi” ilə II təsnifat mərhələsinin ilk oyununda bizlər üçün böyük üstünlüyümüzdür.

Məhz belə bir zamanda komandamıza daha çox dəstək vermək və bu həyəcanı bütün azarkeşlərimizin birlikdə yaşaması, həmçinin komandamızın bu çətin səfər oyunundan sərfəli nəticə ilə geri dönməsi üçün daha bir qeyri-adi formada, özümüzəməxsus dəstəyimizi nümayiş etdirmək üçün bizlərə kömək etməyinizi xahiş edirik.

Biz "Bosman” fanklubu və "12ci oyunçu” azarkeş qrupu olaraq, sizin köməyinizlə bu dəstəyimizi 14 iyul tarixində, saat 22:30-dan etibarən, yəni Təl-Əvivdə "Makkabi” – "Xəzər Lənkəran” oyunu başlayarkən birbaşa stadiondan izləməyimiz üçün şərait yaratmanızı xahiş edirik. Bunun üçün televiziyadan canlı olaraq verilən reportajı, stadionun böyük ölçüdə olan monitoru vasitəsi ilə bütün "Xəzər Lənkəran” azarkeşlərinin birlikdə izləməsi və bu həyəcanı birlikdə yaşaması üçün şəraitin olmasını nəzərə alaraq, göstərilən tarixdə "Fırtınalar Meydanı”nın qapılarını azarkeşlərimizin üzünə açmanızı rica edirik. Bu bəlkə də dünya futbol tarixində bir yenilik olmaqla, azarkeşlərimizin komandaya olan böyük sevgisini nümayiş etdirəcək və bu həyəcanı birlikdə yaşamalarına şərait yaradacaq. Həmçinin "Xəzər Lənkəran” komandasını da bu barədə məlumatlandırmaqla, onlarda böyük motivasiya yaradacaq. Onlar özlərini sanki səfərdə deyil, öz doğma meydanında olduğu kimi hiss edərək matça çıxacaq. Həmçinin sıralarımıza yeni qoşulmuş futbolçularda da, azarkeşlərin nə qədər komandanı sevdiyi haqqında fikir formalaşdıracaq. Bütün bunlar qələbənin, sonda çətin bir rəqib olmasına baxmayaraq, mərhələ adlamağın səbəbinə çevrilə bilər. Belə bir çətin məqamda baş məşqçimiz Mirça Rednikə böyük dəstək vermiş olacağıq. Daim azarkeşlərin qeyri-adi dəstəyindən ruhlandığını bildirən Mirça Rednik üçün bundan daha yaxşı nə ola bilər ki?

Komandamıza uğurlar arzulayaraq, sizin də hər zaman bu yöndə çalışmalarınızı əsas götürərək müraciətimizi müsbət qarşılayacağınıza ümid edirik. Qələbələrimizin əsasını bir yerqə hazırlayıb, bir yerdə şahidi olub, bir yerdə də sevinmək istəyirik.

Hörmətlə: "12ci Oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu 11 İyul 2011.          

Views: 342 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz