Avroliqanın II təsnifat mərhələsinin cavab
oyununda "Fırtınalar Meydanı”nda İsrailin
Təl-Əviv təmsilçisi olan "Makkabi” klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran” komandası sabah Bakıdan
Lənkərana gələcək. Komandanı gətirən avtobusun saat 14:00-da Lənkəran şəhərinin
girəcəyinə çatacağı gözlənilir. Lənkəran şəhərinin girəcəyində olan "Göyşaban dairəsi”nin yaxınlığında yerləşən "Böyük Samovar simvolu”nun yanında
komandanın qarşılanma mərasimi keçiriləcək. Qarşılanma mərasimini "12ci Oyunçu”
azarkeş qrupu və "Bosman” fanklubu öz üzərinə götürüb. Əlbətdəki, "Rəsmi
Fanklub” və "Caspian Ultras”ın Lənkəran nümayəndələrinin də bu tədbirdə iştirak
edəcəkləri gözlənilir.
Azarkeşlər futbolçuları qarşılayandan sonra isə
komandanın avtobusunu "Fırtınalar Meydanı”na qədər maşın karvanı ilə müşaiyət
edəcəkləri planlaşdırılıb. Bir daha qeyd edirik ki, qarşılanma mərasimi 17 iyul
tarixində saat14:00-da həmişə olduğu kimi Lənkəran şəhərinin girəcəyində "Böyük
Samovar simvolunun” yanında olacaq. Azarkeşlərimizə bu qarşılanma mərasiminin
əhəmiyyəti haqqında bir daha xatırlatma olaraq bildirmək istəyirik ki, mərhələ
keçmək baxımından komanda üzvlərinə ruh vermək üçün bunun nə qədər əhəmiyyətli
olduğunu bilməmiş deyillər. Ən azı 2:0 qalib gələcəyimiz halda bunun mümkün
olduğu faktı var. "Xəzər Lənkəran” bunu bacaracağına rəqib meydanında
göstərdiyi oyunla əminlik yaradıb. Gəlin oyuna qədərki zaman kəsiyində bunu
bacarmaq üçün komandamıza yardımçı olaq. Biz hər zaman komandamıza sadiqlik
baxımından bənzəri olmayan azarkeşlər olduğumuzu çoxdan sübut etmişik.
|