
"Xəzər Lənkəran”
komandası Mirça Rednikin gəlişindən sonra, Bakı şəhərində onunla tanışlıq,
ardınca futbolçuların tibbi müayinədən keçməsi və bir sıra testlərdən sonra elə
paytaxtda üç gün, gündə iki dəfə olmaqla davam edən məşq proseslərində iştirak
etdi. Bununla da yeni baş məşqçi komandanın oyunu ilə müəyyən qədər tanış oldu.
Bundan sonra hansı mövqelərin gücləndirilməsinə qərar verəcək olan baş məşqçi,
klub rəhbərliyi ilə yeni transferlərin və komandada kimlərin qalıb qalmayacağı
haqqında məsləhətləşib qərarlarını verəcək.
Bu məqsədlə hələ
həftəsonu ilk yoxlama oyunu da planlaşdırılıb. Rəqib qismində "Xəzər Lənkəran”ın əvəzedici komandası
iştirak edəcək. Beləliklə, 21 iyul 2010 tarixində Bakıda səhər saatlarında son
məşqinə çıxan komandamız, axşam saat 19:00-da Lənkərana yola düşəcək və
hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.
Komandamıza bütün
işlərində uğurlar arzulayırıq!
|