
"Müsavat başqanı İsa Qəmbərə hücum
edən şəxslərin əyinlərinə bizim klubun formasını geyinmələrindən xəbərdarıq.
Amma İsa Qəmbər öz çıxışında da "Xəzər-Lənkəran” azarkeşləri haqqında bir şey
söyləməyib”. Bunu Modern.az-a
açıqlamasında "Xəzər-Lənkəran” futbol klubunun mətbuat katibi Yalçın
Əliyev azarkeşlərinə qarşı səsləndirilən bəzi ittihamlara münasibət bildirərkən
deyib.
Klub rəsmisi qeyd edib ki, "Xəzər-Lənkəran”ın
formaları çox yerdə satılır və bunu çox adam alıb geyinir. "Bizim formalar,
bayraqlar ictimaiyyət üçün açıq yerlərdə satılır. Hamı pul verib onu ala bilər.
Bu qalmaqalı salanların "Xəzər-Lənkəran”la və kluba yaxın azarkeş qrupları ilə
bağlılığı yoxdur”.
Xatırladaq ki, Müsavat başqanı İsa
Qəmbər və partiya funksionerləri yanvarın 13-də Lənkərana səfər zamanı bir qrup
şəxsin hücumuna məruz qalıblar. Həmin adamların əynində "Xəzər-Lənkəran” futbol
klubunun formaları olub.
Aqşin
Kərimov
"Modern.az”
O cümlədən biz də "Bosman”
fanklubu olaraq heç bir təxribati işlərdə iştirak etmədiyimizi və siyasi fəaliyyətlə
məşğul olmadığımızı bildiririk. Biz yalnız "Xəzər Lənkəran” klubunun və Azərbaycan
futbolunun inkişafı naminə fəaliyyət göstəririk. Onu da demək istəyirik ki, "Xəzər
Lənkəran” azarkeşlərinin hər hansı pozuculuq fəaliyyətlərinin iştirakçısı
olmasını ortaya atanların bu əməllərini də qətiyyətlə pisləyirik.
"Bosman” fanklubu idarə heyəti 15
Yanvar 2013.
|