
"Xəzər Lənkəran”(Əsas heyyət) komandasının start heyəti:
Orxan Sadıxlı, Adrian İordaşe, Kosmin Frasinesku, Simao Bruno, Stellian Stanku, Dieqo Souza, Elnur Abdullayev, Hristu Kiyaku, Alim Qurbanov (K), Opara Emeka, İbrahima Banqura.
İkinci hissədə Stellian Stankunu və Hristu Kiyakunu, Adrian Pits və Ruslan Poladov əvəz etdi. Birinci hissədə əvəzedicinin qapısında qalan Yevqeniy Kopil, ikinci hissədə əsas heyətin qapısına keçdi. İkinci hissədə daha bir neçə dəyişiklik həyata keçirildi. Uinston Parks, Elvin Beqiri, Katalin Doman, Muşat Nikulae, Andrey Mureşan, Tural Cəlilov meydana çıxdılar. İkinci hissənin son 20-dəqiqəsini əsas heyət bir nəfər azlıqda oynadı. Beləki, oyun epizodunda yüngülcə zədələnən Alim Qurbanov baş məşqçi Mirça Rednikin tapşırığı ilə meydandan çıxarıldı. Alim də məşqçinin bu qərarını anlayışla qarşıladı. Gənc futbolçulardan ibarət əvəzedici heyətin qapısından çoxlu top keçirən əsas heyətin son 20-dəqiqəni 10-futbolçu ilə oynaması problem deyildi. Matçı Cənub Regional Futbol Federasiyasının təqdim etdiyi AFFA-nın hakimlər briqadası idarə etdi. Matç vaxtından 4-dəqiqə tez bitdi. Oyun bitdikdən sonra Rednik bir neçə futbolçunu meydan boyu qaçmağa göndərdi. Bu oyundan hər iki komanda yararlandı. Əsas heyətin futbolçuları praktiki cəhətdən adi bir oyuna çıxmışdılarsa, əvəzedicilərin praktika yığmasında bu oyunu əhəmiyyətli saymaq olar. Tribunalrda 500-ə yaxın azarkeş yığılmışdı ki, bu rəqəmin azlığını da oyunun başlama vaxtının iş gününə və günün qızğın iş saatına düşdüyü ilə əlaqələndirmək olar.
"Xəzər Lənkəran” – Əvəzedicilər ("Xəzər Lənkəran”) – 7:0
Qollar: Hristu Kiyaku, 2; 39; Alim Qurbanov, 11; Adrian Pits, 52; Uinston Parks, 61; Tural Cəlilov, 63; Katalin Doman, 75
Mənbə: "12cioyuncu.info"
|