
Komandamızın yeni baş
məşqçisinin adı müəyyənləşib. Mirça Rednik, Rumıniya və Belçika vətəndaşlığı
daşıyır.
Mirça Redniklə müqavilə bu gün Türkiyədə, məşhur İstanbul
şəhərində imzalanıb. "Xəzər Lənkəran" klubu və rumıniyalı məşqçi
arasında iki illik müqavilə imzalanıb.
Onun futbolçu karyerasına nəzər saldıqda, Mirça Rednik 9 aprel
1962-ci ildə Hunedoarada anadan olub. Müdafiəçi olan Mirça Rednik, karyerası
ərzində vətənində "Korvinul", "Dinamo" (Buxarest),
"Rapid", Belçikanın "Standard" və "Sent-Trüden",
Türkiyənin "Bursaspor" klublarında forma geyinib. Bir şeyi də
nəzərinizə çatdırmaq istərdik ki, Rednik son Türkiyə çempionu olan "Bursaspor"
klubunda o, vaxtlar Türkiyənin məşhur futbolçusu Hakan Şükürlə birlikdə top
qovub.
Mirça Rednik, Rumıniya millisində 83 oyun keçirib və iki qola imza atıb.
Mirça Rednik, məşqçi karyerasına 2000-ci ildə "Rapid"də
başlayıb. Daha sonra iki dəfə Buxarest "Dinamo"sunun, bir dəfə
"Bakau"nun, bir dəfə "Universiteta Krayova"nın, bir dəfə
"Vasluy"un baş məşqçisi olub. 2004-cü ildə Səudiyyə Ərəbistanın
"Əl-Nəsr" klubunu çalışdıran Rednik 2009-cu ildə Rusiyanın
"Alaniya" klubuna başçılıq edib.
2002/03 "Rapid"lə Rumıniya çempionu, bir il sonra
bürünc mükafat qazanan Rednik 2006-2007 və 2008-2009 mövsümündə Buxarest
"Dinamo"su ilə eyni uğura imza
atıb.
|