Əvvəlcədən də
xəbər verdiyimiz kimi bu gün, "Xəzər Lənkəran”ın heyətinin yeni baş məşqçi
Mirça Redniklə, klubun baş ofisində tanışlıq xarakterli görüşü
planlaşdırılmışdı. Planauyğun şəkildə futbolçularımız tibbi müayinədən
keçdikdən sonra T. Bəhramov adına stadionda ilk məşqinə çıxacaqdı. Məşq prosesi
saat 18:00-a təyin edilmişdi, amma bundan bir saat əvvəl isə yəni saat 17:00-da
Mirça Rednikin elə həmin stadionun mətbuat zalında ilk dəfə olaraq jurnalistlər
önünə çıxacağı da məlum idi.
Mətbuat konfransı başa çatdıqdan
sonra, klubun avtobusu stadionun ərazisinə daxil oldu. Avtobusdan düşən
futbolçularımız bir yandan, mətbuat konfransından çıxan M. Rednik və
köməkçiləri isə digər yandan yaşıl meydana tərəf gələrək birləşdilər. Uzaqdan Rus
dilində verdiyi tapşırıqların bəzilərini eşitmək olurdu. Əvvəlcə yüngül isinmə
hərəkətləri edən futbolçularımızı daha sonra "Fişka”lar arasında müxtəlif
formada qaçıran, baş məşqçi daha sonra toplu çalışmalarla oyunçuları "yüklədi”
və onları üç müxtəlif komandaya böldü. Bu komandalardan biri yarıya bölünmüş
meydanın bir tərəfində, fiziki hazırlıq üzrə məşqçinin sərəncamında idisə,
yerdə qalan iki komanda ikitərəfli oyun keçirməklə M. Rednikin sərəncamında
idi.
Sonra
uduzan komanda fiziki hazırlıq üzrə məşqçinin sərəncamına keçərək, oradan gələn
komanda udan komanda ilə ikitərəfli oyun keçirdilər. Beləcə hər üç komanda
bir-birləri ilə ikitərəfli oyun keçirdilər.
Qeyd
edək ki, K. Kabral, K. Ağayev və E. Opara fərdi məşqlə kifayətlənməli oldular.
Ümumiyyətlə, məşqdə yeniliklər müşahidə olunurdu. Daha sonra bütün komanda
medanı yüngül qaçışla dövrə vurub, yerdə uzanmaqla kiçik məşq hərək\tləri
edərək tərlərini soyutdular və beləliklə, iki saata yaxın davam edən məşq
prosesi başa çatmış oldu.
Onu
da deyək ki, futbolçularımız çox səylə və həvəslə bütün məşq prosesində iştirak
edirdilər, əhval ruhiyyə də çox yüksək səviyyədə idi. Bunu məşqdən ayrılan
zaman Mirça Rednikin də simasıdan aydın oxumaq olurdu.
Məşq
bitənə yaxın, Avroliqada cavab oyununa hazırlaşan "Qarabağ” klubu da stadionda
göründü və "Xəzər Lənkəran”ın futbolçuları ilə mehriban görüş və qarşılıqlı
təbrikləşmədən sonra komandamız stadionu tərk etdi.
P.S. Məşqi izləməyə az sayda olsa da komandamızın azarkeşləri gəlmişdi.
|