Cümə, 19/Apr/2024, 17:25
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Noyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Noyabr » 6 » “Xəzər Lənkəran”ın ikinci, əslində isə “birinci” məğlubiyyəti
16:34
“Xəzər Lənkəran”ın ikinci, əslində isə “birinci” məğlubiyyəti

 

            Başlığı belə adlandırmağımızın səbəbi "Xəzər Lənkəran”ın ilk həm də özünə yaraşmayan ağır Gəncə məğlubiyyətini, rəqibin düzgün qiymətləndirilməməsi səbəbindən baş verdiyini demişik. "Xəzər Lənkəran”ı 1:4 hesabı ilə üstələyən "Gəncə”, sonrakı turda "Neftçi”yə səfərdə 2:6 olmaqla böyükhesablı biabırçı məğlubiyyəti və ardıyca bu tur öz meydanında bu ərəfələrdə o qədər də yaxşı günlərini yaşamayan "Bakı” klubuna 1:3 hesabı ilə daha bir böyükhesablı məğlubiyyəti bu fikri deməyə əsas verir.

            Bu günki "Qəbələ” klubu ilə oyunda məğlubiyyətə gəlincə isə bu Gəncə məğlubiyyətindən dediyimiz parametrə görə fərqli idi. Yəni bu gün rəqibi qiymətləndirmə baxımından "Xəzər Lənkəran” səhvə yol verməmişdi. Komandamız oyuna məsuliyyətli hazırlaşmışdı. Bu oyunun ilk dəqiqələrindən sona qədər aydın görünürdü. Komandamız sona qədər döyüşkən ruhda çıxış etdi, lakin alınmadı. Burada "Qəbələ” klubunun əvvəlki vaxtlara baxanda oyun səviyyəsini xeyli artırmasının da rolunu qeyd etmək lazımdır.

            "Xəzər Lənkəran” isə futbolçu qıtlığının əziyyətini çəkdi desək yanılmarıq. Bura Emeka Opara, Dieqo Qusmao – Souza, yaxın günlərdə komandamızla yollarını ayıran Dieqo Ruisin yoxluğu və bu matçda Uinston Parksın da birinci hissədə iki dəfə ardıcıl zədə alaraq hissənin sonuna yaxın əvəzlənməsini də əlavə etsək, xüsusən hücum xəttimizin böyük itkiyə məruz qaldığını söyləyə bilərik. Elə komandanın sona qədər döyüşkən ruhda oynaması, lakin rəqib qapısına yol tapa bilməməsi hücumçu qıtlığının olmasının göstəricisidir. Yeganə hücumçu Xaqani Məmmədovun isə oyun praktikası baxımından əziyyət çəkdiyi aydın hiss olunurdu. Komandamız döyüşərək uduzdu desək yanılmarıq. Təki döyüşkənlik ruhu komandamızda əskik olmasın. Döyüşkənlik olacaqsa, qələbələr də olacaq. Biz komandamıza inanırıq. Çempionatın sonuna hələ kifayət qədər vaxt var. Komandamızın yeni transferlərlə güclənəcəyi vaxtı isə səbirsizliklə gözləyirik. Bu heyət çempionluq üçün yetərli deyil. İnanırıq ki, yeni transfer dönəmində Mirça Rednik komandamıza gəldiyi zaman vaxt azlığı kimi bir səbəb yaşamayacaq və istədiyi heyəti qura biləcək. 

            Hakimin idarəçiliyinə gəlincə, Fariz Yusifovun idarəçiliyini normal qiymətləndirmək olar. Əvvəlki idarəçiliyində "Xəzər Lənkəran”ın xal itkilərinə səbəb olan bu hakimin, bu gün komandamızın məğlubiyyətində rolu olmadı. Görünür, ""Fariz Yusifov "Xəzər Lənkəran”ın oyunlarına təyinat almasın” adlı yazımızda göstərilən səbəbləri nəzərə ala bilmiş və onun oyunu düzgün idarə edəcəyi təqdirdə düzgün başa düşüləcəyi haqda özü də düzgün nəticə çıxarmışdır.

           

Views: 511 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz