
"Xəzər Lənkəran” Futbol Klubunun gənclər
inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olundu. Bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə
imzalanıb. İlhan Akgül klubumuzun aşağı yaş qruplarına nəzarət edəcək.
41
yaşlı İlhan Akgül "Xəzər Lənkəran” camiəsinə yaxşı tanışdır. O, vaxtilə
klubumuzda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər
türk məşqçilərlə birlikdə "Xəzər Lənkəran”a dəvət olunmuş və bir il ərzində
aşağı yaş qruplarını çalışdırmışdır.
Cüneyt
Biçerdən fərqli olaraq İlhan Akgül vaxtilə özü də futbolçu həyatı yaşayıb. O,
19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib,
o cümlədən 7 il Superliqa təmsilçisi olmuş "Altay" klubunun şərəfini
qoruyub.
İlhan
Akgül məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik
lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə
koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.
Saytımıza
müsahibə verən Akgül klubumuzda gələcək fəaliyyətinin uğurlu olacağına əminliyini
bildirdi: "Azərbaycan futbolu və "Xəzər Lənkəran” mənə yaxşı tanışdır çünki mən
1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhvə
verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi
yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz
çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil
baxımından da inkişaf etsinlər. Bu məqsədlə bizim 2 növ məşqlərimiz olacaq: 1.
futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması
üçün onların fiziki baxımdan təkmilləşdirilməsi; 2. fərdi xarakterin
formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya
uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı
futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan
üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar”.
Mənbə: "Lankaranfc.com”
|