
Mövsümə
uğurla başlayan və qış fasiləsinə qədər heç də pis nəticələr qazanmayan, turnir
cədvəlinin ikinci pilləsində qərarlaşmaqla ilk pillədən cəmi bir xal fərqi olan
"Xəzər Lənkəran” cari transfer dövründə
köklü dəyişikliklərə məruz qalıb. Bunun səbəbini mövsümün startına iki həftədən
bir qədər artıq vaxt qalmasına baxmayaraq həm baş məşqçisini və həm də xeyli
sayda aparıcı oyunçularını itirməsi ilə izah etmək mümkündür.
Ağasəlim
Mircavadovun komandadan gedişi və rumıniyalı Mirça Rednikin "Xəzər Lənkəran”ı qəbul
etməsindən sonra yay transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış tələsik,
lakin müddətə görə uğurlu sayıla biləcək yeni transferlərin qışda müəyyən hissəsinin
komandadan ayrılacağı gözlənilən idi. Hələ mövsümün gedişatında, xüsusən milli
komandanın beynəlxalq turnirlərdə iştirakı ilə əlaqədar ölkə çempionatında
yaranmış qısamüddətli fasilə zamanı baş məşqçi Mirça Rednikin bu yöndə fəaliyyətini
qeyd etmək lazımdır. Komandamızla iki illik müqaviləyə imza atan Mirça Rednik
elə gəlişinin ilk ilindəcə çempionluğu hədəflədiyini söyləyib. Lakin qış fasiləsi
ərəfəsində o, Azərbaycan Premyer Liqasının onun fikirləşdiyindən daha güclü
olduğunu deməsi cari transfer dönəmində "Xəzər lənkəran”ın lazım olan bütün
mövqelərini kifayət qədər bacarıqlı futbolçularla gücləndirəcəyini düşünmək elə
də çətin deyildi.
Mövsümün
gedişindəcə təmizləmə əməliyyatına başlanıldı. Bu kifayət qədər ümidləri
doğrulda bilməyən argentinalı hücumçu Dieqo Ruislə yolların ayrılmasından
başladı və indi də davam etməkdədir. Komandadan mövsümün gedişatından bu günə qədər
göndərilənlərin siyahısına nəzər salsaq əlbəttə buraya bu gün üç yerli
futbolçunun Asif Məmmədovun, Xaqani Məmmədovun və Ramazan Abbasovun da adlarını
daxil etsək, qapıçı da daxil bütöv bir "onbirliyin” kənarlaşdırıldığının şahidi
oluruq.
1. Deniss Romanovs (qapıçı)
2. Radomir Todorov (müdafiəçi)
3. David İmedaşvili (müdafiəçi)
4. Adrian İordaçe (müdafiəçi)
5. Konstantin Arbanas (yarımmüdafiəçi)
6. Kristian Kabral (yarımmüdafiəçi)
7. Ramazan Abbasov (yarımmüdafiəçi)
8. Asif Məmmədov (yarımmüdafiəçi)
9. Xaqani Məmmədov (hücumçu)
10. Dieqo Ruis (hücumçu)
11. Allan Lalin (hücumçu)
Göründüyü
kimi qapıçı da daxil olmaqla, "Xəzər Lənkəran”ı bütöv bir komanda tərk etmiş
olub. Lakin komandanı tərk etmiş olan futbolçuların siyahısına nəzər yetirsək,
tanıdığımız üçün deyə bilərik ki, "Xəzər Lənkəran”ı o qədər də güclü olmayan
bir heyət tərk etmiş olub. Lakin bu heyətdən formalaşmış bir komanda Azərbaycan
çempionatında orta-yuxarı yerlər uğrunda mübarizə apara biləcək bir klubu təşkil
edəcək gücdə olduğunu deyə bilərik. Bu futbolçular "Xəzər Lənkəran”ın digər, bu
gün komandada saxlanılan daha səviyyəli oyunçuları ilə birlikdə kombinəolunmuş
formada oyuna çıxdıqları zaman belə tam çempionluğa oynayan bir komanda təşkil
etdiklərini söyləmək bir qədər çətindir. Bizə isə bu günün səviyyəsinə görə ən
azı çempionluğa oynayan bir "Xəzər lənkəran” lazımdır. Hələ çempion komandanın
sabah Avrokuboklardakı məsuliyyətini yada salsaq, onda M.Rednikin bu gün
qollarını çırmalayıb əsasən Rumıniya çempionatında çıxış edən, özünün də bələd
olduğu futbolçuların transferi ilə bağlı çalışmalarını yüksək qiymətləndirmək
lazımdır. Hər halda bugünə qədər göstərdiyi professionallığı ilə o, həm hamının
rəğbətini qazana bilib, həm də bu müddət ərzində verdiyi çempionluq sözünə necə
can atdığının şahidi ola bilmişik.
Bu
gün xüsusən Rumıniya, eləcə də digər ölkələrin mətbuatı (Bolqarıstan, Azərbaycan)
Mirça Rednikin sanki Rumıniyanın futbolçu bazarına girib, ən yaxşılarını seçib
"Xəzər Lənkəran”a gətirəcəyindən yazır. Onu da qeyd edək ki, hələlik açıqlanan
lakin keçidi rəsmiləşməyən adlarla qurulan bir komanda Rumıniya kimi futbol ölkəsində
1-5 yerlər uğrunda oynaya bilən bir komanda formalaşdırmaq deməkdir. Bu isə
bizim üçün çox yaxşı nəticə hesab oluna bilər. Arzu edək ki, yenidən
formalaşdırılan "Xəzər Lənkəran” gözlədiyimizdən də güclü bir komandaya çevrilsin.
|