Cümə, 26/Apr/2024, 14:03
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Avqust » 15 » “Xəzər Lənkəran” heç də özünü qonaq kimi apara bilmir
20:04
“Xəzər Lənkəran” heç də özünü qonaq kimi apara bilmir

            Dünən Premyer Liqa çərçivəsində II turun qalan oyunları keçirilirdi. "Xəzər Lənkəran” da bu turda "AZAL”ın qonağı olmalı idi. Birinci turda "AZAL” komandası 3:0-lıq səfər qələbəsinə sevinmişdi. Bununla da ilk üşxallılar arasında top fərqinə görə seçilərək elə ilk turda turnir cədvəlinin zirvəsini ələ keçirmişdi.  Oyundan qabaq mətbuata verdiyi açıqlamasında "AZAL”ın baş məşqçisi Elxan Abdullayev də "Xəzər Lənkəran”ı güclü komanda kimi xarakterizə etmiş, lakin komandamıza qarşı hazırladıqları taktikanı gizli saxlamışdı. Deməli, onlar rəqiblərini sayaraq güclü hazırlıq keçmişdilər. Lakin buna baxmayaraq onların da əsas iki futbolçusunun meydana çıxa bilməyəcəkləri əvvəlcədən məlum idi ki, bu da oyun planında "AZAL”ın ziyanına işləyəcəkdi.

            Belə götürdükdə isə elə "Xəzər Lənkəran”da da bu cəhətdən işlər qaydasında deyildi. Bir yandan komanda ətrafında son zamanlar cərəyan edən narahat durum var idisə, digər yandan komandamız bu oyuna cəmi iki gün ərzində hazırlaşa bilmişdi. Oyundan üç gün əvvəl lənkərana gedib orada iki gün hazırlıq keçən komandamız, oyuna bir gün qalmış Bakıya dönmüşdü. İlk turda isə gənc yerli futbolçulardan təşkil olunmuş debütant "Sumqayıt Şəhər”lə ev oyunumuzda heç də əhval-ruhiyyəsi yerində olmayan komandamız belə demək mümkünsə, 2:1-lik çətin qələbə qazanmışdı. Bu ruh düşkünlüyünün bu oyunda da davam edəcəyi təqdirdə, güclü "AZAL” komandası ilə, özü də səfərdə baş tutacaq oyunda komandamızı nələrin gözləyə biləcəyi haqqında azarkeşlərin ciddi narahatlığı var idi. Oyuna gedərkən isə bu səbəbdən sanki güclə nəfəs alırdıq. Özümüzü hər şeyə istəməsək də hazır hiss etməliydik ki, bunun da nə qədər çətin olduğunu dilə gətirmək belə mümkün deyildi.

            "Xəzər Lənkəran”ın səfərdə oynamasına və son acı günlər keçirməsinə baxmayaraq, rəqib stadionda xeyli sayda çoxluq təşkil edən azarkeşlərimiz komandamızı tək qoymamışdı. Elə hər şey buradan başladı desək bəlkə də daha düz olar. Komandamız məşqə çıxmamışdan belə tribunalarımız lərzəyə gəlirdi. Müxtəlif şüarlar səsləndirən azarkeşlərimiz bir an belə dayanmaq istəmirdi. İsti hava şəraitinə baxmayaraq onlar yorulmağın nə olduğunu belə sanki unutmuşdular. Belə dəstək komandamız məşqə çıxanda da davam etdi. Oyun boyu isə bunun şiddəti daha da artmış oldu. Oyun ərzində komandanın müxtəlif üzvlərinin adlarını hayqıran azarkeşlərimiz tez-tez baş məşqçi Mirça Rednikin adını ucadan səsləndirirdilər ki, səbəbkar da bir neçə dəfə təşəkkür üçün ayağa durub, baş əyərək azarkeşlərimizə minnətdarlığını bildirdi. Hətta onun adı səslənən mahnı belə oxuyan azarkeşlər oyun bitdikdə bunu daha sürəkli formada həyata keçirdilər.

            "Xəzər Lənkəran” komandası oyunun əvvəlindən belə müdafiədə oturmayacağını sübut edirmiş kimi, ardıcıl hücumlar təşkil edirdi. Hətta bir neçə 100%lik imkan belə boşa verildi. Nəhayət ağılla qurulmuş kombinasiya nəticəsində hesabı açmağa müvəffəq olan komandamız bundan ruhlanaraq daha kəskin hücumlar etməyə başladı və demək olar böyük ərazi və topasahibolma üstünlüyünə yiyələndi. Rəqib də boş oturmaq fikrində deyildi. Onların da qapımız ağzında bir neçə real imkanları oldusa, sonda müdafiəçilərimizin sayıq oyunu rəqibə qol imkanı vermədi. İkinci hissəyə də aqressiv hücümlarla başlayan komandamız oyunun sonuna qədər çoxlu qol imkanları yaratsa da bunların daha ikisindən istifadə edə bildi. Beləliklə, "Xəzər Lənkəran” tərəfi güclü azarkeş dəstəyi, göstərdiyi oyun keyfiyyətinə görə və nəhayət böyükhesabla qazandığı qələbəylə heç də özünü qonaq kimi aparmadı.

            Son qeyri-müəyyənliyə baxmayaraq, həm azarkeşlər baxımından, həm komandanın oyun üslubu baxımından, həm də baş məşqçi Mirça Rednikin ilk turdakı həvəssiz oturuşundan fərqli, tez-tez ayağa duraraq oyunçulara həvəslə müəyyən istiqamətlər verməsi baxımından deyə bilərik ki, bu oyunda keçən ildən qalan hava ilə nəfəs ala bildik. Bunun davamını istəyirik. Bu anları həmişə "Xəzər Lənkəran"ın bizlərə yaşatmasını istəyirik. Biz belə anları yaşamağa layiqli azarkeşlərik və "Xəzər Lənkəran” komandası da daha möhtəşəm qələbələrə layiqdir. Bununla da "Xəzər Lənkəran" ikinci turda "AZAL"ı məğlub etməklə, onu zirvədən salaraq, turnir cədvəlinin şəriksiz lideri oldu. Hələlik isə iki oyuna üç top vurmaqla Emeka Opara isə bombardirliyi öz əlində saxlayır. Oyunun ikinci hissəsinin sonlarında meydana daxil olan Dejan Rusiç kimi bir hücumçumuzun olduğunu da fəxrlə vurğulamalıyıq. Qısa zaman ərzində onun səviyyə göstərərək topla rəftarı, qapıya gözlənilməz ani zərbələri və xüsusən də, komandamız hücum təşkil etdiyi anlarda necə boş mövqelərə açılma bacarığı və həvəsi onun haqqında nikbin fikir söyləməyə əsas verir. Belə bir top istəmə axtarışında olan futbolçumuzun olmamasından isə əziyyət çəkdiyimizi deyə bilərik və inşAllah onun bu boşluğu aradan qaldıracağına olan ümidlərimizi isə o, oynadığı bir neçə dəqiqədə göstərə bildi fikrini demək mümkündür.  

            Son zamanlar Mirça Rednikə qarşı şübhələr yaratmağa çalışan mətbuat və ayrı-ayrı insanlara isə demək istəyirik ki, iki günə bu çətin psixoloji vaxtda, kasad heyətlə belə bir oyunda layiqli qələbəyə komandanı hər mənada hazırlaya bilən baş məşqçimizi tənqid edin! Edin! Niyə də etmirsiniz? Bu çətin anlarda, belə oyun göstərə və böyükhesablı qələbə qazana bilən komandanın hər mənada üstün oyun sərgiləməyə hazırlaya bilən bir səviyyəli mütəxəssisi tənqid edin! İndi bilinir ki, bu tənqidlər boşuna yox, hər hansı bir marağa söykənir.    

                       
Views: 495 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz