
İndicə
"12-ci oyunçu” Azarkeş qrupunun TK-nin rəhbəri İslam Cabbarlıdan aldığımız məlumata
görə "Xəzər Lənkəran” klubunu doğma şəhərə gətirən öz xüsusi avtobusunu Lənkəran
şəhərinin girəcəyindəki böyük samovar maketinin simvolu olan dairədə təxminən
14:10 radələrində 1000-ə qədər azarkeş və 100-dən çox avtomobildən ibarər maşın
karvanı qarşılayıb. Avtobus azacıq dayanıb azarkeşlərlə salamlaşdıqdan sonra klubun
bazası yerləşən "Fırtınalar meydanı”na doğru birlikdə hərəkət edirlər. "Fırtınalar
Meydanı”nda da xeyli sayda azarkeş "Xəzər Lənkəran”ın gəlişini səbirsizliklə
gözləməkdədir. Onlar da komandanı doğma məkana doğru müşayiət edən azarkeşlərə
qoşulmağı səbirsizliklə gözləyirlər.
Daha bir maraqli xəbər fanklubumuzun Lənkərandakı
üzvlərindən biri Malik Muradovun verdiyi məlumata görə bu mənzərəni görən
azarkeşlərimizdən bir neçəsi mütəəssir olaraq göz yaşlarını belə saxlaya bilməmişlər.
Əlavə
məlumat alan kimi sizlərin diqqətinə çatdıracağıq. Saytımızı izləyin. Artıq aldığımız yeni məlumata görə komandanı gətirən avtobus və onları müşayiət edən maşın karvanlı azarkeşlər "Firtınalar Meydanı"na çatıblar. Burada da təxminən gələnlərlə eyni sayda azarkeş kütləsi onları qarşılayaraq ümumi kütləyə qoşulublar. Komanda artıq bazada yol yorğunluğunu çıxarmaq üçün istirahətə çəkilib. azarkeşlərin əksər hissəsi isə stadionun həndəvərindən ayrılmayaraq, axşam məşqini səbirsizliklə gözləyirlər.
|