Cümə, 26/Apr/2024, 05:40
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 17 » "Xəzər Lənkəran" doğma şəhərə döndü və azarkeş coşqusu ilə qarşılandı
16:29
"Xəzər Lənkəran" doğma şəhərə döndü və azarkeş coşqusu ilə qarşılandı

Bu gün "Xəzər Lənkəran” komandasının doğma Lənkərana gələcəyi və komandanın həmişəki kimi şəhərin girəcəyində sadiq azarkeşlər tərəfindən qarşılanacağı haqqında məlumat vermişdik. Onu da qeyd etmişdik ki, bu dəfəki qarşılanma mərasimini "12-ci oyunçu” azarkeş qrupu ilə "Bosman” fanklubu birlikdə həyata keçirir. Komandanın avtobusunu qarşılamağa adı çəkilən fanat qurumları ilə birlikdə xeyli sayda fanklublara daxil olmayan azarkeşlər də qoşulmuşdular. İstidən, soyuqdan qorxmayan, qələbə və məğlubiyyətə fikir vermədən həmişə komandanın yanında olmaları ilə seçilən sadiq azarkeşlər, komandanın Lənkərana catacağı ehtimal olunan vaxtdan da bir saat əvvəldən şəhərin girəcəyində yerləşən "Böyük samovar simvolu”nun qarşısına yığışaraq qızmar iyul günəşinin altında həvəslə komandanın gəlişini gözləyirdilər. Komandanın yeni transferləri və ümumiyyətlə "Xəzər Lənkəran” haqqında, xüsusən "Makkabi” ilə son oyundakı hadisələrlə bağlı qızğın müzakirələr aparan azarkeşlər, "Makkabi”ni keçəcəyimizə inandıqlarını müxtəlif formada əsaslandıraraq buna əmin olduqlarını dilə gətirirdilər. Kimi "Makkabi”nin səfər sindromu olduğunu dilə gətirir, kimi əsl azarkeşlik dəstəyimizin onlara "öldürücü zərbə” olacağını deyir, kimi də komandamızın artiqa bir yerdə ikinci rəsmi matça çıxacaqları ilə əlaqədar uyğunlaşma mənasında İsraildəki birinci oyundakı kimi problemin olmayacağı üçün mütləq lazımi nəticəni qazanacağımıza əminliyini əsaslandırmağa çalışırdı.

 Uzun müddətdir ki, Avstriyada təlim-məşq prosesindən sonra İsrailə "Makkabi” səfəri üzündən çoxdandır ki, doğma komandalarını görməyə tələsən sadiq azarkeşlər, komandanın artıq Lənkərana az qaldığını eşidən kimi daha gözləməyib, gəldikləri avtomobillərlə böyük maşın karvanı yaradaraq "Xəzər Lənkəran” avtobusunun gəldiyi istiqamətdə hərəkətə başladılar. Az sonra qarşı-qarşıya gələn böyük sevginin hər iki tərəfi artıq "Fırtınalar Meydanı”na tərəf istiqamət almışdı. Yol boyu maşın karvanına qoşulan digər avtomobillər də və stadionun önünə yığışaraq komandanı burada gözləyənlər də böyük bir qarşılanma mərasiminin iştirakçıları oldu.

Stadionun ərazisinə daxil olan komandanın avtobusundan düşən baş məşqçi və futbolçularımız böyük azarkeş alqışlarına hərə öz tərzində reaksiya verirdi. Bu dəstəyi oyun gününə qədər davam etdirməyi planlaşdıran "12-ci oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu məşq zamanı da müxtəlif şüarlar və bannerlərdən istifadə edərək bu dəstəyi davam etdirmək və komandamıza lazımi nəticəni əldə etmək üçün motivasiya vermək niyyətindədir.


 

Views: 393 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz