Cümə Axşamı, 02/May/2024, 00:32
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Mart » 8 » "Xəzər Lənkəran" C.B.Toşakla, Azərbaycan futbolu isə "Xəzər Lənkəran"la bir neçə addım öndə!
23:21
"Xəzər Lənkəran" C.B.Toşakla, Azərbaycan futbolu isə "Xəzər Lənkəran"la bir neçə addım öndə!

            


            "Xəzər Lənkəran” baş məşqçi postuna gətirdiyi Con Toşak dünyanın ən məşhur mütəxəssislərindən biridir. Apasport.az saytının məlumatına görə, böyük britaniyalı çalışdırıcı 1949-cu ildə Uelsin Kardiff şəhərində anadan olub.

            Martın 22-də 64 yaşını qeyd edəcək Toşak futbolçu kimi "Kardiff” (1965-70), "Liverpul” (1970-78) və "Suonsi”də (1978-84) oynayıb. Vətənində 3 mövsüm ardıcıl – 1966/67, 1967/68 və 1968/69-da ölkə kubokunun sahibi olub. 

            "Liverpul”un əzəmətli dövründə bu kluba keçən Toşak 1972/73, 1975/76 və 1976/77 mövsümlərində İngiltərə çempionu, 1973/74-də İngiltərə kubokunu, Avropada isə Çempionlar kuboku (1976/77), UEFA kuboku (1972/73, 1975/76), Superkubok (1977) qazanıb.

            Uelsə qayıdandan sonra oynayan məşqçi olan mütəxəssis "Suonsi”ni 1980/81, 1981/82, 1982/83 mövsümlərində ölkə kubokuna daşıyıb. 1969-80-ci illərdə Uels yığmasında hücumçu kimi çıxış edib və 40 oyuna 13 qol vurub.

            Futbolçu kimi bu uğurlarına baxmayaraq, Toşak məşqçi kimi daha çox tanınıb. 1978-84-cü illərdəki "Suonsi” karyerasından sonra uelsli Pireney yarımadasına üz tutub. 1984-85-ci illərdə Portuqaliyada "Sportinq”i çalışdıran Toşak 1985-89-cu illərdə "Real Sosyedad”ın "sükanı arxasında” olub. Onun komandası 1986/87 mövsümündə "Kopa del Rey”i qazanıb.

            Toşakın uğurları bəhrəsini verib. O, "Kral klubu”na dəvət alıb. 1989-90-cı illərdə Madrid "Real”ına başçılıq edən mütəxəssis İspaniya çempionu titulunu qazanıb. Bunun nəticəsində 1989 və 1990-cı illərdə İspaniya çempionatı La Liqanın ən yaxşı baş məşqçisi seçilib.

            1999-cu ildə yenidən Avropanın ən titullu komandası olan - "Kral klubu”na qayıdan Toşak İspaniyaya bağlılığı ilə seçilir. O, 1991-94 və 2001-02-ci illərdə də "Real-Sosyedad”da, 1995-97-də "Deportivo”da, 2004-cü ildə "Mursiya”da çalışıb. 1995-ci ildə İspaniya Superkubokunu qazanıb.

            Bundan başqa, Türkiyədə "Beşiktaş” (1997-99), Fransada "Sent-Etyenn” (2000-01), İtaliyada "Katanya” (2002-03) klublarına da başçılıq edən uelsli 1997/98 mövsümündə İstanbul komandası ilə ölkə kubokunu başı üzərinə qaldırıb.

            Toşak karyerası ərzində 3 dəfə milli komandaya başçılıq edib. 2 dəfə Uels yığmasına təyinat alan çalışdırıcı 1994-cü ildə qısa müddətdə bu vəzifəni tutub. 2004-10-cu illərdə isə onun fəaliyyəti uzunmüddətli olub. Bunun ardınca isə o, Makedoniyaya üz tutub. 2011-12-ci illərdə bu ölkənin yığmasını çalışdırıb.

            Uels yığması Toşakın rəhbərliyi altında 3 dəfə Azərbaycan yığması ilə görüşüb. DÇ-2006-nın (12.10.2005) və DÇ-2010-nun (06.09.2008) seçmə mərhələlərində Kardiffdə Toşakın yetirmələri yığmamızı müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edib. DÇ-2010-nun seçmə mərhələsinin Bakıdakı matçına isə (06.06.2009) ciddi itkilərlə, az qala gənclərdən qurulmuş 2-ci heyəti gətirən Toşak 1:0 hesablı qələbəyə sevinmişdi.

            Uelsli Makedoniya yığmasında çalışdığı vaxt həmin dövrdə "Neftçi”də oynayan Slavço Georgiyevski və İqor Mitreski də millidə çıxış edirdi. Lakin Toşak Georgiyevskidən imtina edib, Mitreskiyə ara-sıra ehtiyac duyurdu. Eyni sözlər ölkəmizdən çağırılan AZAL-lı Robert Petrova da aiddir.

            Toşak Makedoniya yığmasının Azərbaycanla yoxlama oyunundan əvvəl bu milliyə baş məşqçi təyin olunmuşdu. Lakin balkanlıların 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada uelsli hələ işə başlamamış, oyunu televiziyadan izləmişdi

Views: 582 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz