Şənbə, 27/Apr/2024, 06:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Oktyabr » 1 » "Xəzər Lənkəran" bu mövsüm ilk məğlubiyyətini aldı
10:31
"Xəzər Lənkəran" bu mövsüm ilk məğlubiyyətini aldı

Start heyətlər:

"İnter": Lomaya, Daşdəmirov, Abramidze, Levin, Assioli; Çervenka, Zlatinov, Məmmədov, Zərgərov, Kamdelaki; Karlsons.


"Xəzər Lənkəran": Kamal, Eder, Elnur Al, Mureşan, Pit; Qomeş, Rahid, Doman, Semedo, Elnur Ab; Subaşiç.

11` Gec qoşulduğumuza görə üzr istəyirik. Stadionda internetlə bağlı problemlər olduğundan, yayımı aparmaq çətinləşib. Oyun kifayət qədər açıq şəkildə keçir. Hər iki komanda bir neçə sürətli keçid həyata keçirsə də, qapıya zərbələr hələ ki yoxdur. Qeyd edək ki, komandamızın qapısını bu oyunda Kamal Bayramov qoruyur.

15` Künc zərbəsindən sonra "İnter" futbolçusu topu qapıdan keçirsə də, hakim oyundan kənar vəziyyət qeydə alaraq qolu saymadı.

19` Meydan sahiblərindən daha bir sürətli hücumu sol cinahla baş tutdu, lakin vaxtında özünü topun altına atan Abdullayev vəziyyəti gərginləşməyə qoymadı.

24` Kapitan sarğısı bu gün Elnur Allahverdiyevin qolundadır.

25` Hələlik üstünlüyün rəqibdə olduğunu demək olar. Xüsusilə Asif Məmmədov Adrian Pitin oynadığı sol cinahla tez-tez cərimə meydançamıza doğru hərəkət edir.

28` Qapımız qarşısında daha bir təhlükəli epizod. Allahverdiyevlə çiyin-çiyinə gedən rəqib futbolçu Kamalla təkbətək qaldı. Topu zərbə uzaqlaşdırmaq istəyən qapıçının vurduğu top Elnura dəyib qapıya doöru getdi. Allahverdiyevin müdaxiləsindən sonra nəhayət Kamal topu tutdu.

30` Hələ ki, komandada hücumun qurulmasını kimin öz üzərinə götürdüyü bilinmir. Yeganə hücumçu Subaşiç topla çox az təmin olunur.

31` Abdullayev sol ayağı ilə təxminən 25 metrdən qapını yoxladı. Top üstdən keçdi. Belə zərbələri artırmaq lazımdı, açılışma zamanı artıq çatıb.

38` Oyun nisbətən sakitləşib. Ara-sıra "İnter" sağ cinahla hücum etməyə çalışır, amma bu həmlələr hissənin əvvəlindəki kimi təhlükəli deyil.

41` Rikardo böyük bir məsafə keçdikdən sonra yıxılsa da, topu Ederə ötürə bildi. Sonuncu Semedonun gedişinə topu ötürmək istəsə də, müdafiəçilər topun qarşısını kəsdi. Gözəl hücum alına bilərdi.

43` Yenə də bizim sol cinahdan rəqibin hücumu, və Pit sarı vərəqə alır. Rednik bütün bunları yüz faiz yaxşı görür.

45` "Xəzər Lənkəran" uzun ötürmə cəhdləri yaxşı düşünülsə də, "İnter" müdafiəsi bu ötürmələri oxumaqda çətinlik çəkmir. Buna səbəb ilk növbədə komandamızın az oyunçu ilə hücuma getməsidir. Məsələn, Rahid demək olar ki, irəli gedə bilmir.

45+ 1` Fasilə

Oyunun gedişatı ehtiyat oyunçular skamyasına nəzər yetirməyə məcbur edir. İkinci hissədə meydana daxil ola biləcək oyunçular: Kamran, Opara, Eldar, Şəhriyar, Mario, Rusiç və Vobay.

46` İkinci hissə əvəzetmə ilə başladı. Subaşiçin yerinə oyuna Deyan Rusiç daxil oldu.

46` Heç də pis başlamadıq. Rəqib cərimə meydançası önündə Semedo, Abdullayev və Rusiç kifayət qədər ötürmə etdikdən sonra, nəhayət Elnur zərbə vurmaq qərarına gəldi. Top önun önündə düzülmüş çoxsaylı müdafiəçilərdən birinin əlinə dəysə də, hakim oyunu davam etdi.

47` Rikardo artıq oyunda ikinci dəfə effektli fintlə rəqib futbolçunun geridə qoyur.

50` "Xəzər" yavaş-yavaş özünə bənzəməyə başlayır, amma bu start aktivliyinə aldanmaq olmaz. Meydan sahibləri də eyni tempdə hücumlarını qurmaqdadırlar.

52` Rəqib komandanın futbolçusunun sol cinahdan təyin olunan cərimə zərbəsindən ötürdüyü top doqquzluğa doğru getsə də, Kamal topu qapı xəttindən çıxardı.

53` Komandamızın yerinə yetirdiyi kornerdən sonra Allahverdiyev başla topu qapıya istiqamətləndirə bilsə də, top düz Lomayanın qucağına getdi.

55` "İnter" müdafiəsi çox yaxşı düzülüb, mərkəzlə ötürmələr demək olar ki, keçmir.

56` İkinci əvəzetmə: Abdullayev yerini Xəlilova verir.

57` Rusiçin effektli zərbəsini Lomaya dəf edir! Bax bu oldu hücum!

58` Şəhriyar sağ cinah yarımmüdafiəçisi mövqeyinə keçdi. Mərkəzdə tək Qomeş qaldı, "Xəzər Lənkəran" 4-3-3`lə oynayır.

59` "İnter" qola yaxın oldu. Soldan verilən iti ötürməyə Karlsons toxuna bilmədi. Mureşan da ona bacardığı qədər mane olurdu.

60` Bu arada meydana daha bir eks-"Xəzər Lənkəran"lı daxil oldu. Bu, Nizami Hacıyevdir.

62` Şəhriyar oyuna əla qoşulub. Artıq bir neçə dəfə çətin vəziyyətdə gənc futbolçu komanda yoldaşlarına dəqiq ötürmə verməyi bacarıb.

65` Artıq neçənci dəfədir ki, "İnter" fuitbolçularına qarşı demək olar ki eyni nöqtədə, müdafiəmizin sağ cinahında qayda pozulur. Cərimə zərbəsindən daha bir asma, və Kamal insana dəyməsi məsləhət olmayan yumruqla topu uzaqlaşdırır.

67` Eder və Semedodan əla divar paslaşmasını izlədik və indi "İnter"in qapısına təhlükəli cərimə zərbəsi təyin olundu. Pit uzaq dirəyə doğru asma etdi, lakin qarşılayan "İnter" müdafiəsidir.

70` Şəhriyarı kəşf etməkdə davam edirik. Bu dəfə "Şako" Bonfimə əla daban ötürməsi verdi.

71` Ederin zərbəsi yandan keçdi.

72` Hesab açıldı. Nizami Hacıyevin zərbəsi qarşısıalınmaz oldu. 1:0. Karlsons iki müdafiəçini özünə çəkdi və vaxtında boş olan Nizamini gördü. Sonuncu topu qapının yuxarı sağ küncünə dəqiq fırlatdı.

74` Opara meydana çıxmağa hazırlaşır.

75` Opara Domanı əvəzlədi. Məşqçinin siqnalını alan Semedo isə sol cinaha keçdi.

80` Buraxılan qol "Xəzər Lənkəran"ın hücumlarında öz əksini mənfi cəhətdən tapır. Qola kimi komandamız daha yaxşı hücum qururdu.

81` Oparanın uzaq məsafədən vurduğu zərbəni Lomaya tullanışla çıxardı. Vaxt isə azalır.

82` Meydanın rəqibə aid hissəsində kobud oynayan Bonfim sarı vərəqə aldı.

85` Hacıyevdən növbəti təhlükəli zərbə. Bu dəfə Kamal topu dirəyin yanından çıxara bildi.

87` Semedonun akrobatik zərbəsini qapıçı çıxardı, amma buna qədər ofsayd qeydə alınmışdı.

88` Sağ cinahdan Pit daha bir cərimə zərbəsini yerinə yetirdi və yenə də hava ilə ötürülən topa yaxşı toxuna olmadı.

90` Sol cinahdan edilən asmaya Rusiç çata bilmədi. İkinci hissəyə 3 dəqiqə əlavə edildi.

90 + 3` Son hücumlar da nəticəsiz qaldı. "Xəzər Lənkəran" mövsümdə ilk məğlubiyyətini aldı.

Mənbə: "Lankaranfc.com"

Views: 416 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz