"Xəzər Lənkəran” milli komandanın beynəlxalq
oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən maksimum istifadə etmək
niyyətindədir. Belə ki, "Bakı” klubu ilə
8-ci tur oyunundan sonra komandamız bugün Bakı şəhərində yerləşən "Kayzer”
otelində bir araya gələrək, axşam gec saatlarda Türkiyənin Antalya şəhərinə təlim-məşq
toplanışına yola düşəcək. İki həftəyə yaxın Antalyada təlim-məşq toplanışında komandamız
bir neçə yoxlama görüşü keçirməyi də planlaşdırıb.
Beləliklə,
Mirça Rednik komandanın başına gələndən sonra çempionatın başlamasına çox az
bir müddət qaldığından nə bir yoxlama görüşü keçirmiş, nə də təlim-məşq toplanışında
olmuşdu. Mirça Rednik "Xəzər Lənkəran”la ilk oyununu elə çempionatın ilk
turunda "Qəbələ”yə qarşı rəsmi matça çıxmışdı. Həmin açılış matçını komandamız
1:0 hesablı qələbə ilə bitirmişdi.
Beləliklə,
komandamıza və onunla ilk təlim-məşq toplanışında olacaq Mirça Rednikə uğurlar
arzulayırıq.
Bu xəbəri komandamızdakı mənbələrdən dəqiqləşdirdik və ilk olaraq "Bosman.at.ua" saytında təqdim edirik.
|