 İndicə, "12-ci oyunçu” azarkeş qrupundan
aldığımız məlumata görə azarkeşlər futbol üzrə Azərbaycan kubokunun ½ final mərhələsinin,
"Xəzər Lənkəran” və "Bakı” komandaları arasında ilk qarşılaşması
keçiriləcək Lənkəran şəhər Mərkəzi Stadionuna tərəf hərəkətdədirlər. Artıq Stadiona girişin
başlandığı haqda məlumat verən "12-ci oyunçu” azarkeş qrupu hava şəraitinin
xeyli yaxşı və yağıntısız olmasını bizə çatdırdılar.
"12-ci oyunçu” azarkeş qrupundan həm də bizə onu xəbər verdilər ki, üzərində ""Fair Play” qatilindən qisasımızı al!” sözləri yazılmış baneri yüksək çinli polis məmurları gəlib onların əlindən almışlar: "Biz nə qədər çalışdıq ki, onlara bu şüarın sırf futbolla bağlı olduğunu başa salaq və bunun başa düşülməsi üçün banerin üzərində dırnaqcıqda "Fair Play” sözlərini göstərdik və keçənilki kubokun finalında baş verənləri və bu haqda mətbuatın dəfələrlə çıxış etdiyini xatırlatsaq da də onlar bunu başa düşmədilər və orada qatil sözü olduğunu əsas gətirərək əlimizdən aldılar”-deyə "12-ci oyunçu” azarkeş qrupundan məlumat aldıq.
"12-ci oyunçu” azarkeş qrupundan həm də onu
bildirdilər ki, əvvəlki matçlardakıtəhlükəsizlik tədbirləri ilə bu günki
arasında da yetərincə fərq var. Belə ki, xeyli sayda
artırılmış polis və daxili qoşun qüvvələri əllərində hətta zopa (dubinka) ilə
silahlanmış vəziyyətdədirlər.
|