Cümə, 29/Mar/2024, 14:22
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 28 » "Xəzər Lənkəran" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün islahatlara başladı
10:29
"Xəzər Lənkəran" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün islahatlara başladı

Komandamız 2010/2011 mövsümünü, xüsusən ölkə kubokunu qazanmaqla və Premyer Liqada gümüş medallara sahib çıxmaqla yüksək notlarla bitirdi. Bu uğurda bütövlükdə məşqçilər korpusunun, başda Mirça Rednik olmaqla, komanda rəhbərliyinin , azarkeşlərin ümumilikdə bütün "Xəzər Lənkəran camiəsi”nin böyük rolu oldu. 

Mövsüm bitər bitməz komanda yeni, daha böyük hədəflərinin olduğunu açıqladı. Bu nəinki açıqlama şəklində, hətta ilk andan əməli fəaliyyətin ortaya qoyulması ilə şərtləndi. Belə ki, "Xəzər Lənkəran”, həm klub rəhbərliyi və həm də baş məşqçinin təsdiq etdiyi kimi qarşıdakı Avropa Kuboku turnirində uğurlu çıxış etməli və Avrrroliqanın qrup mərhələsinə vəsiqə qazanmalıdır, kimi vəzifənin öhtəsindən gəlməlidir. Bunun üçün komandanın hər bir potensialının olması isə əsas məsələdir. Elə isə niyə də olmasın. Əməli fəaliyyət dedikdə, artıq mövsümü bitən kimi klubun rəsmi saytında bir neçə futbolçu ilə yolların ayrılması haqqında informasiya yayıldı. Bunlar: rumıniyalı oyunçular – Nikulae Muşat, Kosmin Frasinesku, Hristu Kiyaku və portuqaliyalı Simao Bruno ilə müqavilələrin müddəti bitdiyinə görə klub tərəfindən bu futbolçularla müqavilələri artırmamaq qərara alınıb.

 Daha sonra, dörd oyunçu – Yevegeni Kopıl, İbrahima Banqura, Elvin Beqiri və Stelian Stanku klub tərəfindən transferə çıxarılıb.

Eyni zamanda klub bütün bu ayrılan futbolçulara təşəkkür edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb və fikrini belə ifadə edib:-"Xəzər Lənkəran” Futbol Klubu komandanı tərk edən hər bir oyunçuya burada olduğu müddət ərzində göstərdikləri oyuna görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.”

Göründüyü kimi komandanı tərk edən futbolçular hamımızın bildiyi kimi heç də pis oyunçu deyillər və onlar komandadan hər hansı narazılığa görə ayrılmayıblar. Bunu komanda özü də onları göndərərkən etdiyi təşəkkürdə də görmək olar. Sadəcə yuxarıda göstərildiyi kimi klubun hədəfləri böyüyüb və bu hədəflərə çatmaq üçün avropa meydanlarındakı mübarizəyə daha da davamlı olan futbolçulara ehtiyac yarandığından bu addım atılmış olub.

Gedənlərin siyahısına yəqin ki bir neçə futbolçu da qoşulacaq. Bu komandaya gətiriləcəyi nəzərdə tutulmuş futbolçuların gəlişinin nə dərəcədə reallaşa biləcəyindən asılı olacaq. Bunları həyata keçirmək üçün isə ilboyu öz strategiyası ilə və Avropaya daha çox bələd olması ilə seçilən baş məşqçimiz Mirça Rednik kimi bir mütəxəssisimiz var.

Bununla yanaşı komandanın qarşısında səviyyəli yerli futbolçular qıtlığında ilk olaraq bu transferləri həyata keçirmək vəzifəsi durur ki, artıq bu yöndə də ilk addım atılmış olub. Belə ki, son iş yeri, Tovuzun "Turan” klubu olan istedadlı qapıçı Kamal Bayramov "Xəzər Lənkəran” Futbol Klubunun sıralarına cəlb olunub. Kamal Bayramovla iki illik müqavilə imzalanıb. 25 yaşlı qolkiper peşəkar karyerasına "Neftçi”də başlayıb. O, bu klubda 2001-2002-ci illərdə oynayıb. Sonradan Kamalın futbol karyerasında zədə ucbatından uzundövrlü fasilə yaranıb. Bayramov meydana yenidən 2007-ci ildə qayıdıb. O zaman qapıçı "Muğan” klubunun şərəfini qoruyurdu və məhz o dövrdə (2007/2008 mövsümündə) "Muğan” Premyer Liqaya yüksəlmiş olub.

Belə ki, komandanın qarşıya qoyduğu hədəflərə çatması yolunda belə tez fəaliyyətə başlaması alqışlanası haldır. Həmçinin baş məçqçimiz Mirça Rednikin bu yolda Rumıniya mətbuatına verdiyi açıqlama da çox şeydən xəbər verir. Belə ki, M. Rednik bu yöndə açıqlamasında İstanbulda fəxri prezidentimiz Mübariz Mənsimovla görüşəcəyini və komandaya ayrılan büdcənin daha da artırılması istəyində olacağını bildirməsidir. İnanırıq ki, daim "Xəzər Lənkəran”a xüsusi qayğısı ilə yanaşan və komandanı iddialı görmək arzusunda olan fəxri prezident Mübariz Mənsimov və komandanın prezidenti Mais Mənsimov bu yolda azarkeşləri sevindirəcək və Azərbaycan futbolunun "Xəzər Lənkəran”la daha da irəli getməsini təmin edəcəklər.

Views: 578 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz