
4 iyul 2010 tarixindən bu məqsədlə
axşam saatlarında ilk məşqinə çıxan komandamız, oyun gününə qədər gündə iki
dəfə olmaqla məşqlərini davam etdirəcək. Dünən 5 iyul 2010 tarixində, saat 19-da,
axşam məşqinə çıxan komandamız demək olar, hazırki bütün heyətlə baş məşqçi,
Ağasəlim Mircavadovun sərəncamında idi. Yalnız yeni transfer olan D. İmedaşvili
yoldan gəldiyinə görə məşqə 15-20 dəqiqə gecikdi. Avtomobildən düşərək bazaya
yollanan D. İmedaşvili düz 10 dəqiqəyə hazırlaşaraq, artıq məşq gedən stadionun
ehtiyat meydançasının kənarında göründü. Meydançanın kənarı ilə bir neçə dəfə
qaçaraq dövrə vuran futbolçu sonra komanda ilə birgə məşqlərə qatıldı. Buna qədər
isinmə hərəkətləri edən komanda həmçinin ayrı ayrılıqda sürətli qaçışlar yerinə
yetirmişdilər.
Kristian Kabral yüngül zədəsi ilə bağlı ayrıca
məşq edirdi. Qapıçımız K. Ağayev isə məşqi izləməyə gələn 50-70 azarkeşlə
zarafatlar etməyindən qalmırdı. Hətta dünən ilk məşqə gələrkən Lənkərana
çathaçatda "QAİ” işçisinin onu
saxlayaraq yubatması və bunun
nəticəsində onunla söhbətdə məşqə gecikə biləcəyindən də danışmağı unutmadı.
Daha sonra topla başlayan məşq prosesi,
ikitərəfli oyunla bir neçə hissə olmaqla davam etdi. "Göy” və "Qırmızı”lara
ayrılmış komandalarda əzmkarlıq müşahidə olunurdu. "Göy”lərin isə əsas komanda
üzvləri olduğundan ustalıq səviyyəsi daha çox göz oxşayırdı. Elə Z. Ramazanovun
da "Göy”lərin heyətindəki oyunu və vurduğu qollar məşqi izləməyə gələnlərin
alqışını qazanırdı.
Qeyd edək ki, "Xəzər Lənkəran” məşqlər
zamanı iki cür toplardan istifadə etdi. Bunlardan biri ikitərəfli oyun zamanı,
həmçinin əsas məşq zamanı, "Adidas” firmasının son dünya çempionatı üçün
hazırladığı toplar olan "Jabulani”lərdən ibarət idisə, ikincilər ölçücə çox
kiçik olan toplardan ibarət idi.
Sonda yenə topsuz məşqlər zamanı baş məşqçi
Ağasəlim Mircavadovun Mario Souzadan, hələ də Braziliyada olan Dieqo Qusmao ilə
danışıb danışmadığını öyrənmək istəməsi də diqqətimizdən yayınmadı. 


Məşqi izlədi və fotoşəkilləri çəkdi.
Mirhafiz M. Babayev 05.07.2010.
|